Cəfərabad (Zəngibasar)

Cəfərabadİrəvan xanlığı, Zəngibasar mahalı İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[3]

kənd
Cəfərabad
40°09′29″ şm. e. 44°26′24″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1873[1]
Mərkəzin hündürlüyü 902 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.950 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Cəfərabad xəritədə
Cəfərabad
Cəfərabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].

Toponim Cəfər şəxs adı ilə fars dilində «müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer» mənasında işlənən abad sözündən[5] əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.

  1. https://web.archive.org/web/20200209151002/https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.81
  5. Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.25