Ağası Məmmədov

Ağası Ağagül oğlu Məmmədov (1 iyun 1980; Bakı, Azərbaycan SSR) — AzərbaycanıTürkiyəni təmsil edən boksçu. 1997–2001-ci illərdə Türkiyə, 2002–2004-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edib.

Ağası Məmmədov
Şəxsi məlumatlar
Tam adı Ağası Ağagül oğlu Məmmədov
Vətəndaşlığı Türkiyə Türkiyə (1997—2001)
Azərbaycan Azərbaycan (2002—2004)
Doğum tarixi (44 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Boyu 170 sm. (5 ft 8 in)
Çəkisi 54 kq
İdman növü Boks
Karyera illəri 1997—2004
Medallar

Ağası Məmmədov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Ağası Məmmədov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.[1]

Ağası Məmmədov 1980-ci il iyunun 1-də Bakı şəhərində anadan olub.

1997-ci il: Dünya Çempionatında debüt

[redaktə | mənbəni redaktə et]

Ağası Ağagüloğlu 1997-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Bu turnir 17 yaşlı Ağası Ağagüloğlunun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri idi.[2] Turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu Argentina nümayəndəsi Ömər Narvaez ilə üz-üzə gəldi.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[2]

1998-ci il: Avropa Çempinatında beşinci

[redaktə | mənbəni redaktə et]

Ağası Ağagüloğlunun növbəti turniri 1998-ci ilin 16–24 mayında Belarusda baş tutan Avropa Çempionatı oldu.[3] Turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu İspaniya nümayəndəsi Gregorio Perez Ximenez ilə üz-üzə gəldi.[3] Mayın 18-də baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə isə onun rəqibi Ukrayna nümayəndəsi Vladimir Sidorenxo oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 4:5 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[3]

1999-cu il: Dünya Çempionatında uğursuzluq

[redaktə | mənbəni redaktə et]

1999-cu ilin 20–28 avqustunda Ağası Ağagüloğlu növbəti dəfə Dünya Çempionatında mübarizə apardı.[4] 2 il əvvəl uğursuzluqla üzləşən Ağası Ağagüloğlu bu səfər də turnirin birinci görüşündəcə məğlub oldu.[4] Birləşmiş Ştatların Hyuston şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu Rumıniya nümayəndəsi Krinu Raisu Olteanuya 0:1 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[4]

2000-ci il: Avropa çempionluğu

[redaktə | mənbəni redaktə et]

Ağası Ağagüloğlu 2000-ci ilin 12–22 mayında Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[5] Turnirin təsnifat mərhələsində Ağası Ağagüloğlu Bolqarıstan nümayəndəsi Neno Nanov ilə üz-üzə gəldi.[5] Mayın 14-də baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibi üzərində 6:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Qennadi Ozarinsi oldu.[5] Mayın 16-da baş tuta görşüşdə Ağası Ağagüloğlu rəqibinə 8:4 hesabı ilə qalib gəldi və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[5] Finala gedən yolda onun rəqibi Ermənistan nümayəndəsi Aram Ramazyan oldu.[5] Mayın 18-də baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[5] Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Rəhimqul Malaxbəyov oldu.[5] Rəhimqul Malaxbəyov Dünya və Avropa Çempionatlarının qalibi, 1996-cı il Atlanta Olimpiadasının isə bürünc medalçısı olan titullu idmançı idi.[5] Mayın 20-də baş tutan final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu.[5] Nəticədə Ağası Ağagüloğlu rəqibi üzərində 6:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.[5]

2000-ci ilin əsas turniri 15–30 sentyabrda Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunları oldu. Ağası Ağagüloğluun təsnifat mərhələsində rəqibi Çin nümayəndəsi Mai Kanqde oldu. Sentyabrın 16-da ba tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 18:4 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Nehomar Kermeno oldu. Bu görüşdə Ağası Ağagüloğlu rəqibi üzərində 12:4 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Kuba nümayəndəsi Qillermo Rigondux oldu. Sentyabrın 26-da baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 5:14 hesabı ilə məğlub oldu və Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.

2001-ci il: Dünya Çempionatında final

[redaktə | mənbəni redaktə et]

Ağası Ağagüloğlu 2001-ci ilin 2–10 iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağası Ağagüloğlunun 1/16 final mərhələsində rəqibi Puerto-Riko nümayəndəsi Karlos Valsarsel oldu. İyunun 4-də baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 26:4 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Gyorgi Faras oldu. İyunun 5-də baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibi üzərində 24:8 hesabı ilə qələbə azandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İrlandiya nümayəndəsi Damin Kenna oldu. İyunun 7-də baş tutan həmin görüşdə Ağası Ağagüloğlu üçüncü raundunda rəqibi üzərində təmiz qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Dominikan Respublikası nümayəndəsi Elio Rojas oldu. İyunun 8-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 22:18 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Qillermo Rigondux oldu. Ağası Ağagüloğlu həmin rəqibinə bir il əvvəl olimpiada da məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 24:30 hesabı ilə məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.[6]

Daha sonra Ağası Ağagüloğlu 2–15 sentyabrda Tunis şəhərində baş tutan XIV Aralıq dənizi Oyunlarında mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Ağası Ağagüloğlu həlledici görüşdə Tunis nümayəndəsi Həsən Classi üzərində qələbə qazandı və XIV Aralıq dənizi Oyunlarının qalibi oldu.

2002-ci il: Azərbaycana gəlişi

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Ağası Məmmədov Türkiyədən Azərbaycana gəldi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında çıxış eləməyə başladı. Ağası Məmmədovun birinci turniri 12–22 iyulda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində Ağası Məmmədov Ermənistan nümayəndəsi Arutyun Tovmasyan ilə üz-üzə gəldi. İyulun 14-də baş tutan görüşdə Ağası Məmmədov rəqibi üzərində 12:8 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Belarus nümayəndəsi Xavaji Xatsiqov oldu. İyulun 16-da baş tutan görüşdə Ağası Məmmədov rəqibinə 11:22 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[7]

2003-cü il: Dünya çempionluğu

[redaktə | mənbəni redaktə et]

Ağası Məmmədov 2003-cü ilin 6–12 iyulunda Tailandda baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağası Məmmədovun 1/16 final mərhələsində rəqibi Makao nümayəndəsi Li Va Kun oldu. İyulun 6-da baş tutan görüşdə Ağası Məmmədov rəqibinə 24:2 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Qillermo Rigondux oldu. Ağası Məmmədov bundan əvvəl 2000 və 2001-ci illərdə Qillermo Rigonduxa məğlub olmuşdu. İyulun 8-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə isə Ağası Məmmədov rəqibi üzərində 16:14 hesabı ilə qələbə azandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Tacikistan nümayəndəsi Sohib Usarov oldu. İyulun 10-da baş tutan həmin görüşdə Ağası Məmmədov rəqibinə 18:10 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Bolqarıstan nümayəndəsi Detelin Dalaliyev oldu. İyulun 11-də baş tutan görüşdə Ağası Məmmədov rəqibinə 22:15 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Qennadi Kovalev oldu. Final görüşündə Ağası Məmmədov rəqibinə 18:8 hesabı ilə qalib gəldi və Dünya Çempionatının qalibi oldu. Bununla da Ağası Məmmədov bu idman növü üzrə Dünya Çempionatının qalibi olan birinci azərbaycanlı idmançı oldu.

2004-cü il: Afina Olimpiadasında bürünc

[redaktə | mənbəni redaktə et]

Ağası Məmmədov 2004-cü ilin 18–28 fevralında Xorvatiyanın Pula şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[8] Ağası Məmmədov turnirin 1/8 final mərhələsində Çexiya nümayəndəsi İvan Duna ilə üz-üzə gəldi. Fevralın 22-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Məmmədov rəqibinə 22:24 hesabı ilə məğlub oldu və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Əli Həllab oldu. Fevralın 25-də baş tutan görüşdə Ağası Məmmədov rəqibinə 28:40 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı.[8]

2004-cü ilin əsas turniri avqustda baş tutacaq Olimpiya Oyunları idi. Afina Olimpiadasına lisenziya 4. AIBA Avropa Olimpiya Təsnifat Turnirinin finalçılarına verildi. 26 aprel-1 mayda Azərbaycanda baş tutan turnirdə Ağası Məmmədov da mübarizə apardı. Nəticədə finala gedən yolda bütün rəqiblərinə qalib gələn Ağası Məmmədov olimpiya lisenziyasının sahibi oldu. Formal final görüşündə isə o, Belarus nümayəndəsi Xavaji Xatsiqova qalib gəldi.

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Türkiyə Türkiyə
1
1997
Dünya Çempionatı Macarıstan Macarıstan
PAT
2
1998
Avropa Çempionatı Belarus Belarus
5.
3
1999
Dünya Çempionatı ABŞ ABŞ
PAT
4
2000
Avropa Çempionatı Finlandiya Finlandiya
1.
5
2000
Olimpiya Oyunları Avstraliya Avstraliya
5.
6
2001
Dünya Çempionatı Şimali İrlandiya Şimali İrlandiya
2.
7
Aralıq Dənizi Oyunları Tunis Tunis
1.
Azərbaycan Azərbaycan
8
2002
Avropa Çempionatı Rusiya Rusiya
PAT
9
2003
Dünya Çempionatı Tailand Tailand
1.
10
2004
Avropa Çempionatı Xorvatiya Pula
PAT
11
Olimpiya Oyunları Yunanıstan Yunanıstan
3.

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. 1 2 3 4 Amateur-boxing.strefa.pl idman portalı. "1997 World Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 3 4 5 Amateur-boxing.strefa.pl idman portalı. "1998 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "1999 World Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 Amateur-boxing.strefa.pl idman portalı. "2000 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Amateur-boxing.strefa.pl idman portalı. "2001 World Boxing Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  7. Amateur-boxing.strefa.pl idman portalı. "2002 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2004 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.