Mirzə Hüseynqulu xan Şərif xan oğlu 1832-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, mənşəcə Mafi elinin Bayırvənd tayfasından idi. Bu el Ağaməhəmməd şah Qovanlı-Qacar hökmdarlığının ilk illərində Lorestandan köçürülüb Qəzvində sakin eedilmişdi.
Mirzə Hüseynqulu xan Mafi 1854-cü ildə Xorasanda şahzadə Hüsamüssəltəninin yanında xidmətə başlamışdı. 1870-ci ildə İsfahan əyalətinin pişkarı Əbülfəth mirzənin yanında vəzir olmuşdu.
Mirzə Hüseynqulu xan Mafi 1874-cü ildə Yəzd əyalətinin valisi vəzifəsinə təyin edilmişdi. Ona fəxri Səədəddövlə ləqəbini də lütf etmişdilər.1882-ci ildə Fars əyalətinin valisi yanında vəzir məqamına çatmışdı.
Mirzə Hüseynqulu xan Mafi 1885-ci ildə mərkəzi Zəncan olan Xəmsə əyalətinin valisi vəzifəsinə göndərilmişdi.
Mirzə Hüseynqulu xan Mafi 1888-ci ildə Xuzistan və Bəxtiyari əyalətlərinə valisi vəzifəsinə təyin edilmişdi. 1892-ci ildə yenidən Fars əyalətinə göndərilmişdi.
Mirzə Hüseynqulu xan Mafi 1895-ci ildə ikinci dəfə Xuzistan əyalətinə vali olmuşdu.
Mirzə Hüseynqulu xan Mafi 1906-cı ilin dekabr ayından 1907-ci ilin may ayınadək Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Mirzə Hüseynqulu xan Mafi 1907-ci ilin dekabr ayının 21-də baş nazir təyin olunmuşdu. O, bu vəzifədə 21 may 1908-ci ilədək çalışmışdı.
Mirzə Hüseynqulu xan Mafi 1908-ci ildə Tehran şəhərində vəfat edib.
Mirzə Hüseynqulu xan Mafi 3 cildlik xatiratın müəllifidir.
Əhməd Kəsrəvi, Tāriḵ-e Mašruṭe-ye Irān, 15th ed., Tehran, 1990.
F. Kazemzadeh, Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism, tr. M. Amiri, Rus va Engelis dar Irān, 1864-1914, Pajuheši dar bāra-ye amperiālism, 2nd ed., Tehran, 1992.
Solṭān-ʿAli Khan Māfi, Taḏkerat al-odabāʾ, unpublished M.S.
Y. Moḡiṯ-al-Salṭana, Nāmahā-ye Moḡiṯ al-Salṭana, ed. Maʿṣumeh Mafi, Tehran, 1983.