Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484[1] – 4 iyul 1546[1], Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar.
Xeyrəddin Barbarossa | |
---|---|
| |
Digər adı | Yaquboğlu Xızır |
Doğum tarixi | |
Doğum yeri | Midilli adası (indiki Lesbos), Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Dəfn yeri | |
Uşağı |
|
Fəaliyyəti | zabit, siyasətçi, Admiral |
Fəaliyyət illəri | 1500-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər. Bu savaşda İshaq Rəis və Oruc Rəis öldürüldü. Elə həmin il Xızır Rəis Yavuz Sultan Səlimin adına pul buraxdırıb xütbə oxutduraraq ona bağlılığını bildirdi. Yavuz Sultan Səlim də Xızır Rəisi Əlcəzair Bəylərbəyliyinə təyin edərək onu himayəsi altına aldı.
1519-cu ildə o, İspaniya donanmasını məğlubiyyətə uğratdı. Əlcəzairi buraxaraq Şərşəl adalarına çəkildi. 1520–1525-ci illər arasında Avropanın Aralıq dənizi limanlarına hücum edərək böyük qənimətlər əldə etdi. 1530-cu ildə Əlcəzairi yenidən ələ keçirdi. 1531-ci ildə Şərşələ basqın hazırlayan genuyalı admiral Andrea Dorianı məğlubiyyətə uğratdı. 1534-cü ildə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin il Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisi buraxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. 1538-ci ildə Preveze Dəniz döyüşündə səlibçilərin donanmasını məğlub etdi. Tulonda Osmalının müttəfiqi olan fransız donanmasıyla birləşərək 1543-cü ildə Alman xalqının Müqəddəs Roma imperiyasına qalib gələrək Nitsanı ələ keçirdi. 1544-cü ildə İstanbula qayıtdı.
Həyatının son illərini İstanbulda yaşamış və Beşiktaş məhəlləsindəki türbəsində dəfn edilmişdir. Uzun illər Bosfor boğazından çıxan türk gəmiləri onun dəfn olunduğu yerin yaxınlığından keçərkən onun şərəfinə hərbi salam verir, gəmi heyəti isə ruhuna dua oxuyurdu.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |