Mirzə Məhəmmədşəfi Mazandarani (1754-1819)—Qacarlar dövlətinin sədrəzəmi.
Mirzə Məhəmmədşəfi Mazandarani | |
---|---|
fars. میرزا شفیع مازندرانی | |
1801 – 1819 | |
Əvvəlki | Mirzə İbrahim Kələntər |
Sonrakı | Hacı Məhəmmədhüseyn xan Sədr İsfahani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Babol, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzvin, İran |
Fəaliyyəti | siyasətçi |
Atası | Hacı Mirzə Əhməd |
Mirzə Məhəmmədşəfi 1754-cü ildə Mazandaran əyalətinin Babol şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Mirzə Məhəmmədşəfi Mazandarani 1801-ci ildə Mirzə İbrahim Kələntərin qətlindən sonra Qacarlar dövlətinin sədrəzəmi oldu.
Mirzə Məhəmmədşəfi Mazandarani Qacarlar və İngiltərə, Fransa dövlətləri arasında anlaşmaya qol çəkmişdi.
“Tehranda Fətəli şahın sədrəzəmi Mirzə Şəfi Mazəndərani və İngilisin səfiri Henri Elisin tərəfindən qol çəkilən bu müqavilə “Tehran müqaviləsi” adlandı. Sazişin 11 bəndi var idi. Müahidə ruslar ilə İran arasında baqlanan “Gülüstan” müqaviləsindən bir az öncə Qacarlar ilə baqlandı. Bundan sonra da Gülüstan müqaviləsinin nəticəsində İngiltərə İranda Rus dövləti nüfuzunun irəliləməsinə çalışırdı...”[1]
Tarixçi Abbas Ramazani yazır: "Bu dövrdə İngiltərə və Fransa ölkələrindən savayı Rusiya da bu müqavilənin bəzi bəndlərin bəhanə edərək öz nüfuzların İranda genişləndirdilər. Lakin Fətəli şah və onun sədrəzəmi olan Mirzə Məhəmmədşəfi Mazandaraninin bu üç dövlətin İranda irəli sürülən rəqabətindən ölkə xeyrinə istifadə etmə gücu, qüvvəsi və cürəti yox idi. İran bu rəqabətdən öz xeyrinə istifadə edə biməkdə üstəlik onlar həm İrandan böyük baclar alımış həm də “Kapitulyasiya” haqqı da əldə etdilər".[2]