Oğuz dövləti, Oğuz yabquluğu və ya Oğuz yabqu dövləti — Kiyev knyazlığı tərəfindən məğlubiyyətə uğradılan Xəzər xaqanlığının özünün əvvəlki gücünü itirməsi ilə əvvəllər xəzərlərə tabe olan və Xəzər dənizi ilə Aral gölü arasında yaşayan şamanist oğuzlar 950-ci illərdə müstəqil oldular.
Tarixi dövlət | |||
Oğuz Yabqu dövləti | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Rəsmi dilləri | Oğuz dili | ||
Dövlət dini |
İslam, Tenqriçilik |
||
İdarəetmə forması | Yabquluq | ||
Yabqu | |||
• | Yınal Yevi Yabqu | ||
• | Əli xan | ||
Vikianbarda əlaqəli mediafayllar |
Oğuz dövləti 1050-ci illərə qədər var olmuş və daha sonra Böyük Səlcuq İmperiyasına qatılmışdır.
Oğuz dövlətində subaşı vəzifəsində olan Səlcuq bəyin Oğuz dövlətinin rəhbəri olan Yabğu ilə münasibətləri pisləşmişdi. Münasibətlərin daha da pisləşməsindən sonra Səlcuq bəy öz boyu və ona tabe olan boylar ilə birlikdə cənuba hərəkət etdi.
Bu dövrdə Oğuz dövlətinin ətrafındakı dövlətlər (peçeneqlər, qıpçaqlar və qarluqlar) ilə münasibətləri çox pis vəziyyətdə idi. Bəziləri tərəfindən, Oğuz-Qıpçaq müharibələrindən də bəhs edən "Dədə Qorqud dastanı"nın bu dövrdə baş verən hadisələrlə bağlı yazıldığı güman edilir.
İbn əl-Əsir oğuzların Xəlifə əl-Mehdi dövründə (775–785) Mavəraünnəhr bölgəsinə gəldiklərini bildirmişdir. Oğuzlar IX əsrin ikinci yarısından etibarən Seyhun çayının ətrafında yaşamaqda idilər. Oğuz dövləti isə oğuz türklərinin X əsrin ilk yarısında qışlıq mərkəzi Yenikənd olaraq qurduqları dövlət olmuşdur.
Bu dövlətin başında Yabğu titulu daşıyan şəxs dayanırdı. Kül Erkin titulu daşıyan digər bir şəxs isə onun köməkçisi olurdu. Ordunu isə subaşı titulu daşıyan şəxs idarə edirdi. Oğuz dövləti qonşuları olan peçeneqlər, qıpçaqlar və xəzərlərlə davamlı münaqişə halında idilər. Oğuzların şərqdəki qonşusu olan qaraxanlılar ilə münasibətlərinin pis olması bilinir. Belə ki, qaraxanlılarla müharibələrin birində Oğuz yabğusu öldürülmüşdü.
Digər tərəfdən, Mahmud Kaşğari oğuzlarla çigillər arasında köklü bir düşmənlikdən bəhs edir. Şimalda kiməklər ilə isə bəzən dostça, bəzən düşməncə münasibətlər davam edirdi. Oğuzlar daha çox "türk" adı ilə yanaşı "türkmən" adını da daşıyırlardı. Müsəlman ölkələrinə gəldikdən sonra İslam qaynaqlarında da bu adla anılmışlardır.