Akrolein

Akrolein (kəskin iyli mayedir) (propenal) – H2C=CH-CHO, akril turşusunun aldehididir, sadə doymamış aldehiddir. Kəskin iyli, göz yaşardıcı, asan uçuculuq qabiliyyətinə malik olub rəngsiz mayedir.

Akrolein
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C3H4O
Molyar kütlə 56,0633 ± 0,003 q/mol
Fiziki xassələri
Sıxlıq 0,843 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −126 ± 1 ℉[1], −87 °C[2], −87,7 °C[3]
Qaynama nöqtəsi 127 ± 1 ℉[1], 52,69 °C[3]
Öz-özünə yanma temperaturu 234 ± 1 °C[4]
Buxarın təzyiqi 210 ± 1 mm Hg[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 107-02-8
PubChem
EINECS-də qeyd. nöm. 203-453-4
SMILES C=CC=O
RTECS AS1050000
ChEBI 15368
BMT nömrəsi 1092
ChemSpider

Reaksiyaya girmə qabiliyyəti

[redaktə | mənbəni redaktə et]

Akrolein, doymamış aldehid olmaqla, həm olefinlərə, həm də aldehidlərə xas olan reaksiyaya girmə qabiliyyəti göstərir. Belə ki, akrolein asetallar əmələ gətirir :

Onda olan aldehid qrupu asanlıqla karboksil qrupuna qədər oksidləşir :

Həm də aldehid qrupu hidroksil qrupuna qədər reduksiya olur :

Akroleinin karbonil qrupu iki qat rabitəyə qoşulduğuna görə nukleofillərə nisbətən yüksək reaksiyaya girmə qabiliyyətinə malikdir. Ona görə də birləşmə karbonun β-atomunda gedir :

Halogenlər akroleinə iki qat rabitə üzrə birləşir və halogen törəmələri əmələ gəlir, sonra isə H halogenid ayrılır, nəticədə α- halogen akrolein alınır :

İki qat rabitə ilə qoşalaşmış elektron akseptor mövcudluğu sayəsində o dienofil adlanır və dienlərlə reaksiyaya girərək tsiklobirləşmələr əmələ gətirir (Dils-Alder reaksiyası) :

Laboratoriyada akroleini kalium hidrosulfat iştirakında qliserini dehidratlaşdırmaqla alırlar. Sənayedə isə akroleini propileni, katalizator kimi bismut molibden oksidi və ya mis oksidindən istifadə etməklə, katalitik oksidləşdirmə yolu ilə alırlar. Əvvəllər sənayedə aldehidlərin formaldehidlə buxar fazası ilə krotonla kondensləşmə prosesi çox geniş yayılmışdır :

Yüksək reaksiyaya girmə qabiliyyətinə malik olduğuna görə akrolein zəhərlidir, gözün selikli qişasını və nəfəs yollarını güclü qıcıqlandırmaqla təsir edir. Təhlükəliliyinə görə I dərəcəli sinifə aiddir.

Akrilonitril, qliserin, piridin, β-pikolin, amin turşusu (metionin), etilvinil efiri, qlutar aldehidi, poliakroleinin sintezində istifadə olunur. Həm də akroleindən dərman preparatlarının istehsalında da istifadə edilir. I dünya müharibəsi zamanı kimyəvi sılah kimi istifadə edilmişdir.

  • Химическая энциклопедия / Редкол.: Кнунянц И. Л. и др.. — М.: Советская энциклопедия, 1988. — Т. 1 (Абл-Дар). — 623 с.
  • Acrolein MSDS (недоступная ссылка). Дата обращения 26 марта 2012. Архивировано 14 февраля 2012 года.
  • Роспотребнадзор). № 1797. Проп-2-ен-1-аль (акрилальдегид; акролеин) // ГН 2.2.5.3532–18 "Предельно допустимые концентрации (ПДК) вредных веществ в воздухе рабочей зоны" (рус.) / утверждены А. Ю. Поповой. — Москва, 2018. — С. 123. — 170 с. — (Санитарные правила).
  • МКХБ Международная организация труда. МКХБ № 0090. Акролеин. Пропеналь. www.ilo.org/dyn/icsc/ (2018). Дата обращения 12 ноября 2019.
  • Плотникова М. М. Материалы к гигиенической оценке акролеина как атмосферного загрязнения (рус.) // Министерство здравоохранения СССР Гигиена и санитария. — Москва: Медицина, 1957. — Июнь (№ 6). — С. 10–15. — ISSN 0016–9900.
  • Katz S. H. and E. J. Talbert. Table 3. Intensities of odors versus concentrations in parts per million // Intensities of Odors and Irritating Effects of Warning Agents for Inflammable and Poisonous Gases (англ.). — Washington, D. C: U. S. Bureau of Mines, U. S. Dept. of Commerce, 1930. — P. 14. — 40 p. — (Technical Report no. 480).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]