Gelibolu müqaviləsi (türk. Gelibolu Antlaşması) — 1403-cü ilin yanvar-fevralında imzalanmış sülh və ticarət müqaviləsi. Gelibolu müqaviləsi Balkanlardakı Osmanlı ərazilərinin hökmdarı Süleyman Çələbi ilə Bizans imperiyası, Genuya Respublikası, Venesiya Respublikası, Arxipelaq hersoqluğu və Hospitalyerlər ordeni arasında bağlanmış sülh müqaviləsi idi. Ankara döyüşündən sonra bağlanan bu müqavilə ilə Süleyman, qardaşları ilə varislik uğrunda mübarizədə öz mövqeyini möhkəmləndirməyə çalışarkən, itirdikləri torpaqları geri qaytaran və Osmanlı hökmdarı üzərində nominal üstünlük əldə edən xristian dövlətlərinə, xüsusilə Bizanslara böyük güzəştlər etdi. Qanunlar, Süleyman və Osmanlı varislik mübarizəsinin qalibi I Mehmed dövründə qüvvədə qaldı. Lakin 1421-ci ildə I Mehmedin ölümündən sonra müqavilə qüvvədən düşdü.
Gelibolu müqaviləsi | |
---|---|
Müqavilənin tipi | sülh və ticarət müqavilsi |
İmzalanma tarixi | yanvar/fevarl 1403 |
İmzalanma yeri | Gelibolu |
Qüvvəyə minməsi | |
• şərtləri | Süleyman Çələbi ilə Bizans imperiyası arasında ittifaq müqaviləsi; Süleyman Çələbi ilə Genuya, Venesiya və Yunanıstandakı mülkləri və vassalları arasında imzalanmış sülh və ticarət müqaviləsi |
İmzalayanlar | |
Tərəflər | Süleyman Çələbi, Bizans imperiyası, Genuya Respublikası, Venesiya Respublikası |
26 iyul 1402-ci ildə baş verən Ankara döyüşündən sonra Osmanlı sultanı I Bəyazid türk-monqol sərkərdəsi Əmir Teymur tərəfindən məğlub edilərək əsir alındı. Bu mühüm hadisə I Bəyazid tərəfindən ələ keçirilən müstəqil türk bəyliklərinin əksəriyyətini yenidən quran Əmir Teymurun Anadoludakı Osmanlı torpaqlarını bölüşdürməsi bölgədəki güc balansını parçalamış oldu. Əmir Teymur Balkanlara müdaxilə etmədi: Ankaradan öncə Bizans imperiyasının son qalığı olan Konstantinopolla əlaqə kəsildi və Bəyazidin əlinə keçmə ərəfəsində idi.[1] Anadoludakı kimi, Osmanlıların gücünün qəfil zəifləməsi Balkanlarda da hakimiyyət boşluğu yaratdı. Osmanlı dövlətinə meydan oxumaq üçün bölgədəki müxtəlif xristian dövlətləri - Bizanslılar, Macarıstan krallığı, Venesiya Respublikası və bəzi kiçik hökmdarlar hər biri öz maraqlarını maksimum dərəcədə qorumağa çalışırdı.[2]
Bəyazidin böyük oğlu Süleyman Çələbi Ankaradakı məğlubiyyətdən sonra avqustun 20-də Geliboluya gəldi. Digər qardaşları Anadoluda Əmir Teymurla mübarizəni davam etdirib, bacardıqları qədər torpaqları geri almağa çalışarkən, Süleyman Balkanlardakı Osmanlı ərazilərini (Rumeli) nəzarət altına aldı. Vəziyyətinin güvəndə olmadığı Süleyman Çələbinin vacib addımlarından biri Anadoluya qayıdıb qardaşları və digər rəqiblərinə qarşı mübarizə aparmaq oldu. Məqsədi bölgənin xristian dövlətləri ilə atəşkəs yaratmaq idi.[3][4] Sentyabrın 22-də məsələ haqqında müzakirə aparan Venesiya Senatı Gelibolu üzərində nəzarəti ələ almağa çalışırdı. Venesiyalılar, Qərbdən kömək üçün Parisdə səfərdə olan Bizans imperatoru II Manuil ilə təmasa keçərək Manuilin qardaşı oğlu və regenti VII İohannın Venesiyanın dəniz və ticarətdə rəqibi Genuya Respublikasına rəğbət bəslədiyi üçün onu evə qayıtmağa çağırdılar.[5]
Aparılan danışıqlar nəticəsində Süleyman həm Venesiyaya, həm də Manuilə elçilər göndərərək mühüm güzəştlər etdi. Manuil 9 iyun 1403-cü ilə qədər Konstantinopola qayıtmayacaqdı və onun yoxluğunda üç ay yarım davam edən danışıqlardan sonra razılıq əldə olundu.[6] Afinanı ələ keçirmiş Florensiyalı I Antonio Akkiaiuoli ilə rəqabətini həll etmək üçün Osmanlının gücündən istifadə etmək istəyən Venesiyalılar ən təcrübəli diplomatları Pietro Zeno və Marko Qrimani danışıqlara,[7][8] Genuya isə Jan de Şatemorandı elçi göndərdi.[6]
Peradakı mirzələrə müqavilənin hazırlanmasında gördükləri işlərə görə ödəniş edildikdən sonra, müqavilə 1403-cü ilin yanvarında və ya fevralın əvvəlində imzalanmışdır.[9] Müqavilənin günümüzə qədər yalnız bir nüsxəsi: türkcə orijinalının zəif venesiya tərcüməsi gəlib çatmışdır.[8] Müqavilənin müddəaları aşağıdakılardır:
İmperator II Manuil ilin sonunda Qərbdən qayıtdıqdan sonra müqavilə yenidən təsdiqləndi. İmtiyazlar səbəbi ilə müqavilə bir o qədər də populyar deyildi.[24] Lakin qardaşları ilə apardığı vətəndaş müharibəsində iştirakı və təhlükəsizliyini təmin etmək ehtiyacı Süleymanı 1411-ci ildə devrilənə qədər müqaviləyə riayət etməyə məcbur etdi.[25] Qazi Evrenos bəy kimi güclü Osmanlı sərhəd sərkərdələrinin (Uc bəyi) müqaviməti müqavilənin ən azı bir səhvlə nəticələnməsinə səbəb verdi ki, Gelibolunun özü Osmanlının əlində qaldı. 1366-cı ildə Anadolu və Avropadakı Osmanlı ərazilərini parçalayan Savoyard Səlib yürüşü nəticəsində ərazi müvəqqəti olaraq itirildi.[26]
Tarixçi Nevra Nəcipoğlu, Süleymanın müqavilə boyunca Bizans imperatorundan "ata" olaraq bəhs etdiyinə diqqət çəkərək, Ankara döyüşünün gətirdiyi məsələlərin nəzərəçarpacaq dərəcədə dəyişdiyini vurğulayıb. Osmanlılara görə, müəyyən üstünlük əldə edib, ustalıqla siyasət işlədərək, Osmanlı şahzadələri arasında mövqeyini bir neçə il ərzində qoruyub saxlamağı bacardı.[27] 1411-ci ildə Süleyman, Makedoniya, Fessaliya və Frakiyada Bizansa verilən ərazilərin çoxunu ələ keçirməyə gedən qardaşı Musa tərəfindən devrilərək, öldürüldü. Lakin 1413-cü ildə Musanın I Mehmed tərəfindən məğlub edilməsindən sonra Osmanlı vətəndaş müharibəsinə son qoyan yeni Sultan Gelibolu müqaviləsinin müddəalarını və imperator Manuilin "itaətkar oğlu" mövqeyini 1421-ci ildə ölümünə qədər qoruyub, saxladı.[28][29]
II Muradın taxta çıxması və Manuilin oğlu VIII İohannın yüksəlişi ilə Bizans-Osmanlı arasındakı dostluq münasibətləri sona çatdı. II Murad, 1422-ci ildə Konstantinopolu və Salonikini mühasirəyə alsa da, Bizanslılar 1423-cü ildə Salonikini Venesiyaya təslim etmək məcburiyyətində qaldılar. 1424-cü ilin fevralında imzalanan sülh müqaviləsində Bizanslılar Geliboluda qazandıqları ərazilərin çoxunu yenidən itirdilər və bir daha xərac verən vassal statusuna düşdülər.[30]
Venesiya tərəfində, Süleymanın 1406-cı ildən etibarən Anadoludakı məsələrlə məşğulunun ardından yerli Uc bəyliyinin sərbəst buraxılması ilə münasibətlər pisləşdi. Venesiya Qərbi Balkanlarda Osmanlı vassalı olan yerli xristian hökmdarı III Balşaya qarşı müharibəyə başlamışdı. Venesiya Respublikası 1406-1409-cu illərdə Süleymanın yanına dəfələrlə elçilərini göndərsə də, heç bir müsbət nəticə əldə edə bilmədi. Bu dövrdə venesiyalılar birbaşa Skopye hakimi Paşa İgid bəylə, eləcə də Süleymanla danışıqlar apardılar.[31] Bununla yanaşı, Venesiya səfiri Françesko Custinian 1409-cu ildə Süleymanla müqavilə bağlamağa müvəffəq oldu və Süleymanın hakimiyyətinin süqutundan sonra 1411-ci ilin sentyabrında Musa ilə oxşar müqavilə olan Selimbriya müqaviləsi imzalandı.[32]