Məlikmənsur mirzə Qovanlı-Qacar

Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1880, Təbriz1922, Tehran) — şahzadə, əyalət valisi, 12 oktyabr 1921 – 20 yanvar 1922-ci illər arası İranın baş naziri.

Məlikmənsur mirzə Qovanlı-Qacar
Məlikmənsur mirzə Məhəmmədəli mirzə oğlu Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 1922
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Müzəffərəddin şah Qacar
Dini şiəlik

Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu 30 mart 1880-ci ildə Tehran anadan olmuşdu. Saray təhsili almışdı. Fransız dilini mükəmməl bilirdi. Şüaüssəltənə ləqəbi almışdı.

Məlikmənsur mirzə 1897-ci ildə Gilan əyalətinə vali təyin edilmişdi. Həmin ilin noyabr ayında Tehran şəhərinə çağrılmışdı. 1898-ci ilin sentyabr ayından 1899-cu ilin may ayınadək Avropada yaşamışdı.

Məlik Mənsur mirzə 1901-ci ildə Fars əyalətinə vali təyin edilmişdi. Bir müddət burda işləyəndən sonra Məhəmmədrza xan Qəvamülmülk və oğulları ona qarşı çıxdı. Şahzadə 1902-ci ilin mart ayında paytaxta getdi. 1903-cü ilin may ayında Tehrandan gizli olaraq Avropaya getmək istədi. Lakin Müvəssəqiddövlə bu işdən xəbər tutub, onu Qəzvindən Tehrana qaytardı.

Məlik Mənsur mirzə Şüaəssəltənə 1904-cü ildə yenidən Fars əyalətinə vali təyin edildi. Bu dəfə də Qəvamüddövlə və onun tərəfdarının təzyiqi ilə oranı tərk etdi. Onun qardaşları vəliəhd Məhəmmədəli mirzə və Əbülfət mirzə Salarüddövlə ilə arası yox idi. Məlikmənsur mirzə 1922-ci ildə vəfat edib.

Məlikmənsur mirzənin törəməsi Məlik-Mənsur və Lahicanda Şüa Həsəni soyadını daşıyırlar.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.