Bəhmən Mirzə

Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi.

Bəhmən mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 11 oktyabr 1810(1810-10-11)
Doğum yeri
Vəfat tarixi 11 fevral 1884(1884-02-11) (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Abbas mirzə
Uşaqları
Ailəsi Qacarlar
Rütbəsi Feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər. Bəhmən Mirzənin törəmələrinin Qafqaz budağı faktiki olaraq, sıradan çıxır.

İstedadlı siyasi xadim, sərkərdə və alim olmuş Bəhmən Mirzənin xatirəsi onun öz əsərlərində, Azərbaycan, Rusiya, UkraynaGürcüstanın muzey və kitabxanalarına səpələnmiş əlyazmalarında, habelə onun zəngin kolleksiyasına məxsus tətbiqi sənət əşyalarında yaşamaqdadır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bəhmən Mirzə Qacarın dövrümüzdə məlum olan ən önəmli əsəri "Şükürnameyi-şahənşahi" tarixi səlnaməsidir. Kitab 1871-ci ildə Şuşa şəhərində fars dilində işıq üzü görmüşdür. Əsərdə Rusiya işğalından sonra Azərbaycandakı vəziyyətdən bəhs edilir, iqtisadiyyat və mədəniyyət sahələrində baş verən dəyişikliklərdən bəhs edilir.

Bəhmən mirzənin törəməsi Bəhmənov soyadını daşıyır. Bəhmən mirzə Mələk sultan xanım Məhəmmədtağı mirzə qızı Qacarla, Püstə (Afərim) xanımla, Bərdə xanım Qurban qızı ilə, Xəndan xanımla evlənmişdi. Bəhmən Mirzə altmış üç övladının hamısına ali təhsil vermişdir.[1] 31 oğlu 32 qızı olmuşdur.

1869-cu ildə Bəhmən mirzə oğulları ilə Şuşada
Generallar

Polkovniklər

Digər

Ətraflı məlumat

[redaktə | mənbəni redaktə et]
  • Xanbaba mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar — 19 sentyabr 1848-ci ildə doğulmuşdur. Rus ordusunun zabiti olmuşdur. Rus-türk müharibəsində iştirak etmişdir, Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Mirzə Fətəli Axundovun kürəkəni olmuşdur. 1866-cı ildə M. F. Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edərək iki uşağı yetim qalmışdır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər. M. Qacar isə Nisə xanımın doğma qızıdır. 9 noyabrr 1926-cı ildə vəfat etmişdir. Tiflisdə dərc olunan "Zarya Vostoka" qəzeti 1926-cı il nömrələrində iki gün (11, 12 noyabrda) dalbadal onun ölümü haqqında nekroloq vermişdir: "Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik Xanbabaxan Qacar vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbristanlığında olacaq"..
  • Əbdüssəməd mirzə Bəhmən mirzə oğlu Qovanlı — Qacar-Çar ordusunun polkovniki. Əbdüssəməd mirzə Bəhmən mirzə oğlu 1853-cü ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Tiflis klassik gimnaziyasında almış, iyirmi yaşında isə Sankt-Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. Çar ordusunda yüksək rütbə daşıyırdı. Əbdüssəməd mirzənin Sədrəddin mirzə adlı oğlu vardı.
  • Xosrov mirzə Bəhmən mirzə oğlu Qovanlı-QacarQacar şahzadəsi. polkovnik. Birinci Azərbaycan süvari alayının komandiri olmuşdur.[2] Xosrov mirzə Bəhmən Mirzə oğlu 1882-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dünya müharibəsində (1914–1918) iştirak etmiş, Şimal draqun polkunun komandiri olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 3-cü Şəki süvari alayının komandiri vəzifəsində xidmət etmişdi. 9 aprel 1919-cu ildə polkovnik rütbəsinə layiq görülmüş, hərbi nazirin həmin il 18 dekabr tarixli əmri ilə süvari diviziyası komandirinin müavini təyin edilmişdir. Lənkəran əməliyyatında (1919) və Qarabağda erməni qiyamının yatırılmasında fəal iştirak etmişdir. Gəncə üsyanının (1920) iştirakçısı olmuş, üsyan yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir[3]

Ətraflı məlumat

[redaktə | mənbəni redaktə et]
  • Məlik Afaq xanım Qovanlı-Qacar — İran şahzadəsi. Məlik Afaq xanım Bəhmən mirzə qızı 1865-ci ildə Tehranda anadan olmuşdu. Məlik Afaq xanım Mirzə Hüseyn Təfrişi ilə ailə qurmuşdu. Ələkbər, Ələsgər adlı oğulları vardı.
  • Tacülmülk xanım Qovanlı-Qacar — Qacar şahzadəsi. Tacülmülk xanım Bəhmən qızı 1863-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Tacülmülk xanım Məhəmmədqasım ağa Nəcəfqulu ağa oğlu Sarıcalı-Cavanşirlə evlənmişdi. Məmmədqulu xan, Pənah xan, İbrahim xan adlı oğulları, Mahbəyim bəyim adlı qızı vardı. Şuşada vəfat etmişdir
  • Zəri xanım Qovanlı-QacarQacar şahzadəsi. Zəri xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Zəri xanım Əbdülkərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovla (Kərim bəy Mehmandarovla) dünya evinə girmişdi. Ədil bəy, Rəşid bəy, Surxay bəy adlı oğulları, Turan xanım, Kübra xanım, Nüşabə xanım, Zəhra xanım və Məhbubə xanım adlı qızları vardı.
  • Xurşid xanım Qovanlı-QacarQacar şahzadəsi. Zəri xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Xurşid xanım Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (Səfərəli bəy Vəlibəyovla) dünya evinə girmişdi. Nigar xanım Vəlibəyova, Sürəyya xanım Vəlibəyova adlı qızları vardı. Şuşada vəfat etmişdir.
  • Səbiyyə xanım Qovanlı-Qacar — Şuşada doğulmuş və Şuşada vəfat etmişdir. Qədim Gəncədə Səbiyyə xanımdan bir nişanə qalıb. Şərq ornamentləri ilə bəzədilmiş məscid mehmanxananın tikilməsi üçün Səbiyyə xanım şəxsi torpağını vermiş, qəriblər üçün mehmanxana-məscid tikdirmişdir. İnqilabdan əvvəlki ruhani-sorğu kitablarında və məscidin mehrabında "Bu məscidin yerini, öz mülkündən torpağından şahzadə Bəhmən Mirzəninqızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikilməsində xərc çəkiblər" yazısı yazılmışdır. Uzun illər məscid kimi istifadə olunan həmin binada sonralar A. S. Puşkinin şərəfinə kitabxana təşkil olunmuşdur.
  • Azərhümayun xanım Qovanlı-QacarQacar şahzadəsi, xəttat. Azərhümayun xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Onu Şahzadə xanım kimi tanıyırdılar. Şahzadə xanım xəttat idi. Şahzadə xanım Əbülfət ağa Ziyadxanov ilə ailə qurmuşdu. İsmayıl xan, Şahverdi xan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları vardı.
  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
  • Эльдар Эльхан оглы Исмаилов. Персидские принцы из дома Каджаров в Российской империи. Старая Басманная, 2009 — S. 155.
  • Sadıq Şükürov – "Gəncənin tarixi abidələrindən"
  • Şəmistan Nəzirli – "Arxivlərin sirri açılır". Bakı: "Elm və həyat" nəşriyyat, 1999, 750 səh.
  • "Şəmistan Nəzərli, 1999. Bakı" (PDF). İstifadə tarixi: 27 may 2022.[]
  1. "Çingiz Məmmədov,səh.61-70". genderi.org. 4 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2022.
  2. "Şəmistan Nəzərli / 1920-ci ildə Qarabağ döyüşləri". 22 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2022.]
  3. Hacıyev Qasım Əhəd oğlu, Çingizoğlu Ənvər — Qarabağlı hərbiçilər: çar və AXC ordusunun zabitləri (Bakı, 2011)