Proqramlaşdırma komandası (ing.Programming team) — layihələri həyata keçirmək və texnoloji məhsullar yaratmaq üçün fərqli bilik və bacarıqlara malik bir neçə mühəndis və inkişaf etdiricinin bir araya gəldiyi bir komandadır.[1]
Bu komanda ümumiyyətlə aşağıdakı rollardan ibarət ola bilər:[2]
Backend İnkişaf etdirici — server tərəfli proqramlaşdırma, verilənlər bazası idarəetməsi, API-lərin yaradılması və sistem inteqrasiyası ilə məşğul olur.
Frontend İnkişaf etdirici — istifadəçi interfeysini yaradır, veb səhifələr və ya tətbiqlərin istifadəçi təcrübəsini yaxşılaşdırır.
Mobil İnkişaf etdirici — Android və ya iOS üçün tətbiqlər hazırlayır və ya hibrid mobil inkişaf mühitlərində işləyir.[3]
Full-stack İnkişaf etdirici — həm frontend, həm də backend üzrə biliklərə malik olan və hər iki sahədə işləyə bilən mütəxəssisdir.
DevOps mühəndisi — sistemlərin quraşdırılması, saxlanılması və avtomatlaşdırma ilə məşğul olur. O, həmçinin proqram təminatının davamlı çatdırılması (CI/CD) və miqyaslana bilən sistemlərin yaradılması ilə də məşğul olur.[4]
Test mühəndisi (QA) — proqramların keyfiyyətini təmin etmək üçün testlər aparır və istifadəçi xətalarının minimuma endirilməsinə çalışır.
Layihə meneceri (PM) — layihənin vaxtında və keyfiyyətli şəkildə çatdırılması üçün komandanı idarə edir, resursların istifadəsini optimallaşdırır və kommunikasiya ilə məşğul olur.[5]
Belə bir komanda, layihənin tələblərini, texnoloji planlaşdırmasını və effektiv icrasını təmin etmək üçün vacibdir. Texnologiyaların seçimi, layihənin böyüklüyü və mürəkkəbliyinə görə dəyişə bilər.