Rüstəm Ağayev (1 may 1982, Açxoy-Martan rayonu, Rusiya SFSR) — 2004–2005-ci illərdə Azərbaycanı, 2006–2008-ci illərdə isə Rusiyanı təmsil edən sərbəst güləşçi.[1]
Rüstəm Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Rüstəm Arbiyeviç Ağayev |
Vətəndaşlığı |
Azərbaycan → Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Açxoy-Martan rayonu, Rusiya SFSR |
Boyu | 186 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1998—2008 |
Məşqçisi | Cavanşir Qurbanov |
Komandası | Neftçi İdman Klubu |
Rüstəm Ağayev 2004-cü ilin yanvarında Bratislava şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[2][3] Daha sonra Rüstəm Ağayev apreldə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı və turniri bürünc medalla başa vurdu.[4]
Həmin ilin avqustunda Rüstəm Ağayev Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil elədi.[5] Rüstəm Ağayev olimpiada da sərbəst güləş üzrə Azərbaycan yığmasında ən uğurlu çıxış edən güləşçi oldu.[6] Rüstəm Ağayev qrup mərhələsinin birinci görüşündə 2000-ci il Sidney Olimpiadasının finalçısı Qazaxıstan nümayəndəsi İslam Bayramuqov ilə üz-üzə gəldi.[6] Həmin görüşdə Rüstəm Ağayev rəqibinə 8:2 hesabı ilə qalib gəldi.[6] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Namibiya nümayəndəsi Ni Yaobs oldu.[6] Bu görüşdə Rüstəm Ağayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və qrupu birinci pillədə başa vuraraq pley-off mərhələsinə adladı.[6] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi Dünya və Avropa çempionu İran nümayəndəsi Əlirza Heydəri oldu.[6] Bu görüşdə Rüstəm Ağayev rəqibinə 0:5 hesabı ilə məğlub oldu və medal uğrunda mübarizəsini başa vurdu.[6] Formal əhəmiyyətə sahib olan beşinci yer uğrunda görüşdə isə Rüstəm Ağayev Çin nümayəndəsi Van Yuanyuana qalib gəldi və olimpiadanı beşinci pillədə başa vurdu.[6]
2005-ci ildə Budapeşt şəhərində baş tutan Dünya Çempionatını 16-cı pillədə[7] başa vuran Rüstəm Ağayev 2006-cı ildə Rusiya yığmasına cəlb olundu. 2006-cı ilin iyulunda Rusiya Çempionatının bürünc medalına sahib olan Rüstəm Ağayev 2008-ci ildə idmanla vidalaşdı.[8]
Dünya Olimpiya Təsnifat Turniri | Slovakiya | |||
Avropa Çempionatı | Türkiyə | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Macarıstan |