Elman Əsgərov (13 sentyabr 1975) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Elman Əsgərov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Elman Əsgərov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | |||||||||||
Boyu | 170 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Güləş | ||||||||||
Karyera illəri | 1990—2006 | ||||||||||
Medallar
|
1993-cü ildə gənclər arasında Avropa Çempionatını yeddinci pillədə başa vurmaqla beynəlxalq turnirlərdə debüt edən Elman Əsgərov birinci uğuruna 1996-cı ildə Tehran şəhərində (İran) tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib olmaqla imza atdı.[2]
1998-ci ildə Dünya Çempionatını 11-ci pillədə başa vuran Elman Əsgərov daha 1999-cu ildə Avropa Çempionatını 5-ci, Dünya Çempionatını isə 10-cu pillədə başa vurdu.[2]
Elman Əsgərov 2000-ci ildə Dünya Olimpiya Təsnifat Turnirində 11-ci pillənin sahibi oldu və olimpiya lisenziyasına sahib ola bilmədi.[2] Növbəti illərdə Elman Əsgərov 2000-ci ildə Avropa Çempionatında 8-ci, 2002-ci ildə isə Avropa Çempionatında 8-ci və Dünya Çempionatında 5-ci pillələrin sahibi oldu.[2]
2002-ci ilin mayında Elman Əsgərov Azərbaycanda baş tutan Avropa Çempionatının final görüşündə Rusiya nümayəndəsi Zaur Botayeva məğlub olmaqla turnirin gümüş medalına sahib oldu.[2] Daha sonra Elman Əsgərov 2002-ci ildə Dünya Çempionatını 12-ci, 2003-cü ildə isə 22-ci pillələrdə başa vurdu.[2]
2004-cü ildə Bolqarıstanda Dünya Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib olan Elman Əsgərov olimpiya lisenziyasına sahib oldu.[2] Elman Əsgərov olimpiadadan əvvəl Almaniya Qran-Prisinin qalibi oldu.[2]
Elman Əsgərov Azərbaycanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Elman Əsgərov qrup mərhələsinin birinci görüşündə Moldova nümayəndəsi Ruslan Bodișteanu ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Elman Əsgərov rəqibinə 8:4 hesabı ilə qalib gəldi.[3] Qrup mərhələsinin sonuncu turunda Elman Əsgərov Birləşmiş Ştatlar nümayəndəsi Camil Kelli ilə üz-üzə gəldi.[3] Həm Əsgərov, həm də Kelli qrup mərhələsinin birinci görüşlərində qələbə qazanmışdı və növbəti mərhələyə vəsiqə qazanacaq güləşçi məhz bu görüşdə məlum olacaqdı.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elman Əsgərov rəqibinə 2:4 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[3]
Olimpiadadan sonra Elman Əsgərov 2005-ci ilin aprelində Varna şəhərində (Bolqarıstan) baş tutan Avropa Çempionatında mübarizə apardı və final görüşündə Bolqarıstan nümayəndəsi Serafim Barzağova məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[2]
2005-ci ildə Dünya Çempionatını 30-cu pillədə başa vuran Elman Əsgərov 2006-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini dördüncü, Dünya Çempionatını isə yeddinci pillədə başa vurdu.[2] 2006-cı ildə idmanla vidalaşdı.[2]
Gənclərin Avropa Çempionatı | Avstriya | |||
Tələbələrin Dünya Çempionatı | İran | |||
Dünya Çempionatı | İran | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | Türkiyə | |||
Dünya Olimpiya Təsnifat Turniri | Almaniya | |||
Avropa Çempionatı | Macarıstan | |||
Avropa Çempionatı | Macarıstan | |||
Dünya Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Dünya Çempionatı | İran | |||
Dünya Çempionatı | ABŞ | |||
Dünya Olimpiya Təsnifat Turniri | Slovakiya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Bolqarıstan | |||
Almaniya Qran-Prisi | Almaniya | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | Macarıstan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Çin |