Boğazlar haqqında London konvensiyası (1841)

Bosfor (qırmızı), Dardanel (sarı), boğazları arasındakı Mərmərə dənizi, Türk boğazları kimi tanınır. Müasir sərhədlər göstərilib.

Boğazlar haqqında London konvensiyası (1841)Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyasıOsmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya[1] Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan BosforDardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. [2]

1841-ci ilə qədər Boğazların statusu

[redaktə | mənbəni redaktə et]
  • 1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxmasına icazə verildi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdir.
  • 1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmilərinə boğazları sərbəst keçmək hüququ verdi.
  • 1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə dair hökmlər verildi. 1806-cı il iki dövlət arasında baş verən müharibə bu müqavilənin müddəalarını qüvvədən saldı.
  • 1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə bağlı qalması prinsipi qəbul edildi.
  • 1829-cu ildə Ədirnə müqaviləsində boğazların bütün dövlətlərin ticarət gəmilərinə açıq qalması şərt idi.
  • 1833-cü il Hünkar İskelesi müqaviləsinin məxfi məqaləsində Osmanlı Dövlətinin Dardanel boğazını Rusiyanın xeyrinə bağlayacağı, yəni heç bir xarici hərbi gəminin Çanaqqaladan hər hansı bir səbəb və bəhanə ilə girişinə icazə verməyəcəyi bildirildi.
  • Buradan başa düşmək olar ki, Osmanlı Dövləti bu dövrlərdə Boğazlar statusunun məsuliyyətini Avropanın böyük dövlətləri ilə bölüşmək iqtidarındadır.

Misir məsələsindən sonra Boğazlar Rusiyanın nəzarətindən alındı ​​və yenidən Avropanın böyük dövlətlərinə sadiq qaldılar.

1841-ci il Boğazlar konvensiyası

[redaktə | mənbəni redaktə et]

Bu müqavilə ilə boğazların sülh dövründə hərbi gəmilərlə məhdudlaşdırılması beynəlxalq öhdəlik altına alındı. Boğazların yalnız dinc dövr ilə məhdudlaşırdı. Osmanlı dövləti müharibəyə girərsə, Boğazlardan istədikləri kimi istifadə edə biləcəkdilər. Yəni istənilən dövlətin hərbi gəmilərinə aça biləcək. Necə ki, bu prinsip Krım müharibəsində tətbiq ediləcək, ingilisfransız gəmilərinin Qara dənizdən keçməsinə icazə veriləcəkdir.[3]

Nəticə olaraq; 1841-ci ildə Rusiyanın Osmanlı imperiyasına təsiri və təzyiqi azaldı; Fransa Misir üzərindəki təsirini itirdi; Hünkar İskelesi müqaviləsinin müddəaları sona çatdırıldı; İngiltərə isə ən çox qazanc əldə etmiş ölkəyə çevrildi.

  1. Özdalga Numan. Türk bogazlarinin tarih içindeki önemi. Deniz basimevi. 1965. səh. 14-18.
  2. Christos L. Rozakis. The Turkish Straits. Martinus Nijhoff Publishers. 1987. 24–25.
  3. Straits Convention. Encyclopedia of the Modern Middle East and North Africa. Gale (publisher). 2004. 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10 – HighBeam Research vasitəsilə.