Şeyxülislam Axund Əliağa Süleymanzadə

Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı

Əliağa Süleymanzadə
Qafqazın X şeyxülislamı
1967 – 1978
ƏvvəlkiMirmöhsün Həkimzadə
SonrakıMirqəzənfər İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi 26 noyabr 1977(1977-11-26)
Vəfat yeri
Dəfn yeri

Təltifləri "Şərəf nişanı" ordeni — 1975

Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb[1]. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar.

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.

1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayı çağrılır. 20 ilə yaxın Təzəpir məscidinin axundu işləyən Əliağa Süleymanzadə 83 yaşında ikən ruhani idarəsinin sədri seçilir. Şeyxülislam Axund Əliağa Süleymanzadə işlədiyi 1968–1977-ci illərdə bir çox konfranlarda, simpoziumlarda beynəlxalq təşkilatların tədbirlərində ölkəni təmsil edib. 1970-ci ilin oktyabrında Daşkənddə "Sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti"adlı Ümumittifaq Konfransı təşkil edilir və Şeyxülislam Süleymanzadə həmin tədbirdə iştirak edir və nitq deyir. 1977-ci ilin iyununda Moskvada "Din xadimləri möhkəm sülh, tərksilah və xalqlar arasında ədalətli münasibətlər uğrunda" Ümumsünya Konfransında da iştirak etmişdir. 1977-ci ildə vəfat edib.[2]

Axund Əliağa Hacı Məhəmmədəminin qızı Ümmulbanu ilə evlənmiş, beş övlad atası olmuşdur (1 oğlan, 4 qız).

  1. Faiq Vəlioğlu — Azərbaycan alimlərinin həyatı, Əliağa Süleymanzadə
  2. "Şeyxülislam Axund Əliağa Süleymanzadə". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.