İmamqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
İmamqulubəyli | |
---|---|
40°04′15″ şm. e. 47°10′05″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
İmamqulubəyli yaşayış məntəqəsi XIX əsrin əvvəllərində 104 ailədən ibarət qaradolaq tayfasına mənsub olan ailələr tərəfindən salınıb. Çar hökuməti həmin ailələrin idarəsini İmamqulu bəyə 5 illiyə vermişdi. Bundan sonra həmin qaradolaq ailələri İmamqulubəyli adlanmışdır. Sonralar imamqulubəylilər bir neçə eyni adlı kəndlər yaratmışlar. Hazırda Ağdam və Bərdə rayonlarında da İmamqulubəyli kəndi vardır.[3]
Kənd Qarabağ düzündə yerləşir.
1500 nəfərdən çox. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.[3]
Ağcabədi rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |