Əhməd Əhmədov (dövlət xadimi)

Əhməd Əli oğlu Əhmədov (1903, Ordubad, Naxçıvan qəzası13 oktyabr 1937) — Dövlət xadimi, Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi.[1]

Əhməd Əhmədov
1 iyun 1937 – 11 iyul 1937
ƏvvəlkiArtur Zifeld-Simumyaqi
Sonrakıİdris Həsənov
1935 – 1 iyun 1937
Şəxsi məlumatlar
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13)
Vəfat səbəbi güllə yarası[d]
Partiya

Əhməd Əli oğlu Əhmədov 1903-cü ildə Naxçıvanın Ordubad şəhərində zəhmətkeş ailəsində anadan olub. 1918-ci ilə qədər Ali Hərbi məktəbdə təhsil alıb.

1919-cu ildən Culfada (Şahtaxtıda) əvvəlcə telefonçu, daha sonra dəmir yolunda fəhlə işləmişdir. 1921-ci ildə XI Qırmızı Orduda könülülərə yazılaraq telefonçu kimi xidmət etmişdir.

1930-cu ildə Qırmızı Professorlar İnstitutunda təhsil almağa başlayır.

1937-ci il iyul ayının 11-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilib və oktyabrın 13-də güllələnib. 1955-ci ildə ölümündən sonra bəraət alıb.[1]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1921–1923-cü illərdə Azərbaycan hərbi peşə məktəbində kursant olub. 1923–1924-cü illərdə bu peşə məktəbini bitirdikdən sonra orada saxlanılaraq rota komandiri kimi xidmət etmişdir.

1925–1926-cı illərdə Hərbi-Siyasi məktəbin rəis köməkçisi təyin olunub. 1926–1927-ci illərdə Tiflis hərbi peşə məktəbində müəllim işləyib, daha sonra yenidən Bakıya qayıdaraq 1927–1928-ci illərdə siyasi maarifləndirmə fəaliyyəti ilə məşğul olur.

Beləliklə, 1921-ci ildən 1928-ci ilə qədər Ə.Əhmədov hərbi xidmətdə olub. Bu müddət ərzində o, 1921 və 1930-cu illərdə Ermənistanda daşnak qiyamının yatırılmasında, 1922–1923-cü illərdə Azərbaycanda "banditizmə", 1924-cü ildə Çiatura şəhərində (Gürcüstanda) "menşevik üsyanı"na qarşı mübarizədə iştirak edib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1921-ci ilin martında Naxçıvanda komsomol təşkilatının bani və rəhbərlərindən biri olub. 1921-ci ilin sonunda Naxçıvandan nümayəndə kimi Bakıda komsomol qurultayına göndərilib.

1928–1929-cu illərdə İrəvanda Xalq Maarif Komissarlığının üzvü və Milli Azlıqlar Şurasının sədri olub.

1929–1930-cu illərdə Azərbaycan Xalq Maarif Komissarlığında bölmə müdiri və İdarə heyətinin üzvü işləyib.

1933–1935-ci illərdə Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Zəngilan Rayon Komitəsinin Siyasi bölməsinin müdiri təyin edilir.

M.Bağırovun məsləhəti ilə 1935-ci ildə Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi təyin edilir. O, eyni zamanda Bakı Sovetinin nümayəndəsi seçilir.

1937-ci il iyun ayının 1-də EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru təyin edilir. Ona qədər direktor işləmiş Zifeld-Simumyaqi Artur Rudolfoviç böyük elmi işçi vəzifəsinə təyin edilib. Ə.Əhmədov bu vəzifədə 1 ay 10 gün işlədi.

  • Ə.Tahirzadə. Əhməd Əli oğlu Əhmədov // 525-ci qəzet, 2005, 8, 11 yanvar.
  • ГАППОДАР, ф.1, оп.8, д.884; ф.1., оп.122, д.87;
  • Архив МНБ АР, следственно-архивное дело № ПР 23397.
  1. 1 2 Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 310