Adamsit

Adamsit — Qıcıqlandırıcı zəhərləyici maddə

Adamsit
Ümumi
Kimyəvi formulu C₁₂H₉AsClN[1]
Molyar kütlə 0 kq[1]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 195 ± 1 °C[2]
Qaynama nöqtəsi 410 °C
Buxarın təzyiqi 0 ± 0 mm Hg[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 578-94-9
PubChem
ChemSpider

Adamsit – 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır. Kimyəvi adı dihidrofenarsazinxloriddir.

Kimyəvi formulu: HN(C6H4)AsCl.

Təmiz adamsit sarımtıl-yaşıl rəngli, iysiz, kristal maddədir. Qaynama temperaturu 4100 °C, suda demək olar ki, həll olmur, əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190–1950 C-dir. Adamsit yuxarı tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir (öskürək, asqıraq, burun qişasından çoxlu selik axması, sinədə ağrı və göynəmə). Havada 3 mq/l qatılıqda 10 dəqiqə nəfəs aldıqda ölümlə nəticələnir.

zəhərlənmiş şəxsə əleyhqaz geydirib onu zəhərlənmiş sahədən çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü əleyhinə məhlulu çıxarıb əleyhqazın içərisinə yeritməklə, yaxud zərərçəkənə qoxulatmaqla deqazasiya etmək lazımdır.

Mühafizə vasitəsi – əleyhqaz. Deqazasiya otağın havasını dəyişməklə aparılır. Adamsit kimyəvi kəşfiyyat cihazı vasitəsilə müəyyən edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]