Şahbəndə xan Pörnək-Türkman

Şahbəndə xan Pörnək-TürkmanTəbrizin bəylərbəyi.

Şahbəndə xan Pörnək-Türkman
1617 – 1618
ƏvvəlkiI Pirbudaq xan Pörnək-Türkman
SonrakıQaraçaqay xan
1620 – 1625
ƏvvəlkiQaraçaqay xan
SonrakıII Pirbudaq xan Pörnək-Türkman
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Gürcüstan
Vəfat səbəbi vuruşmada öldürüldü
Fəaliyyəti hərbi lider[d]
Atası I Pirbudaq xan Pörnək-Türkman

Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. O, 1625-ci ilə qədər Təbriz bəylərbəyi olub (Arada az müddətə Qaraçaqay xan Təbriz bəylərbəyi seçilir). Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib Təbriz bəylərbəyi təyin edir. İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır ki, üç yaşlı uşağın bəylərbəyi təyin edilməsi Şah Abbasın güclü dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçılarının Təbriz bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaşdığını göstərir.

[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]