Xlorasetonfenon

Xlorasetonfenon — Gözyaşardıcı zəhərli maddə.

Xlorasetonfenon
Ümumi
Kimyəvi formulu C₈H₇ClO[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 1,32 q/sm³[2]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 134 ℉[2], 54 °C[3]
Qaynama nöqtəsi 472 ℉[2]
Buxarın təzyiqi 0,66661 Pa[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 532-27-4
PubChem
RTECS AM6300000
ChemSpider

Xlorasetofenon – sarı kristal halında olan bənövşə iyinə malik çox güclü zəhərli maddədir. İlk dəfə 1871-ci ildə alınmışdır. Ərimə temperaturu 50–800 °C, qaynama temperaturu 2450 C-dir. Xüsusi çəkisi 1,32 q/sm3-dir. Suda demək olar ki, həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Qələvilərin suda məhlulları xlorasetofenonu hidrolizləşdirir.

Toksiki xassələri

[redaktə | mənbəni redaktə et]

Bu maddənin xırda tozcuqları gözün selikli və buynuz qişalarına düşərsə, nəm qişada olan sinir uclarını ara kəsilmədən qıcıqlandırır və bunun nəticəsində yaşaxma baş verir. Zəhərlənmə əlamətləri adətən dərhal başlanır və 10–15 dəq. sonra maksimum həddə çatır. Gözyaşı ilə birlikdə ağrı, sancı, gicişmə hissi və tez-tez göz qırpması baş verir. Zəif qatılıqlarda zəhərlənmələr bu əlamətlərlə qurtarır. Yüksək dozalarda isə göz qapaqlarının şişməsi, göz almasının qızarması, şişkinliyi, kəskin işıqdan qorxma, görmə qabiliyyətinin zəiflənməsi müşahidə olunur. Yüksək qatılıqda xlorasetofenon ürək fəaliyyətinin pozulmasına, ağ ciyərlərin iltihabına və dərinin zədələnməsinə səbəb ola bilər.

Təsiredici dozası 0,0003 mq/l-dir. 0,05 mq/l qatılıqda xlorasetofenon ilə zəhərləndikdə ağ ciyərlərdə şiş əmələ gəlir. 0,1 mq/l qatılıqda isə dəriyə təsir göstərir. 0,85 mq/l qatılıqda insan əleyhqazsız olarsa, 10 dəqiqə ərzində ölə bilər.

Mühafizə – Fərdi mühafizə vasitələri ilə.

Deqazasiya: xlorasetofenonla zəhərlənmiş yerləri və əşyaları Natrium sulfidin 10%-li suda məhlulu ilə qələvi əlavə etməklə neytrallaşdırırlar.

Ən əvvəl zədələnmiş şəxsə əleyhqaz geydirib təmiz havaya çıxarmaq lazımdır. Sonra gözlər adı su ilə təmiz yuyulur, yaxşı olar ki, birinci sutkada gözlər 2% çay sodası ilə yuyulsun. Şiddətli yaşaxmada gözə 1–2 damcı 1,0% atropin tökülməlidir. Bərk ağrılarda isə 1,0% diamin kodein və ya 2% novokaindən istifadə edilir. Göz gicişərkən ona əl vurmaq olmaz çünki gicişən yerə əl vurduqda qıcıqlanma kəskinləşir həmçinin gözə infeksiya da keçə bilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]