Hacı Məhəmmədhüseyn xan İsfahani

Hacı Məhəmmədhüseyn xan İsfahani (?-?)—Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra Qacarlar dövlətinin baş naziri, Sədri.

Hacı Məhəmmədhüseyn xan İsfahani
fars. محمدحسین‌خان صدر اصفهانی
bayraq
Baş nazir
1819 – 1819
ƏvvəlkiMirzə İbrahim Kələntər
SonrakıAbdulla xan Əminüddövlə
Şəxsi məlumatlar
Doğum tarixi 1771
Doğum yeri İsfahan, İran
Vəfat tarixi 1823
Vəfat yeri Tehran, İran
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Məhəmmədhüseyn xan İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunmuşdu.Əminüddövlə ləqəbini daşıyırdı.

1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər nazirini Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi".[1]

Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kələntərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi.

Hacı Məhəmmədhüseyn xan İsfahani oğlu Abdulla xan Əminüddövlə iki dəfə Qacarlar dövlətinin vəziri-əzəmi olmuşdu.

  1. Berje, Pyotr. A.P. Yermolovun İrana səfirliyi / P. Berje ; tərc. M. İ. Qacar, tərt., red., ön sözün müəl. Ə. Çingizoğlu. - Bakı : Mütərcim, 2014. - 80 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]