Cavid Tağıyev (6 oktyabr 1981, Lənkəran) — Azərbaycanı təmsil edən boksçu və məşqçi.[1]
Cavid Tağıyev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Cavid Tağıyev | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Lənkəran, Azərbaycan SSR | |||||||
Boyu | 182 sm. (5 ft 6 in) | |||||||
İdman növü | Boks | |||||||
Medallar
|
Cavid Tağıyev 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Cavid Tağıyev turnirin təsnifat mərhələsində Çexiya nümayəndəsi Mixal Bilaya 4:18 hesabı ilə məğlub oldu və debüt Dünya Çempionatlarında mübarizəsini uğursuz başa vurdu.[2]
2002-ci ilin iyulunda isə Cavid Tağıyev Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Cavid Tağıyev turnirin təsnifat mərhələsində İspaniya nümayəndəsi Xaviyer Veqa üzərində qələbə qazansa da, 1/8 final mərhələsində Almaniya nümayəndəsi Luhas Vilaşeha 8:22 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini dayandırdı.[3]
Daha sonra Cavid Tağıyevin 2003-cü ilin iyulunda Tailandda baş tutan Dünya Çempionatında mübarizə apardı.[4] Cavid Tağıyev turnirin təsnifat mərhələsində Macarıstan nümayəndəsi Karoli Balzsaya 20:14 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Özbəkistan nümayəndəsi Utqirbəy Heydərova 14:25 hesabı ilə məğlub oldu və növbəti dəfə Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.[4]
Karyerası ərzində Cavid Tağıyev birinci uğuruna 2004-cü ilin fevralında Xorvatiyanın Pula şəhərində baş tutan Avropa Çempionatında imza atdı.[5] Cavid Tağıyev turnirin 1/8 final mərhələsində Latviya nümayəndəsi Alesandrs Sotnis üzərində qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[5] Bu mərhələdə Niderland nümayəndəsi Dimitri Serdyoya 30:8 hesabı ilə qalib gələn Cavid Tağıyev Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[5] Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Heydərbəy Heydərbəyov oldu.[5] Həmin görüşdə Cavid Tağlyev rəqibinə məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.[5]
Cavid Tağıyev Azərbaycanı 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[6] -75 Kq. turnirində çıxış edən Cavid Tağıyevin olimpiadanın 1/16 final mərhələsində rəqibi Yunanıstan nümayəndəsi Georgios Qazis oldu.[6] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Tağıyev rəqibinə 33:32 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[6] Bu mərhələdə isə onun rəqibi Tailand nümayəndəsi Suriya Prasatinfimai oldu.[6] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu.[6] Nəticədə görüş 20:20 hesabı ilə başa çatdı və əlavə göstəricilərə əsasən rəqib qalib gəldi.[6] Cavid Tağıyev isə Afina Olimpiadasını doqquzuncu pillədə başa vurdu.[6]
Olimpiadadan sonra Cavid Tağıyevin birinci turniri 2005-ci ilin noyabrında Çində baş tutan Dünya Çempionatı oldu.[7] Cavid Tağıyev turnirin 1/16 final mərhələsində Rumıniya nümayəndəsi Ronald Qavrila (25:14), 1/8 final mərhələsində isə Qətər nümayəndəsi Nabah Hzama (38:15) qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[7] Bu mərhələdə Cavid Tağıyev Misir nümayəndəsi Mohamed Hihala 20:34 hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[7]
2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında da Cavid Tağıyev turniri beşinci pillədə başa vurdu.[8] Cavid Tağıyevin son beynəlxalq turniri 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatı oldu.[9] Həmin turnirdə Cavid Tağıyev birinci görüşdəcə məğlub olaraq Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.[9]
Karyerasını başa vurandan sonra Cavid Tağıyev məşqçi olaraq çalışdı. 2019-cu ildən gənclərdən ibarət İraq yığmasının məşqçisidir.
Dünya Çempionatı | Şimali İrlandiya | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Tailand | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Çin | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | ABŞ |