Aşağı Əbdürrəhmanlı

Aşağı ƏbdürrəhmanlıAzərbaycan Respublikasının Füzuli rayonunun Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Aşağı Əbdürrəhmanlı
39°31′33″ şm. e. 47°15′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 267 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Əbdürrəhmanlı xəritədə
Aşağı Əbdürrəhmanlı
Aşağı Əbdürrəhmanlı

Kəndin adı Orta əsrlərdə Qarabağda yaşamış Hacılı tayfasının Əbdürrəhmanlı tirəsinin adındandır.[2]

2020-ci ilə qədər kənd cəbhə xəttinin yaxınlığında yerləşirdi. Buna görə burada tez-tez atəşkəs pozulurdu. 1999-cu ildə burada döyüş tapşırığını yerinə yetirərkən sonradan 2 dəfə Paralimpiya oyunları çempionu olmuş cüdoçu İlham Zəkiyev yaralanmışdı.[3]

3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

Kənd Çərəkənçayın sahilindədir. Kəndi əbdürəhmanlı nəslinə mənsub ailələr salmışlar. "Əbdürəhmanlı yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  3. "Vətənə xidmətin şərəfli yolu". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-17.
  4. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  5. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]