Cavid Abdulrəhmanov

Cavid Təvəkkül oğlu Abdurahmanov (d. 26 noyabr 1972; Şamaxı, Azərbaycan - ö. 19 oktyabr 1992; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi.

Cavid Abdurahmanov
Cavid Təvəkkül oğlu Abdurahmanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Kəlbəcər, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Həyatı və Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Cavid Abdurahmanov 1972-ci il 26 noyabrda Şamaxı şəhərində anadan olub.

Orta təhsilini 1989-cu ildə Şamaxı şəhərində yerləşən Cəmobəy Cəbrayılbəyli adına orta məktəbdə alan Cavid Abdurahmanov, daha sonra Bakı Kooperativ Texnikumuna daxil olsa da, I Qarabağ müharibəsi ilə əlaqədar təhsilini başa vurmalı oldu.

1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Cavid Abdurahmanov 1992-ci il 19 oktyabrda Kəlbəcər rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Cavid Abdurahmanov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]