Belçikada islam (nid. Islam in België, fr. Islam en Belgique, alm. Islam in Belgien) — islam dini Belçika ərazisində.
1975-ci ildə ümumdünya neft böhranının qızğın çağında Belçikada "Brüssel İslam Mərkəzi" rəsmi fəaliyyətə başlamışdır. Bundan sonra Türkiyə öz nümayəndələri və pedaqoqlarını bu Mərkəzə göndərmişdir. Səudiyyə Ərəbistanı isə Belçika kralı tərəfindən ayrılmış ərazidə həmin dövr üçün Avropada ən böyük olan məscidi inşa etdirmişdir.[1]