Azərbaycanda əlavə parlament seçkiləri (noyabr 2001)

Azərbaycanda əlavə parlament seçkiləri (noyabr 2001) — 2001-ci ilin noyabr ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri.

Azərbaycanda əlavə parlament seçkiləri
16 noyabr 2001
Fəallıq 60.69%
Heydar Aliyev 25 January 2002.jpg
Lider Heydər Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 1
Səslər 24 959
(46.57%)

Zəmin[redaktə | mənbəni redaktə et]

2000-ci il parlament seçkiləri2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 52 saylı Ağcabədi şəhər seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Fəxrəddin Həsənov 2 may 2001-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 715 nömrəli sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinı təyin edilmişdir.[1] Dövlət qulluğuna keçdiyi üçün Fəxrəddin Həsənov deputat mandatından məhrum edilmişdir. Həmçinin 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə seçilmiş bitərəf deputat, Milli Məclisin sədr müavini Zakir Zeynalov deputat seçildikdən sadəcə 1 ay sonra — 6 dekabr 2000-ci il tarixində ölmüşdür.[2] Hər iki deputatdan boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur.

Namizədlər[redaktə | mənbəni redaktə et]

Deputat Fəxrəddin Həsənov və deputat Zakir Zeynalovdan boşalan yerlər üçün 16 noyabr 2001-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur.

Seçkilərdə Azərbaycan Liberal Demokrat Partiyası, Vəhdət Partiyası, Yeni Azərbaycan Partiyası və o dövrdə rəsmi dövlət qeydiyyatından keçməmiş, yeni yaradılmış Azərbaycan Azad Respublikaçılar Partiyası üzvləri iştirak qərarı almışdır. Onlardan sadəcə Azərbaycan Liberal Demokrat Partiyasından deputatlığa namizəd Fuad Əliyev partiyası tərəfindən namizəd göstərilmişdir. Deputatlığa namizədliyini irəli sürən şəxslərə imza vərəqələrinin paylanması səbəbi ilə namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən hər iki dairə üzrə 12 sentyabr 2001-ci il tarixində açıqlanmışdır.[3] 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə deputatlığa 5 namizəd olmuşdur. Onlardan ikisi Yeni Azərbaycan Partiyası üzvü, biri Vəhdət Partiyası üzvü, biri rəsmi qeydiyyatdan keçməmiş Azərbaycan Azad Respublikaçılar Partiyası üzv, biri isə bitərəf olmuşdur. Vəhdət Partiyası üzvlərindən Tofiq Astan oğlu Cəfərov, Yeni Azərbaycan Partiyası üzvlərindən Ağcabədi Rayon Bələdiyyəsinin sədri Tahir Musa oğlu Rzayev və mühəndis-mexanik Bəylər Həbib oğlu Şirinov, Azərbaycan Azad Respublikaçılar Partiyası sədri, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Kamil Rzaqulu oğlu Seyidov, bitərəf olaraq isə Azərbaycan İkinci Dünya Müharibəsi Veteranları İttifaqı Ağcabədi Rayon Şöbəsinin sədri Ələsgər Əlican oğlu Allahverənov deputatlığa namizəd olmuşdur. 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə deputatlığa 7 namizəd olmuşdur. Onlardan 1-i Azərbaycan Liberal Demokrat Partiyası üzvü, 1-i Yeni Azərbaycan Partiyası üzvü, 5-i isə bitərəf olmuşdur. Azərbaycan Liberal Demokrat Partiyasından partiya sədri Fuad Əliyev, Yeni Azərbaycan Partiyasından Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məstan Rəsul oğlu Əliyev, bitərəf olaraq isə Lukoyl Şirkətinin Bakı şöbəsinin hüquqşünası professor İlham Məmmədhəsən oğlu Rəhimov, Kent Universitetinin doktorantı İlqar Əli oğlu Məmmədov, Müstəqil Elmi və Praktiki Hüquq Mərkəzinin Tovuz Nümayəndə Heyətinin sədri Firudin Muxdar oğlu Ələkbərov, Bakı şəhərində yerləşən 5 nömrəli Notariat Mərkəzinin mütəxəssisi Adir Zakir oğlu Zeynalov və "Azad Söz" Jurnalistlər Birli Bakı Təşkilatının sədr müavini Elxan Talıb oğlu Məmmədov deputatlığa namizəd olmuşdur.[4][3]

Lakin hər bir namizəd namizədlik üçün lazım olan imza sayısını toplaya bilməmişdir. Bununla bərabər 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə bitərəf Teymur Qubad oğlu Rəhimov, 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə bitərəf İlqar Sayad oğlu Qılıcov deputatlığa namizədliyini irəli sürmüşdür. Yekun nəticə olaraq seçki bulletenində 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə 4 nəfər — Bəylər Şirinov, Ələsgər Allahverənov, Tahir Rzayev, Teymur Rəhimov, 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə 5 nəfər — Adil Zeynalov, Fuad Əliyev, İlham Rəhimov, İlqar Qılıcov, Məstan Əliyev deputatlığa namizəd olmuşdur.[4]

Seçki nəticələri[redaktə | mənbəni redaktə et]







Circle frame.svg

Mandatların siyasi partiyalara görə dağılışı

  Yeni Azərbaycan Partiyası (50 %)

  Bitərəf (50 %)






Circle frame.svg

Səslərin siyasi partiyalara görə dağılışı

  Yeni Azərbaycan Partiyası (46,57 %)

  Azərbaycan Liberal Demokrat Partiyası (0,12 %)

  Bitərəf (53,23 %)

  Heç biri (0,08 %)

Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 26 noyabr 2001-ci il tarixində 75/274 nömrəli qərar ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Qərara əsasən 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə 7 və 34 saylı seçki məntəqələrindən daxil olmuş şikayətlərlə əlaqədar Mərkəzi Seçki Komissiyasında araşdırma aparılmış, göstərilən seçki məntəqələrində səsvermənin nəticələrinə dair seçki komissiyalarının qərarları ləğv olunmuş və hər iki məntəqədə seçkilərin nəticələri etibarsız sayılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 4 dekabr 2001-ci il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 42 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Tahir Rzayev, 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə bitərəf namizəd İlqar Qılıcov deputat seçilmişdir.[5][6]

Ümumi[redaktə | mənbəni redaktə et]

52 saylı Ağcabədi şəhər 87 saylı Tovuz şəhər Cəmi
Seçici 87 327
Səs 28 235 25 364 53 599
Seçici aktivliyi 65.60% 66.21% 60.69%
Deputat sayı 1 1 2


Partiyalar üzrə[redaktə | mənbəni redaktə et]

Partiya Sədr Topladığı səs Səs faizi (%) Mandat sayı
Azərbaycan Liberal Demokrat Partiyası Fuad Əliyev 65 0.12 0
Yeni Azərbaycan Partiyası Heydər Əliyev 24 959 46.57 1
Bitərəf - 28 530 53.23 1
Heç biri 45 0.08 0
Ümumi 53 599 100.00 2

Dairələr üzrə[redaktə | mənbəni redaktə et]

52 saylı Ağcabədi şəhər[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Bəylər Şirinov 3 697 13.09
Yeni Azərbaycan Partiyası Tahir Rzayev 18 764 66.46
Yeni Azərbaycan Partiyası Teymur Rəhimov 2 331 8.26
Bitərəf Ələsgər Allahverənov 3 403 12.05
Heç biri 40 0.14
Cəmi 28 235 100.00

87 saylı Tovuz şəhər[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Azərbaycan Liberal Demokrat Partiyası Fuad Əliyev 65 0.26
Yeni Azərbaycan Partiyası Məstan Əliyev 167 0.66
Bitərəf Adil Zeynalov 651 2.57
Bitərəf İlqar Qılıcov 18 396 72.53
Bitərəf İlham Rəhimov 6 080 23.97
Heç biri 5 0.02
Cəmi 25 364 100.00

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "F. Ə. Həsənovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  2. "Öz əcəli ilə ölən, güllələnən, qəriblikdə vəfat edən deputatlar..." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  3. 1 2 "I N F O R M A T I O N ON PROVIDING CANDIDATES FOR BY-ELECTIONS DETERMINED FOR NOVEMBER 16, 2001 TO THE MILLI MAJLIS OF THE REPUBLIC OF AZERBAIJAN WITH SIGNATURE SHEETS TO CANVASS VOTER SIGNATURES TO SUPPORT THEIR CANDIDACY". December 16, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2022.
  4. 1 2 "By-elections to the Milli Majlis on November 16, 2001". April 14, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2022.
  5. "AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 2001-ci il noyabrın 16-da 52 saylı Ağcabədi şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  6. "AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 2001-ci il noyabrın 16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.