İsfahan döyüşü — 1497-ci ildə Gödək Əhməd və Eybə sultan başda olmaqla qiyamçı Ağqoyunlu əyanları arasında döyüş. Döyüşdə Gödək Əhməd məğlub oldu və öldürüldü.[1]
İsfahan döyüşü | |||
---|---|---|---|
Ağqoyunlu imperiyasında ara müharibələri | |||
Tarix | 13-14 dekabr, 1497 | ||
Səbəbi | Eybə sultan və Qasım bəy Pornakın qiyamı | ||
Nəticəsi | Gödək Əhmədin məğlubiyyəti və ölümü | ||
Ərazi dəyişikliyi | İsfahan yaxınlığı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Gödək Əhməd ona hakimiyyətə gəlməkdə kömək edən Eybə sultandan ehtiyat etdiyi üçün onu mərkəzdən uzağa Kirman vilayətinə hakim təyin etdi.[2] Mərkəzdən uzaqlaşmasına görə narahatlıq keçirən Eybə sultan və Gödək Əhmədin keçirdiyi islahatlardan narazı olan bəzi əyanların mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər.[3]
1497-ci ildə Eybə sultan və Şiraz hakimi Qasım bəy Pornak Gödək Əhmədə qarşı çıxaraq qərara gəlmişdilər ki, Uzun Həsənin digər nəvəsi Sultan Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni hökmdarın vəkili olsunlar.[4] Hər iki müttəfiq İsfahana doğru hərəkətə başladılar. Bu xəbəri eşidən Gödək Əhməd qış mövsümü olmasına baxmayaraq müxaliflərin üzərinə yürüşə başladı.[5]
Gödək Əhməd böyük və təcrübəli bir qoşunla İsfahanda müttəfiqlərlərlə qarşılaşdı. Eybə sultanın qoşunundan çoxsaylı bir dəstə Gödək Əhmədin ordusuna qoşuldu. Eybə sultanın müqavimət qüvvəsi olmadığından, döyüş bayrağını endirib qaçmaq istəyirdi. Lakin Əhməd bəyin adamları müxaliflərin zəifliyini məlum etdikdə, sultanın ətrafından uzaqlaşıb qarətçiliklə məşğul olmağa başladılar. Eybə sultan fürsəti əldən verməyərək sultanın üzərinə hücum çəkdi və onu öldürdü. Bundan sonra Gödək Əhmədin ordusu da qaçmağa başladı.[5]