"Qarabağ" ordeni — Azərbaycanda Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş ali hərbi ordenidir.
"Qarabağ" ordeni | |
---|---|
|
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]
9 dekabr 2020-ci ildə Qarabağ ordeni ilə 204 nəfər təltif edilmişdir.[3]