Akkerman konvensiyası, Osmanlı İmperiyası ilə Rusiya arasında 7 oktyabr 1826-cı ildə Moldavianın Akkerman şəhərində imzalanmış tənzimləmə və ticarət müqaviləsidir.[1] Müqaviləni Rusiya tərəfdən Mixail Vorontsov və Aleksandr İvanoviç Ribopyer, Türkiyə tərəfindən - Mehmed Hadi-Əfəndi və İbrahim-Əfəndi imzaladılar.
Akkerman konvensiyası | |
---|---|
| |
Müqavilənin tipi | tənzimləmə və ticarət sazişi |
İmzalanma tarixi | 7 oktyabr (25 sentyabr) 1826 |
İmzalanma yeri | Belqorod-Dnestrov qalası,Moldavia |
İmzalayanlar |
Mixail Vorontsov, Aleksandr İvanoviç Ribopyer İbrahim Əfəndi, Mehmed Hadi Əfəndi |
Tərəflər |
Rusiya imperiyası Osmanlı imperiyası |
Rusiya,1812-ci il Buxarest sülh müqaviləsinin müddəalarının aydınlaşdırılması və izahının verilməsi istiqamətində 1814-cü ildən bəri çalışılmış,Babıaliyə (Sədrəzəm verilən iltumatum ilə məqsədinə çatmışdır. Osmanlı və Rusiya nümayəndələri Akkermanda danışıqlara başladılar. Ruslar istəklərini çox çoxaldaraq,demək olar ki, hamısını qəbul etdirdilər. Beləliklə, 1812-ci il Buxarest sülh müqaviləsinin izahını verən müqavilə formasından çıxaraq, Akkerman konvensiyası Buxarest müqaviləsini tamamilə dəyişdirən bir forma aldı.
Səkkiz maddə və iki ayrı əlavədən ibarət olan Akkerman konvensiyasına görə, Osmanlı dövləti, Buxarest sülh müqaviləsinin müddəalarına uyğun olaraq ona verilməsi lazım olan Qafqaz qalalarından imtina edərək,müharibə səbəbiylə Rus vətəndaşlarının ziyanlarını ödəməyi, Rus tacirlərinin Osmanlı ölkəsi daxilində sərbəst ticarət etmələri və Rusiyanın Qara dəniz ticarətini genişləndirməsi üçün başqa dövlətlərin gəmiləri haqqında Çar hökumətinin irəli sürdüyü təşəbbüslərə kömək etməyi qəbul etdi. Bundan əlavə, iki dövlət arasında əvvəlki müqavilələrin müddəaları möhkəmləndirildi. Konvensiyaya aid olan iki əlavədən birincisinə görə Valaxiya və Moldaviada voyvodaların boyarlar tərəfindən yeddi il müddətinə seçilməsinə,voyvodaların Porteyə bağlı olmadan ölkələrini idarə edəcəkləri və Rusiyanın razılığı olmadan tutduğu vəzifələrindən azad edilməməsinə qərar verilmişdi. İkinci əlavədə, Buxarest sülh müqaviləsi ilə serblərə verilən imtiyazlar və on səkkiz ay ərzində Serbiya nümayəndələri ilə qəbul ediləcək qərarlar və danışıqlar barədə bir fərman veriləcəyi və bu barədə Rusiyaya bildiriləcəyi vəd edilmişdir. Bessarabiyada da Rusiyanın xeyrinə yeni sərhəd düzəlişi edildi.
Buxarest sülh müqaviləsini tamamilə dəyişdirən səkkiz maddədən və əlaqəli iki əlavədən ibarət olan bu konvensiya,Rusiya Qara dənizdə gəmi sahibi olmaq hüququ əldə etdi və Rus tacirlərinə Osmanlı torpaqlarında sərbəst şəkildə ticarət etmək imkanı verdi.
Buxarest sülh müqaviləsi, Balkan xalqlarının milli azadlıqlarında bir addım olan tam müstəqilliyinin başlanğıcını qoyan Dunay knyazlıqlarının və Serbiya daxili özünüidarəetmənin imtiyazlarını təmin etdi. Buxarest sülh müqaviləsinin əsas müddəaları 1826-cı il Akkerman konvensiyası ilə təsdiq edildi.[2]
Osmanlı dövlətinin hər cəhətdən zəif olduğu bir dövrdə Rusiyanın müharibə təhlükəsi qarşısında imzalamalı olduğu Akkerman konvensiyası, Osmanlı dövlətinin zərərinə olan sənəd idi. Bu səbəblərdən Akkerman konvensiyası Osmanlı imperiyasının əleyhinə olan müqavilələrdən biridir.