Dyagilevin rus baleti

Аvqust Make. Rus baleti (1912)

Dyagilevinin rus baleti (fr. Ballets russes, balɛʀys) — rus teatr və incəsənət xadimi Serqey Dyagilev tərəfindən yaradılmış balet . 1908-ci ildən 1929-cu ilədək (Sergey Dyagilevin ölümünə qədər) 20 mövsüm boyunca davam etmiş «Rus sezonları”ndan yaranmışdır. Xaricdə, xüsüsən edir.Fransa и Böyük Britaniyada böyük uğur əldə «Rus sezonları” təkcə xoreoqrafiya deyil, bütövlükdə dünya incəsənətinin inkişafında mühüm təsir rolunu oynamışdır. Monako knyazı Pyer Polinyakın himayədarlığı altında onlar Opera Monte-Karlo teatrının binasında yerləşmişdilər.

İstedadlı təşkilatçı olan Dyagilev istedadları seçmək duyğusuna malik idi. O təşkil etdiyi sezonlara bütöv istedadlı rəqqas və xoreoqrafları dəvət etmişdir. Onlar arasında Vatslav Nijinski, Leonid Myasin, Mixail Fokin, Serj Lifar, Corc Balançin kimi istedadlar vardı. Dyagilevin tamaşalarının dekorasiya və geyimləri üzərində «İncəsənət dünyasının əməkdaşları » Leon BakstAleksandr Benua çalışırdı. Sonradan hər zaman yeniliklərə meylli olan Dyagilev dekorator qismində Avropanın tanınmış rəssamları - Pablo Pikasso, Andre Deren, Koko Şanel, Anri Matissi və bir çox rus avanqardistləri — Natalya Qonçarova, Mixail Lariyonov, Naum Qabo, Antuan Pevzneri cəlb etmişdir. Bundan savayı Dyagilev həmin dövrün Rixard Ştraus, Erik Sati, Moris Ravel, Serqey Prokofyev, Klod Debüssi, İqor Stravinski kimi məhsuldar bəstəkarları ilə də əməkdaşlıq etmişdir.

Dyagilev tərəfindən təşkil edilən sezonlarda xoreoqrafiya üzrə əsas istiqaməy klassik baleti inkişaf elətdirmək idi. Nijinskinin müxtəlif rəqs formalarında etdiyi eksperimentlər öz dövrünü qabaqlayırdı və bu səbəbdən izləyicilər tərəfindən dərhal qəbul edilməmişdi. Fokin hərəkətlərə “zəngin plastika” əlavə etmiş»[1], onun prinsiplərinin davamçısı olan Myasin isə xoreoqrafiyanı “qırıq və qəliz formalarla” zənginləşdirmişdir. Balançin isə tamamilə akademik rəqs qaydalarından uzaqlaşmış, baletlərinə daha ekspressionist səsləndirmə vermişdir. Dyagilevin Sezonları – xüsusilə ilk olanların proqramına «Simurq quşu», «Petruşka» və «Müqəddəs bahar»  kimi baletlər daxil idi. Bu baletlər rus mədəniyyətinin Avropada populyarlaşmasında əhəmiyyətli rol oynamış və dəbin rus geyimlərinin üslubunda formalaşmasına səbəb olmuşdur. Məsələn, ingilis rəqqasları Patrik Hili-Key, Elis Marks və Hilda Manninq özlərinə ruz təxəllüsləri (müvafiq olaraq Anton Dolin, Alisiya Markova və Lidiya Sokolova) götürərək Dyagilevin truppasında çıxış etmişdilər. Onun sezonlarının məşhurluğu avropalıların ənənəvi rus kostyumlarına olan marağını artırmış və yeni dəb formalaşdırmışdır. Hətta Böyük Britaniya kralı VI Georqun gələcək həyat yoldaşı Yelizaveta Bouz-Layon toy mərasimində rus folklor ənənələrilə bəzədilmiş gəlinlik geyinmişdir.[2].

Dyagilevin portreti Valentin Serov (1909)

1906-cı Parisin Payız salonunda keçirilən rus rəssamlarının təmtəraqlı uğurundan sonra Dyagilev Rusiya imperator sarayı və Fransanın yüksək dairələrindəki nüfuzedici şəxlərin himayəliyi altında Rus sezonlarının (rus artislərinin hər il Parisə qastrolları bu adı almışdır) təşkilatçılığına başlamışdır. Bu sərgi birinci Rus sezonu hesab edilir.

1907-ci ildə sezonlar çərçivəsində Rimski-Korsakov, Raxmaninov, Qlazunov və başqalarının iştirakı ilə «Tarixi rus konsertləri» keçirilmişdir. Dyagilev Avropada məşhur olmayan şedevrləri proqrama daxil etmək qərarına gəlmişdir: Qlinkanın („Ruslan və Lüdmila operasından“ ilk hissə və üvertüra), Rimski-Korsakovun „Milad qabağı gecəsindən“ ilk hissə, , и две „Qarqız operasından iki mahnı“,„Mlada opera-baletindən “Triqlav dağında gecə“ adlı üçüncü hissə, „Çar Saltandan“ süita və „Sadkodan“ sualtı çarlıq olan hissə), Çaykovskinin (İkinci и Dördüncü simfoniyaları ,„Cadugərdən ariozo“), BorodininKnyaz İqorundan“ bir çox hissələr), Musorqskidən („Trepak“, „Gənə haqda mahnı“, „Boris Qodunovdan ayrı-ayrı hissələr”) Taneyevdən (İkinci simfoniya), Skryabinin Fortepiano üçün konsert və İkinci simfoniya )proqrama daxil edilmişdir.[3],

İfaçılar qismində o ən yaxşı pianistlərdən biri İosif Hofman, müğənnilərdən Feliya Litvin, Fyodr Şalyapin, Marianna Çerkaskaya, Yelizaveta Petrenko, Dmitri Smirnov, Vladimir Kastorski, macar drijjor Artur Nikişi dəvət etmişdir. Ardınca 1908-ci ildə opera sezonları baş tutmuşdur. Bu zaman, Şalyapin Musorqskinin «Boris Qodunov operasındakı» çıxışı ilə fransızları heyrətləndirmişdir. Dyagilev üçün “Rus baleti” fenomeni 1906-cı ildə Parisdə nümayiş olunan rus incəsənətinin sərgisi ilə başlaylb 1907-ci ilə qədər davam edən “Sezonlar” fenomeni kimi əhəmiyyətli deyildi. Məhz o fəaliyyətini “Sezonlar”la ölçür və onların sıralama nömrələrini afişalarda göstərir, yubiley sezonları isə qeyd edirdiş “ Rus baleti” sadəcə truppanın mövcud forması idi. “1909-cu ildə “rus sezonları”nın proqramında balet tamaşalarının göstərilməsinə baxmayaraq, ilk nümayiş 6 aprel 1911-ci il tarixində Monte-Karloda baş tutmuşdur.[4].

İlk sezonların zəfəri

[redaktə | mənbəni redaktə et]

1909-cu il sezonu

[redaktə | mənbəni redaktə et]

Sankt-Peterburqa qayıdan Dyagilev 1909-cu il sezonunun hazırlıqlarına başlamışdır. Bu səfər operadan savayı rus baletinin qastrollarını təşkil etmək qərarına gəlmişdir. İlk əvvəl onun planlarına əngəl yaradacaq heçnə yox idi. Balerina Matilda Kşesinskayanın 1890-cı illərdə gələcək rus imperatoru II Nikolayla eşq münasibətləri yaşaması Sergey Dyagilevə imperator xəzinəsindən 25 000 rubl məbləğində subsidiya almağa və Ermitajda məşqlərin keçirməyə icazə vermişdir.

Həmfikirləri – rəssamlar Leon Bakst və Aleksandr Benua, bəstəkar Nikolay Çerepnin, balet tənqidçisi Valerian Svetlov və başqaları ilə Dyagilev tamamilə fərqli rus baleti yaratmaq işinə başlamışdır. Dyagilevin novator yanaşması “bədii düşüncənin vahidliyi və ifası”nda idi.[5]. Gələcək tamaşanın müzakirəsində layihənin bütün fəaliyyət göstərən simaları – xoreoqraflar, rəssamlar, bəstəkarlar və b. yaxından iştirak edərək süjetin tərtib etmiş, musiqi, rəqs, kostyum və dekorasiyaları müəyyənləşdirmişdilər. Son nəticədə əldə edilən tamaşa “xoreoqrafiya, musiqi və rəssamlığın harmonik sintezi” özündə əks etdirirdi.[6]. Balet sezonları üçün truppa Peterburqdakı Mariinski və Moskvadakı Böyük teatrın aparıcı rəqqaslarından yığılmışdır. Anna Pavlova, Mixail Fokin, xanımı Vera Fokina, Tamara Karsavina, İda Rubinşteyn, Vatslav Nijinski, Aleksandr Monaxov, Matilda Kşesinskaya, Serafima Astafyeva, Böyük teatrın solistləri Vera Karalli и Mixail Mordkin və başqaları Dyagilevin dəvətini qəbul etmişdilər. Hazırlıqların qızğın davam etdiyi dönəmdə hökumət gözlənilmədən sezonlara dəstəyi saxlayaraq subsidiyanı ləğv etmiş və Ermitajda məşqlər aparmağı qadağan etmişdir. Bunun bir neçə səbəbi idi.1909-cu ilin fevralında Dyagilevin himayədarı knyaz Vladimir Aleksandroviç dünyasını dəyişmişdir. Daha sonra balet sezonlarında aparıcı partiyaları oynacağını güman edən Kşesinskayanın “Armida pavilyonu” baletində adi rol alması Dyagilevlə onun arasında mübahisəyə səbəb olmuşdur. Bunlardan savayı, imperator teatrının direktpru Vladimir Telyakovski də hər cəhdlə ona əngəl yaratmaq istəyirdi. Lakin yaxın dostları knyaz Arqutin-Dolqorukov, Sert Miziya və qrafinya Qreffül sezonların təşkili üçün lazımi vəsaiti toplaya bilmişdilər.

1909-cu ilin aprelində Dyagilevin truppası Parisə yollanmışdır. Bununla yanaşı belə gərginləşmiş rejimdə sonuncu repetisiyalar aparılmışdır. Repertuar Mixail Fokinin hazırladığı 5 baletdən ibarətdir. 19 may tarixində “Armida pavilyonu”, “Poloveç rəqsləri” və “Ziyafət”, 2 iyun tarixində “Silfida” və “Kleopatra” baletləri tamaşaçılara nümayiş olunmuşdur. Balet sezonlarını premyerası zəfərlə yekunlaşmışdır. İctimaiyyət və tənqidçilər rus rəqqaslarının (xüsusilə Nijinski, Pavlova və Karsavina) ustalıq səviyyəsi, Rerix, BakstBenuanın hazırladığı unikal dekorasiyalar və kostyumlar, baletlərin musiqi əsasını təşkil edən Rimski-Korsakov, Musorqski, Qlinka, Borodin və başqa bəstəkarların əsərləri barədə yüksək fikirdə olduqlarını dilə gətirmişdilər. Sonralar Jan Kokto ilk nümayişlərdən sonra öz təəssüratlarını belə ifadə etmişdir:

" Fransanı çevirən və Dionisin arabasının ardınca kütləni ekstaza aparan bayramlar üzərində qırmızı pərdə qalxır.[5] "

1910-cu il sezonu

[redaktə | mənbəni redaktə et]
"Şəhrizadə" baletinin premyera nümayişinin proqramı (1910)
Leon Bakst. «Simurq quşu» baletində kostyumun eskizi (1910)

Sezonun sonunda Dyagilev bir müddət əvvəl rastlaşdığı problemləri xatırlayaraq baron Dmitri Qinsburqu kompanyonu etmiş və onun maddi dəstəyinə ümidini bəsləmişdir. Artıq pul barədə düşünməyən Dyagilev truppasına əlavə olaraq yeni rəqqaslar – Lidiya Lopuxoca, Yekaerina Qelçer, Aleksandr Volınini dəvət etmişdir.

Repertuara ilk olaraq Şumanın musiqisi əsasında artıq nümayiş olunmuş “Jizel” və Karnaval” baletləri, ardınca Şuman, Rimski-Korsakovun «Şəhrizadı» nümayiş olunmuşdur. Bundan savayı, Dyagilev задумал поставить балет «Simurq quşu baletini» qədimi rus nağılları mövzusunda qoymağı qərara almşdır. Musiqi müşayəti isə ənənəvi rus motivlərinə uyğun olmalı idi. Bunun üçün Dyagilev yaradıcılığında rus xalq mahnılarından istifadə edən Anatoli Lyadova sifariş vermişdir. Lakin deyilən vaxta işi bitirə bilməmişdir. Bu səbəbdən o konservatoriyada çıxışını eşitdiyi gənc və az tanınan bəstəkar İqor Stravinskiyə sifarişi vermək qərarına gəlmişdir. Onların əməkdaşlığı kifayət qədər məhsuldar olmuşdur. Bu baletdə (“Jizel”) aparıcı partiyanı Anna Pavlova oynamalı idi. Lakin bir sıra səbəblərdən onun Dyagilevlə münasibətləri pozulmuş və o truppanı tərk etmişdir. Pavlovanı Tamara Karsavina əvəz etmişdir.

1910-cu ilin may və iyun aylarında Parisin Qrand-opera teatrının dəbdəbəli zalında nümayişin premyerası baş tutmuşdur. “Şəhrizad” və “Simurq quşu” digərləri ilə müqayisədə daha çox uğurlu olmuşdur. Yazıçı Anri Geon “Simurq quşu” baletini “hərəkət, səs və formalar arasında möhtəşəm tarazlıq” adlandırmışdır. [5]. Lakin bu uğurun görünməyən tərəfləri də vardı. Dyagilevin sezonları sayəsində məşhurluq qazanmış bir sıra artistlər əcnəbi teatrlara gedərək truppanı tərk etmişdilər. Qalmaqal nəticəsində Nijinskinin Mariinski teatrından qovulmasından sonra Dyagilev daimi truppa yığmaq qərarına gəlir. İmperator baletinin çoxlu rəqqasları onunla daimi müqavilə bağlamaq qərarına gəlmişdir. Mariinski teatrında qalmaq istəyənlər – məsələn, Karsavina, Kşesinskaya (həmin vaxtda Dyagilevlə barışmışdır) əməkdaşlığı davam etdirməyə razılıq vermişdilər. Dyagilevin repetisiya və hazırlıqlarının yerləşdiyi əsas baza Monte-Karloda yerləşirdi.

1911-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

Monte-Karloda olarkən Dyagilev 1911-ci ilin repertuarı ilə məşğul olmuşdur.Fokin tərəfindən daha yeni beş balet hazırlanmışdır. Bunlar “Sualtı çarlıq” (“Sadko” operası), “Narsiss”, “Peri”, Nijinski və Karsavinanın əsrarəngiz pa-de-desini özündə əks etdirən “Qızılgül kabusu” və sezonun əsas yeniliyi sayılan İqor Stravinski Stravinskinin “Petruşka” dram baleti idi. Baletin final səhnəsində ölən yarmarka təlxəyi obrazında Nijinski çıxış etmişdir. Balerina Natalya Truxanova ilə olan münaqişə səbəbindən Dyagilev “Peri”dən savayı digər baletləri 1911-ci ilin iyununda Monte-KarloParisdə nümayiş olunmuş və əvvəlki sezonlardakı baletlər kimi populyarlıq qazanmışdır. Bundan başqa, Dyagilev planlaşdırdığı vaxtda,noyabrında Londonda «Qu gölü (balet) Qu gölü baletini» nümayiş etdirmişdir.

1912-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

Yeni sezondan Dyagilev balet haqda ənənəvi düşüncələrdən uzaqlaşaraq yeni, eksperimental formalara doğru istiqamət götürərək antreprizinin xarakterini dəyişməyə başlamışdır.Əvvəllər onun balet musiqilərinin əsasını bəzi istisnaları çıxmaq şərtilə (“Silfidalar”, “Jizel”, “Qızılgül kabusu”)rus bəstəkarlarının əsərləri təşkil edirdi.1912-ci ildən başlayaraq Dyagilev əcnəbi bəstəkarlara müraciət etməyə başlamışdır. Bəstəkar An Reynaldo və librettonu yazan Jan Kokto ilə birgə “Mavi tanrı” baleti hazırlanmışdır;ыл придуман балет «Голубой бог»; Moris Ravel «Dafnis və Xloya» baletinə musiqi bəstələmişdir. Uzunluğu 8 dəqiqə davam edən «Günortasonrası favnın istirahəti» baleti bu dəfə Klod Debüssinin musiqisi əsasında tərtib olunmuşdur. Sezonun dördüncü nümayişi olan “Tamara” baletini rus bəstəkarı Mili Balakirevin musiqisi müşayət etmişdir. Dekorasiya və kostyumlar üzərində yalnız Leon Bakst çalışmışdır. Həmin dövrdə Aleksandr Benua və Dyagilev arasında inciklik yaşanmışdır. Üç tamaşanın xoreoqrafiya tərtibatını sezonların əvəzolunmaz baletmeystri Mixail Fokin hazırlamışdır. Yalnız “Günortasonrası favnın istirahəti” baletinin xoreoqrafiyasını Dyagilevin təklifi ilə favoriti Nijinski həyata keçirmişdir. Bu, onun baletmeyster kimi ilk işi idi. 1912-ci il sezonunun nümayişləri Paris tamaşaçılarında xüsusi bir heyrət oyatmamışdır.”Tamara” baleti soyuq qarşıkanmış, publikanın “Mavi tanrı”ya reaksiyası darıxdırıcı xoreoqrafiya səbəbindən yaxşı qarşılanmamışdı.Dafna və Xloya baleti də uğur qazanmamışdır.Bunun səbəbi kimi Dyagilev, Ravel,Bakst,Nijinski və Fokin arasında vahid fikrin olmaması göstərilir.Nəticədə balet harmonik alınmamışdır.Bu uğursuzıuq, həmçinin, Nijinskinin ikinci xoreoqraf kimi cəlb edilməsi Fokinin truppanı tərk etməsinə səbəb olmuşdur.

Leon Bakst. «Günortadan sonra favnın istirahəti» baleti üçün Nijinskinin kostyumunun eskizi (1912)

«Günortasonrası favnın istirahəti» bu sezonda qismən də emosiyalar doğura bilmişdir.Antik mövzuda balet tərtib etmək ideyası 1910-cu il Yunanıstan səfəri zamanı Dyagilevin ağlına gəlmişdir. Antik amforalardakı təsvirlərdən təəssüratlanan Dyagilev öz marağını Nijinskiyə də yoluxdurmuşdur. Bu baletin xoreoqrafiyasından sonra solo kişi rəqsi barədə qanunauyğunluqları pozduğundan çoxlu sayda mənfi rəylə üzləşmişdilər. Çoxları,məsələn, “Le Fiqaro” qəzeti “Favn”ı əxlaqsızlıqda ittiham etmişdir. Lakin Parisin artist dairələri baleti başqa cür qəbul etmişdilər.”Le Maten”( Dyagilevin tanışı sayılan Miziya Sertin yoldaşı qəzetin naşiri idi) qəzetində Fransua Rodenin Nijinskinin istedadına tərif yağdıran məqalə çıxmışdır:

Parisdəki uğursuzluqdan sonra Dyagilev tamaşalarını London, Berlinе, VyanaBudapeştdə nümayiş etdirmişdir.Bunu kütlə nəcibliklə qarşılamışdır. Böyük Britaniyada nümayiş olunan tamaşalarda kraliça Aleksandra və bacısı imperatriçə III Aleksandrın həyat yoldaşı Mariya Fyodorovna iştirak etmiş, Almaniyada isə imperator II VilhelmI “Kleopatra” baleti heyrətə gətirmişdir.

1913-cü il sezonu

[redaktə | mənbəni redaktə et]

1913-cü il Dyagilevin antreprizində dönüş baş tutmuşdur. Belə ki həmin sezon xoreoqrafiyada böhran yaşanmışdır. Fokinin truppadan gedişindən sonra cəmi 3 balet səhnəyə qoyulmuşdur. Onlardan ikisini- Stravinskinin “Müqəddəs bahar” və Debüssinin “Oyunlar”ını Nijinski, “Salomeyanın faciəsi” adlanan baletini isə gənc baletmeyster Boris Romanov səhnələşdirmişdir.

Xoreoqraf sənəti Nijinskiyə asan başa gəlmirdi.İstedadlı rəqqas olaraq baletin səhnələşdirməsilə məşğul olmasına baxmayaraq, Nijinski fikirlərini aydın ifadə etmək bacarığına sahib deyildi. Bu səbəbdən kolleqalarına səhnədə nəyin tələb olunduğunu başa sala bilmirdi. “Müqəddəs baharı” səhnələşdirmək ona asan gəlməmişdir.Lakin kütlə bunu o qədər də qiymtləndirməmişdir.29 may Yelisey çölləri teatrında baş tutan baletin premyerası zamanı Stravinskinin musiqisi izləyicilərin hiddətinə səbəb olmuş və onlar baleti fitə basaraq bütpərəst mərasimləri mövzusunda qurulmuş xoreoqrafiyanın orijinallığı və çətinliyinə lazımi diqqət ayırmamışdılar. Baş tutmuş premyerada olan Nijinskinin gələcək həyat yoldaşı balerina Romola Pulskaya həmin vaxt baş verənləri belə təsvir etmişdir:

" Narahatlıqlar və qışqırıqlar paroksizmə gətirib çıxartmışdır. İnsanlar artistləri,bəstəkarı fitə basır, qışqırır, gülürdülər. Mənim qulaqlarım bu cəhənnəm səs-küyündən tutulmuşdu, tezliklə pərdənin arxasına keçdim.Rəqqaslar titrəyir, göz yaşlarını silməyə çalışırdılar.Orada da zaldakı kimi vəziyyət çox pis idi. Əsər üzərində uzun müddət çalışmalar, sonsuz sayda repetisiyalar, və sonda belə kavardak(nizamsızlıq)[5]. "

Bütün bunlara baxmayaraq, «Müqəddəs bahar» Dyagilevin ən sevimli baletlərindən biri olmuşdur. Nikolay Rerixin sözlərinə görə, ictimaiyyət hələ sonra bu tamaşaya dəyər verəcəkdir:

" Bax bu əsl qələbədir! Qoy səni fitə bassınlar!Artıq onlar daxilən dəyəri hiss edirlər və şərti maska altında fitə basırlar. Nəticələrini sonra görəssiz.[7]. "

“Salomeyanın faciəsi” baleti o qədər güclü emosiyalar doğurmamış və izləyicilər tərəfdən kifayət qədər laqeyd qarşılanmışdır. Tennis və məhəbbət üçbucağı mövzusunda fantaziyadan bəhs edən “Oyunlar” baleti daha pis taleylə üzləşmişdir. “Fiqaro” qəzetində çıxan resenziyada Dyagilevin yaradıcılığını tənqid etmiş, artistlərin hərəkətlərini “heç bir məna kəsb etməyən iddialı əzilib-büzülmələr” adlandırılmışdır.[8] Avqust ayında Dyagilevin truppası Cənubi Amerikada qastrolda olmuş və Buenos-Ayresdə böyük uğur əldə etmişdir.Maestronun özü son dəqiqələrdə səyahət etməkdən imtina edərək Avropada qalmışdır. Uzun müddət Dyagilevin məşuqu olmuş Nijinski 1913-cü ildən ondan uzaqlamağa başlamış və Romola ilə evlənmişdir. Bu barədə xəbər tutan Dyagilev Nijinskiyə teleqramm göndərərək artıq onun xidmətlərinə ehtiyac duymadığını bildirmişdir. Buna baxmayaraq, bir müddət birgə çalışsalar da, sonradan birdəfəlik ayrılmışdılar..

Müharibə illərində yüksəliş və enişlər

[redaktə | mənbəni redaktə et]

1914-cü il sezonu

[redaktə | mənbəni redaktə et]

1914-cü ilin əvvəlində Dyagilev Rusiyaya qayıtmışdır. Moskvada olarkən Böyük teatrın kordebaletində oynayan 19 yaşlı Leonid Myasin onun diqqətini çəkmiş və onu özü ilə xaricə aparmışdır. O Myasini sezonlarının yeni xoreoqrafına çevirmək istəsə də, o hələ çox cavan və təcrübəsiz olduğundan Dyagilev Mixail Fokinin yardımından istifadə etmişdir. Fokin dörd yeni balet hazırlamışdır:«İosif haqda əfsanə», «Qızıl xoruz», «Midas» və «Kəpənək». Lakin “İncəsənət dünyası”ndan Dyagilevin tanışı olan Mixail Dobujinski cəlb olunmuş, Bakst,Benua ilə birgə dekorasiya və geyimlər üzərində çalışmışdır.Tamaşaçıların bu baletlərə olan reaksiyası ilk sezonların uğurunu xatırladırdı. Həm opera, həm də baleti özündə birləşdirən “Qızıl xoruz” tamaşası çox effektiv alınmışdır.Bu baletin dekoratoru qismində Benuanın Dyagilevə məsləhət gördüyü rus avanqardisti Natalya Qonçarova çalışmışdır. Qonçarova Liturgiya baletini Myasin üçün hazırlasa da, o səhnəyə qoyulmamışdır.Sonralar da Qonçarova həyat yoldaşı Maxil Larionovla birgə Dyagilevlə əməkdaşlıq etmişdir. Bu sezondan sonra o Fokinlə əməkdaşlığını dayandırmışdır.

1915-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsinin başlaması ilə Avropada gözlənildiyi kimi incəsənətə maraq azalmışdır.Dyagilev ancaq Qırmızı Xaç cəmiyyəti üçün Cenevrədə xeyriyyə konsertləri verməklə kifayətlənmişdir.

«Gecəyarısı günəş» baletində Myasin ilk dəfə olaraq xoreoqraf qismində öz bacarığını nümayiş etdirmişdir. Dəniz səyahətləri mövzusunda qorxusu olmasına baxmayaraq, Dyagilev ABŞa qastrol etməyə razılaşır.Ancaq o şərtlə ki, truppanın köhnə heyətini aparacağı təqdirdə təşkilatçı olmağa razılaşmışdır. Fokin və Karsavina Rusiyadan çıxa bilməmişdilər. Hələ 1914-cü ildə Peterburqa gedən yolda Avstriyaya əsir düşmüş Nijinskini ordan çıxartmaq alınmamışdı. Truppanı tam yığa bilməyəcəyini görən Dyagilev Vera Nemçinova, Lyubov Çernışeva,Stanislav İdziikovski, Leon Voyçixovski və ingiıis əsilli Lidiya Sokolova(Hilda Maqqins əsl adı idi.Həmin dövrdə bir çoxları kimi özünə ləqəb götürmüşdür) kimi gənc balet artistlərinə müqavilə bağlamağı təklif etmişdir.

1916-cı il sezonu

[redaktə | mənbəni redaktə et]

Dyagilev baletinin Amerika qastrolu 1916-cı ilin yanvarından may ayına kimi davam etmiş və böyük uğur əldə etmişdir. Ardınca Dyagilev Myasinlə birgə İspaniyaya yollanmış və San-Sebastyan” şəhərində yeni xoreoqrafın tamaşalar- “Kikimora” və “Meninlərı səhnəyə qoymuşdur.Meninlər Qabriel Forenin musiqisi əsasında hazırlanmış, dekorasiyalar isə Xose-Mariya Sert tərəfindən hazırlanmışdır.Beləliklə, onun okeanın o tayına qastrol səfərləri davam etmişdir. Nijinski sərbəst olaraq, “Til Ulenşpigel baletini hazırlamışdır.Lakin onun psixi sağlamlıqdan əziyyət çəkməsi səbəbindən tamaşaçılar onu qəbul etməmişdir

1917-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

1917-ci ildən başlayaraq Dyagilev sezonları əvvəlki mövqeyini bərpa eləməyə başlamışdır.Myasin artıq xoreoqraf kimi püxtələşmiş, səhnələşdirdiyi baletlər yenilikçi ruhu ilə zəngin olduğundan Paris və Romada gözəl qarşılanmışdır.Bunlar Stravinskinin “Feyerverk” simfoniyası və Qonçarova-Lariyonov cütlüyünün dekorasiyalarını hazırladığı, Lyadovun musiqisi əsasında ‘Yaxşı əhvallı qadın”, “Rus nağılları” “Parade” baletləri idi. Parade baletinin libretto və konsepsiyasının müəllifi Jan Kokto, baş rollardan birinin icraçısı Leonid Myasin,bəstəkarı Erik Sati, dekoratoru Pikasso olmuşdur.Giyom Apolliner bu baleti belə təsvir etmişdir:

"

Bu səhnə poemasıdır ki, novator musiqiçi Erik Sati son dərəcə gözəl ekspressiv sadə musiqiyə yerini dəyişmişdir.Bu musiqidə Fransanın şəffaf ruhunu tanımamaq mümkün deyil. Kubist rəssam Pikasso, ən cəsarətli xoreoqraflardan biri olan Leonid Myasin ilk dəfə rəssamlıq və rəqsin, plastika və mimikanın ittifaqını həyata keçirərək onu aşkar etmişdilər.[5].

"

Sezonu sonlarında Dyagilev və Myasinsiz truppa Cənubi Amerikaya qastrol səfəri etmişdir.Ardınca tam heyətlə Portuqaliyada konsert vermişdilər.Lakin orada baş verən nizamsızlıqlar nəticəsində qastrol konsertlərini tez bitirməli olmuşdular. Avropada siyasi durumun kəskinləşməsi hətta Fransaya geri qayıtmağı mümkünsüz etmişdir. Bu səbəbdən 1918-ci ildə Paris sezonu baş tutmamışdır.

1919-cu il sezonu

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin oktyabrında Dyagilevin truppası Böyük Britaniyaya qastrol səfərində olmuş və orada 1 il müddətində qalmışdır. 1919-cu ilin iyulunda Londonda ictimaiyyətə iki yeni “Sehirli dükan” və “Üçbucaq” baletləri nümayiş olunmuşdur. Bu baletlərin səhnə dekoratorları Andre Deren və Pikasso olmuşdur.Myasin sonda temperamentli əndəlüs rəqsləri ilə kütləni heyrətləndirmişdir. Aparıcı partiyanı ispan Feliks Fernandes ifa etməli idi. Lskin premyeranın açılışına bir neçə həftə qalmış Fernandes ağlını itirmiş, onun rolunu Myasin oynamışdır. [9]. Ağır 1918-ci ildən sonra bu tamaşaların uğuru Dyagilevi ruhlandırmış, dekabr-fevral aylarında Fransada sezonları bərpa etmişdir. Sadalanan tamaşalardan savayı, Parisin Qrand-opera teatrında “Bülbülün nəğməsi” baleti nümayiş olunmuşdur. Bu baletin səhnə dekoratoru Anri Matiss olmuşdur.O Benuanın itmiş işlərinin əvəzinə yeni dekorasiyalar yaratmışdır.

1920-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

1920-ci ildən başlayaraq Monte-Karloda repetisiyalara başlanılmışdır. Myasin tərəfindən üç tamaşa – Stravinskinin musiqisi əsasında “Pulçinella” (Pikasso tərəfindən dekorasiyası hazırlanmışdır), “Müqəddəs bahar”ın yeni versiyası və “Qadın şıltaqlıqları” opera baleti səhnəyə qoyulmuşdur. Bu ilki sezonda da truppa xoreoqrafsız qalmışdır.Belə ki Dyagilevin bu dəfə Myasinlə arası dəymiş, o isə truppanı tərk etmişdir.

1921-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

Myasinin truppanı tərk etməsindən sonra 1921-ci il sezonunda yalnız bir nümayiş- Serqey Prokofyevin musiqisi əsasında “Təlxək” baleti səhnələşdirilmişdir. Mixail Lariyonov təkcə balet dekorasiyalarını deyil,xoreoqrafiyanın qurulmasını ona tapşırmağı Dyagilevdən xahiş etmişdir. Nəticədə tamaşa fiasko ilə üzləşməli olmuşdu. Həmçinin, Pikassonun dekorasiyalarını çəkdiyi “Kvadro flamino” süitası – səkkiz ənənəvi ispan rəqsi dəvət edilmiş səkkiz artist tərəfindən oynanılmışdır. Payızda Dyagilev Londonda nümayiş olunacaq “Yatmış gözəl” baletində aparıcı partiyanı oynamaq üçün balerina Olqa Spesivçevanı dəvət etmişdir. Bu balet-tamaşa ictimaiyyət tərəfindən gözəl qarşılansa da,

Dyagilevi katastrofik duruma salmışdır: beləki yığılan gəlir xərclərin qarşılığını ödəyə bilməmişdi.Dyagilev az qala iflasa uğrayacaqdı. Artistlər truppanı tərk etməyə başlamışdır. Antrepriz fəaliyyəti dayandırmaq həddinə gəlib çatmışdır. Xoşbəxtlikdən yenə Miziya Sert köməyə gəlmişdir.MiziyaKoko Şanelin yaxın rəfiqəsi idi. Koko Şanel Dyagilevin gördüyü işlərdən ruhlanaraq onun truppasının yenidən bərpası üçün kifayət qədər vəsait xərcləmişdir. Bundan başqa,Kievdən Vatslav Nijinskinin kiçik bacısı Bronislava Nijinskaya Parisə emiqrasiya etmişdir.Dyagilev onu sezonlarının yeni zoreoqrafı rtməyi düşünürdü. Nijinskaya truppanın heyətini özünün kievli tələbələri ilə yeniləməyi təklif etmişdir. Həmin dövrdə Dyagilevin Boris Koxno ilə tanışlığı baş tutmuşdur. O sonradan Dyagilevin şəxsi katibi və yeni baletlərinin librettosunun müəllifi olmuşdur.

1922-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

Yeni yaradıcı qüvvələrin axınına və pul məsələlərinin aradan qaldırılmasına baxmayaraq 1922-ci il sezonunu Dyagilev sezonlarının tam intibahı saya bilmərik. Stravinskinin “Mavr” operası uğur əldə etməmiş və repertuardan çıxarılmışdır. Publikaya yalnız biraktlı “Avroranın toyu” baleti, Benuanın “Armida pavilyonu” üçün hazırladığı dekorasiyalarla səhnəfdə nümayiş olunan “Yatmış gözəl”in ixtisarlaşdırılmış üçüncü aktı.

1923-cü il sezonu

[redaktə | mənbəni redaktə et]

1923-cü ilin yanvarında Kievdən Parisə beş gənc rəqqas gələrək( onların içərisində sonradan Dyagilevin favoritinə çevriləcək Serj Lifar var idi) tezliklə truppanın Monte-Karlodakı məşqlərinə qoşulmuşdular. Əsasən köhnə repertuardan ibarət olan proqrama yeni — Stravinskinin “Toy” baleti daxil idi. Bu balet sezon əsas nümayişinə çevrilmiş və tamaşaçıların rəğbətini qazanmışdır.

1924-cü il sezonu

[redaktə | mənbəni redaktə et]

Сезон 1924 годÖtən ilki ilin sonlarında Nijinskaya bir neçə yeni balet – “Çobanların həvəsi”,”Təbib”,”Mavi ekspress” kimi əsərləri səhnəyə qoymuşdur. Bunlardan ən uğurlusu “Mavi ekspress” olmuşdur.Bu rəqs operettanın librettosunu Jan Kokto, dekorasiya və kostyum işlərini Loran,Pikasdo və Şanel hazırlamışdır. Dyagilev bu baletlə “müasir neorealizm dövrünə başlamağı” ümid bəsləyirdi.[5] Lakin Nijinskaya gözlənilən ümidləri doğrultmadığından truppadan getmişdir. Baletlərin premyerası həmin ilin yanvarında Monte-Karloda, yay aylarında isə Parisdə baş tutmuşdur. Bundan əlavə, Dyagilev Avropanın müxtəlif ölkələrində bir sıra festivallar keçirməyi planlaşdırlrdı. Həmin festivallar çərçivəsində təkcə balet deyil, həmçinin simfonik, kamera və opera konsertləri, rəssamlıq sərgilərinin keçirilməsi də nəzərdə tutulurdu. Bu tədbirlər əsas sezonlarla paralel olaraq 1928-ci ilə kimo davam etmişdir.

1925-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

1925-ci il sezonunun səhnə işlərini Dyagilev Serj Lifara vermək istəsə də, lakin o təcrübəsiz idi. Bu səbəbdən müvəqqəti olaraq Leonid Myasini truppaya qoşulmağa dəvət etmişdir. Lifar özünün ilk əsas partiyalarını əzbərlədiyi müddətdə Myasin iki yeni - “Zefir və Flora” və Jorj Orikin musiqisi əsasında “Matroslar” baletlərini hazırlamışdır.Bu tamaşalar da izləyicilərin rəğbətini qazanmışdır. Bundan başqa, bu sezonda Corc Balançin baletmeyster qismindı debüt etmişdir.O Mariinski teatrı nəzdində Teatr peşə məktəbini bitirdikdən sonra Rusiyadan emiqrasiya etmiş və Dyagilevlə əməkdaşlığı çərçivəsində onun sezonlarının xoreoqrafı olmuşdur.Balançinin səyləri nəticəsində “Bülbülün nəğməsi” baletinin səhnə tərtibatı yenilənmiş və komik “ Barabo” baleti yaradılmışdır. Paris sezonlarının sonunda yenidən Londonda qastrolda olan Dyagilevin truppasının canlandırdığı bu tamaşa sevinclə qarşılanmışdır.

1926-cı il sezonu

[redaktə | mənbəni redaktə et]

1926-cı ilin əvvəlində Dyagilevin antreprizi yenidən çətinliklərlə üzləşmişdir. Belə ki balerina Vera Nemçinova yaranmış qalmaqalla əlaqədar truppanı tərk etmişdir. Nəticədə Dyagilev ianə götürərək yeni sezonun hazırlıqları ilə məşğul olmağa başlamışdır. Yenilik kimi Balançinin tərtibatında Erik Satinin musiqisi əsasında səhnələşdirilən “Pastoral” və “Tabakerkadan olan iblis” əsərləridi. Bundan başqa, repertuara “Romeo və Cülyetta” baleti daxil edilmişdir. Baletin xoreoqrafı isə Bronislava Nijinskaya idi. O Myasinlə birlikdə periodik olaraq “Rus baleti” ilə birgə qastrola çıxırdılar. Novatoru ruhunda səhnələşdirilmiş balet ilk əvvəl tamaşaçıları heyrətləndirmişdir. Dekorasiyaları Xuan MiroMaks Ernst tərəfindən çəkilmiş pərdələr əvəz etmişdir. Artistlər məşq triko və tuniklərində çıxış etmiş, onların hərəkətləri isə minimalistikdir. “Romeo və Cülyetta”nın premyerasında baş vermiş hadisə sonradan balet üçün əla reklam olmuşdur. Andre BretonLui Araqon başda olmaqla Sürrealistlər balet üzərində çalışmağa razılıq vermiş Miro və Ernsti ictimai qınaq obyektinə çevirmişdilər. Sezonun yekununda Dyagilev truppası Londona getmiş, orada yarım ay ərzində nümayişlər göstərmişdilər. Serj Lifarın xatirələrinə inansaq, qastrollar gurultulu uğurlara səbəb olmuşdur:

" Dyagilevin rus baletində olduğum illər ərzində London sezonundan daha təmtəraqlı,daha əsrarəngiz nəyisə xatırlamıram. Biz az qalları əllərdə gəzdirir, üzərimizə güllər və hədiyyələr tullayırdılar. Bizim bütün –köhnə və təzə baletlərin hamısı xoş qarşılanmış və dayanmadan çalınan alqışlara səbəb olmuşdur.[5]. "

1927-ci il sezonu

[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyasından buraxılan poçt markası

1927-ci ildə Dyagilevin baletə marağı getdikcə soyumağa başlamış, o kitab kolleksiyası ilə məşğul olmağa başlamışdır. Bununla belə, Myasinin rəhbərliyi altında daha iki tamaşa – “Pişiklər” və “Polad çapma” baletləri yaradılmışdır. Bundan əlavə, repertuara vaxtilə Myasin tərəfindən sərbəst şəkildə hazırlanmış “Merkuri” baleti də əlavə olunmuşdur. Gənc oğlanın sonda pişiyə çevrilən qıza olan sevgisindən bəhs edən bu baletdə baş partiyanı Olqa Spesivçeva oynamışdır. Mətbuatda Olqanın iştirakı barədə anons verilsə də, sezonun başlanğıcında o ayağını zədələmişdir. Onun əvəzinə Alisa Nikitina çıxış etmişdir. Prokofyevin musiqisi əsasında səhnəyə qoyulan “Polad çapma” əsəri Dyagilev sezonlarını çətin duruma salmışdır. Premyeraya qədər kütləyə necə reaksiya veriləcəyi məlum deyildi. Bu balet bolşevik Rusiyasının sənaye ruhunu özündə birləşdirirdi. [10]. Parisdə bu balet soyuq qarşılansa da, Londonda onu zəfər gözləyirdi.

1928-ci il sezonu

[redaktə | mənbəni redaktə et]
«Apollon Musaqet» baletindən səhnə . İfaçılar: Lifar,Danilova, Çernışeva, Dubrovskaya, Petrova

1928-ci ildə Myasinin Dyagilev sezonlarında sonuncu işi – “Oda” baleti buraxılmışdır. Onun xoreoqrafiyası Dyagilevə yaxın deyildi, hətta o “Oda”nın repertuara salınmasına şübhə ilə yanaşmışdır. Buna baxmayaraq, balet tamaşaçılar tərəfindən xoş qarşılanmışdır. Lakin Balançinin “Apollon Musaqet” baletinin uğuru “Oda”nı kölgədə qoymuşdur.[5] Bu balet Stravinskinin musiqi əsasında qurulmuş, dekorasiyalar Andre Boşan , kostyumlar isə Koko Şanel tərəfindən hazırlanmışdır. Bu baletdə solo ifa edən Lifarı uzun sürən ovasiyalar qane etmişdir. Dyagilev də onun rəqsini yüksək qiymətləndirilmişdir. Lifarın sözlərinə inansaq, Dyagilev tamaşadan sonra onun ayağını öpmüşdür. Dyagilevin eyni hərəkəti yalnız bir dəfə “Qızılgül kabusu” baletindən sonra Nijinskiyə təkrarlamışdır. “Apollin Musaqet” baleti Londonda 11 dəfə nümayiş olunmuşdur

1929-cu il sezonu

[redaktə | mənbəni redaktə et]

1929-cu ilin may, iyununda Monte-Karlo və Parisdə “Azmış oğul”, “Tülkülər”, “Bal” baletlərinin premyerası baş tutmuşdur. Bu il Dyagilev baletlərinin son sezonu idi. Hələ 1922-ci ildə Bronislava Nijinskaya Stravinskinin musiqisi əsasında səhnələşdirilən “Tülkülər” baletini səhnələşdirmişdir. Lakin bu dəfə baletin xoreoqrafiyasının yenilənməsini Dyagilev favoriti Lifara tapşırmışdır. İyun və iyul aylarında Dyagilevin truppası Kovent-Qardendə çıxış etmişdir. Repertuara 1913-cü ildə narazılığa səbəb olmuş “Müqəddəs bahar” baleti də daxil edilmişdir. Lakin bu dəfə tamaşaçılar baleti heyrətlə qarşılamışdılar. İyulun sonları və avqustun əvvəlində Venesiyaya qısamüddətli qastrol səfərləri təşkil edilmişdir.

Dyagilevin ölümü

[redaktə | mənbəni redaktə et]

Venesiyada Dyagilevin sağlamlığı diabetin kəskinləşməsi səbəbindən insult keçirmiş, nəticədə 19 avqust 1929-cu il tarixində dünyasını dəyişmişdir. Dyagilevin ölümündən sonra truppa dağılmışdır. Balançin ABŞ-a üz tutmuş, amerikan baletinin reformatoruna çevrilmişdir. Myasin Vasili Voskresenski ilə birgə

«Monte-Karlo rus baleti», truppasının əsasını qoyaraq “Dyagilevin rus baleti” repertuarından istifadə etmişdir. Bir çox şey də onların çoxlu ənənələrini davam etdirmişdir. Lifar isə Fransada qalmış, Qrand-Operada balet truppasına başçılıq edərək fransız baletinin inkişafına böyük tövhələr vermişdir.

İl Premyera İllüstrasiya. Adı Bəstəkar Rəssam Xoreoqraf İfaçılar
1909 19 may
Paris, Şatle
Armida pavilyonu
(fr. Le Pavillon d'Armide)
Nikolay Çerepnin Aleksandr Benua Mixail Fokin Anna Pavlova,
M.Fokin,
А.Bolm,
S.Fyodorova,
Q.Roay,
Vatslav Nijinski
19 may
Paris, Şatle
Polovets rəqsləri
(fr. Les Danses polovtsiennes)
Aleksandr Borodin Nikolay Rerix Mixail Fokin А. Bolm,
S.Fyodorova
Е. Smirnova,
Q.Rozay
19 may
Paris, Şatle
Ziyafət
(fr. Le Festin)
Rimski-Korsakov,
Musorqski, M. Qlinka,
Aleksandr Qlazaunov və başqaları| L.Bakst
М. Fokin Tamara Karsavina,
Vera Fokina,
V.Karalli,
V. Nijinski,
S.Fyodorova,
М. Mordkin,
А. Bolm,
Q.Rozay
2 iyun
Paris, Şatle
Silfidalar
(fr. Les Sylphides)
F.Şopen А. Benua М. Fokin А. Pavlova,
Т. Karsavina,
V.Nijinski
2 iyun
Paris, Şatle
Kleopatra
(fr. Cléopatre)
Anton Arenski Leon Baskt М. Fokin А. Pavlova,
İ. Rubinşteyn,
Т. Karsavina,
V.Nijinski,
М. Fokin
1910 20 may
Paris, Qrand-Opera
Karnaval
(fr. Carnaval)
Robert Şuman Leon Bakst М. Fokin Т. Karsavina,
V.Nijinski,
А. Bolm, V. Fokina,
B. Nijinskaya
4 iyun
Paris, Qrand-Opera
Şəhrizadə
(fr. Schéhérazade)
N. Rimski-Korsakov Leon Bakst М. Fokin İ. Rubinşteyn, V.Nijinski,
А. Bulqakov
18 iyun
Paris, Qrand-Opera
Jizel
(fr. Giselle)
Adolf Adan Aleksandr Benua М. Fokin Т. Karsavina, V. Nijinski
25 iyun
Paris, Qrand-Opera
Simurq quşu
(fr. L'oiseau de feu )
İqor Stravinski Aleksandr Qolovin, Leon Bakst М. Fokin Т. Karsavina, M. Fokin, V. Fokina,
А. Bulqakov
25 iyun
Paris, Qrand-Opera
Orientaliya
(fr. Les Orientales)
Aleksandr Qlazunova, Aleksandr Borodin və başqaları Leon Bakst М. Fokin Е. Qelçer, V. Nijinski,
Т. Karsavina, А. Volinin, V.Fokina,
Q.Rozay, А. Orlov, M. Fokin
1911 19 aprel
Monte-Karlo, Kazino
Qızılgül kabusu
(fr. Le Spectre De La Rose)
К. Veber Leon Bakst М. Fokin V. Nijinski, Т. Karsavina
26 aprel
Monte-Karlo, Kazino
Nərgiz
(fr. Narcisse)
Nikolay Çerepnin Leon Bakst М. Fokin V. Nijinski, Т. Karsavina,
B. Nijinskaya
6 iyun
Paris, Şatle
Sualtı çarlıq (из оперы «Садко»)
Nikolay Rimski-Korsakov Boris Anisfeld М. Fokin
13 iyun
Paris, Şatle
Petruşka
(fr. Petrouchka)
İqor Stravinski Aleksandr Benua М. Fokin V. Nijinski, Т. Karsavina, А. Orlov,
E.Çeketti
30 noyabr
London, Kovent-Qarden
Qu gölü
(fr. Le Lac des cygnes)
P. Çaykovski Aleksandr Benua Marius Petipa Matilda Kşesinskaya, V. Nijinski
1912 13 may
Paris, Şatle
Mavi tanrı
(fr. Le Dieu bleu)
Reynaldo Qan Leon Bakst М. Fokin V. Nijinski, Т. Karsavina,
М. Froman, L.Nelidova, B.Nijinskaya
20 may
Paris, Şatle
Tamara
(fr. Thamar)
Miliy Balakirev Leon Bakst М. Fokin Т. Karsavina, А. Bolm
29 may
Paris, Şatle
Favnanın istirahəti
(fr. L'Après-midi d'un faune)
Klod Debüssi Leon Bakst V.Nijinsjki L.Nelidova, V.Nijinski
8 iyun
Paris, Şatle
Dafnis və Xloya
(fr. Daphnis et Chloé)
Moris Ravel Leon Bakst М. Fokin V. Nijinski, Т. Karsavina
1913 15 may
Paris, Yelisey çölləri teatrı
Oyunlar
(fr. Jeux)
Klod Debüssi Leon Bakst V.Nijinsjki V.Nijinsjki, Т. Karsavinа, L. Şollar
29 may
Paris, Yelisey çölləri teatrı
Müqəddəs bahar
(fr. Le Sacre du printemps)
İqor Stravinski Nikolay Rerix V.Nijinsjki
12 iyun
Paris, Yelisey çölləri teatrı
Salomeyanın faciəsi
(fr. La Tragédie de Salomé)
Floran Şmitt Serqey Sudeykin Boris Romanov Т. Karsavina, А. Qavrilov
1914 16 aprel
Monte-Karlo, Kazino
Kəpənəklər
(fr. Papillons)
R.Şuman Mstislav Dobujinski, L.Bakst Mixail Fokin Т. Karsavina, L. Şollar, M.Fokin
14 may
Paris, Qrand-Opera
İosif haqda əfsanə
(fr. La Légende de Joseph)
Rixard Ştraus Leon Bakst М. Fokin] L.Myasin, М. Kuznetsova, А. Bulqakov
24 may
Paris, Qrand-Opera
Qızıl xoruz
(fr. Le Coq d'or)
Nikolay Rimski-Korsakov Natalya Qonçarova Mixail Fokin Т. Karsavina, А. Bolm, А. Bulqakov,
E.Çeketti
26 may
Paris, Qrand-Opera
Bülbül İqor Stravinski Aleksandr Benua Boris Romanov М. Froman, N.Kremnev
2 iyun
Paris, Qrand-Opera
Midas
(fr. Midas)
Maksimilian Şteynberq ДMstislav Dobujinski Mixail Fokin Т. Karsavina, А. Bolm, М. Froman,
L. Şollar,L. Çernişeva
1915 20 dekabt
Cenevrə, Qrand-teatr
Gecəyarısı günəş
(fr. Soleil de nuit)
N. Rimski-Korsakov Mixail Lariyonov Leonid Myasin L. Myasin, N.Zverev
1916 21 avqust
San-Sebastyan
Meninlər
(fr. Las Meninas)
Qabriel Fore Xose Mariya Sert Leonid Myasin L.Sokolova, Оlqa Xoxlova,
L. Myasin, L. Voytsikovski
25 avqust
San-Sebastyan
Kikimora Anatoli Lyadov Mixail Lariyonov Leonid Myasin М. Şabelskaya, S. İdzikovski
23 oktyabr
Nyu-York, Manhetten opera
Til Ulenşpigel Rixard Ştraus R.Cons Vatslav Nijinski
1917 12 aprel
Roma, Konstansa
Feyerverk İqor Stravinski Cakomo Balla Leonid Myasin
12 aprel
Roma, Konstansa
Yaxşı əhvalda olan xanımlar
(fr. Les Femmes de bonne humeur)
Cüzeppe Skarlatti Leon Bakst Leonid Myasin L. Lopuxova, L. Çernişeva, L. Myasin,
J. Çeketti, E. Çeketti,
S. İdzikovski, L. Voytsikovski
11 may
Paris, Şatle
Rus nağılları
(fr. Les Contes russes)
Anatoli Lyadov Mixail Lariyonov Leonid Myasin S. İdzikovski, L. Voytsikovski,
L. Çernişeva, L. Sokolova
18 may
Paris, Şatle
Parad
(fr. Parade)
Erik Sati Pablo Pikasso Leonid Myasin L. Myasin, М. Şabelskaya,
L. Lopuxova, N. Zverev
1919 5 iyul
London
Sehirli dükan
(fr. La Boutique fantasque)
Coakino Rossini Andre Deren, L. Bakst Leonid Myasin L. Lopuxova, L. Myasin, E. Çeketti,
S. Qriqoryev, J. Çeketti, L.Sokolova,
L. Voytsikovski, N. Zverev
22 iyul
London
Üçbucaq
(fr. Le Tricorne)
Manuel de Falya Pablo Pikasso Leonid Myasin L. Myasin, Т. Karsavina, L. Voytsikovski
1920 2 fevral
Paris, Qrand-Opera
Bülbülün nəğməsi
(fr. Le Chant du rossignol)
İqor Stravinski Anri Matiss Leonid Myasin Т. Karsavina, L. Sokolova,
S. Qriqoryev, S. İdzikovski
15 may
Paris, Qrand-Opera
Pulçinella
(fr. Pulcinella)
İqor Stravinski Pablo Pikasso Leonid Myasin Т. Karsavina, L. Myasin, Karsavina
27 may
Paris, Qrand-Opera
Qadın şıltaqlıqları
fr. Astuzie femminili
Domeniko Çimaroza Xose-Mariya Sert Leonid Myasin Т. Karsavina, L. Çernışeva, V. Nemçinova,
L. Sokolova,S. İdzikovski, L. Voytsikovski
15 dekabr
Paris, Yelisey çölləri teatrı
Müqəddəs bahar
(fr. Le Sacre du printemps)
İqor Stravinski Nikolay Rerix Leonid Myasin L.Sokolova
1921 17 may
Paris
Təlxək
fr. Chout
S. Prokofyev Mixail Lariyonov T.Slavinski, L. Sokolova,K.Devilye, J.Yazvinski
17 may
Paris
Kvadro flamenko Xalq musiqisi Pablo Pikasso М. Dalbasin, R.de Xeres, Q. de Korrotin
2 noyabr
Лондон, Альгамбра
Yatmış gözəl
(fr. La Belle au bois dormant )
Pyotr İliç Çaykovski Leon Bakst N.Serqeyev О. Spesivçiva, P. Vladimirov,
L.Lopuxovа, К. Briança, F. Dubrovskaya,
L.Sokolova, B. Nijinskaya, L. Yeqorova
1922 18 may
Paris, Qrand-Opera
Avroranın toyu
Pyotr İliç Çaykovski Aleksandr Benua Bronislava Nijinskaya V. Trefilova, P. Vladimirov
18 may
Paris, Qrand-Opera
Mavra
fr. Mavra
İqor Stravinski Leopold Sürvaj Bronislava Nijinskaya
3 iyun
Paris, Qrand-Opera
Tülkü, xoruz, pişik, qoyun haqda nağıl
(fr. Renard)
İqor Stravinski Mixail Lariyonov Bronislava Nijinskaya B. Nijinskaya, S. İdzikovski,
J. Yazvinski, М. Fyodorov
1923 13 iyul
Paris, Qete-lirik
Toy
(fr. Les Noces)
İqor Stravinski Natalya Qonçarova Bronislava Nijinskaya F. Dubrovskaya, L. Çernişova,
L. Voytsikovski, N.Semyonov
1924 3 yanvar
Monte-Karlo, Kazino
Çobanların həvəsi
fr. Les Tentations de la bergère
Mişel Montekler Xuan Qris Bronislava Nijinskaya B. Nemçinova, Л. Voytsikovski,
Т. Slavinski, А. Dolin
5 yanvar
Monte-Karlo, Kazino
Təbib Şarl Quno Aleksandr Benua Bronislava Nijinskaya
6 yanvar
Monte-Karlo, Kazino
Ceyranlar
fr. Les Biches
Fransis Pulenk Mari Loransen Bronislava Nijinskaya L. Voyçixovski, А. Vilztak, N. Zverev,
V. Nemçinova, B. Nijinskaya,
L. Çernışeva, L. Sokolova
8 yanva
Monte-Karlo, Kazino
Çimaroziana Domeniko Çimaroza Xose-Mariya Sert Leonid Myasin L. Çernışeva, F. Dubrovskaya, А. Vilztak,
L Sokolova, L. Voyçixovski,
V. Nemçinova, S. İdzikovski
19 yanvar
Monte-Karlo, Kazino
Usandıranlar
fr. Les Fâcheux
Jorj Orik Jorj Brak Bronislava Nijinskaya L. Çernışeva, L. Şollar,
А. Dolin, А. Vilztak
24 iyun
Paris, Yelisey çölləri teatrı
Mavi ekspress
(fr. Le train bleu)
Darius Miyo Anri Loran, Koko Şanel,
Pablo Pikasso
Bronislava Nijinskaya L. Sokolova, B. Nijinskaya,
А.Dolin, L. Voyçixovski
1925 28 aprel
Monte-Karlo, Kazino
Zefir və Flora
fr. Zephyr et Flore
Vladimir Dukelski Jorj Brak Leonid Myasin А. Nikitina, А. Dolin, S. Lifar
17 iyun
Paris, Qete-lirik
Bülbülün nəğməsi
(fr. Le Chant du rossignol)
İqor Stravinski Anri Matiss Corc Balançin
17 iyun
Paris, Qete-lirik
Matroslar
fr. Les matelots
Jorj Orik Pedro Prüna Leonid Myasin S. Lifar, Т. Slavinski, L. Voyçixovski
11 dekabr
London, Kolizeum
Barabo
fr. Barabau
Rieti Vittorio Moris Utrillo Corc Balançin L. Voyçixovski, S. Lifar,
А. Nikitina, А. Danilova, Т. Jeva
1926 4 may
Monte-Karlo, Kazino
Romeo və Cülyetta
fr. Roméo et Juliette
Konstant Lambert Maks Ernst, Xuan Miro Bronislava Nijinskaya Т. Karsavina, S.Lifar
29 may
Paris, Sara Bernar teatrı
Pastoral
fr. Pastorale
Jorj Orik Pedro Prüna Corc Balançin F. Dubrovskaya, Т. Jeva,
S. Lifar, Т. Slavinski
3 iyun
Paris, Sara Bernar teatrı
Tütün qabından olan iblis
fr. Jack in the Box
Erik Sati Andre Deren Corc Balançin А. Danilova,S. İdzikovski
1927 30 aprel
Monte-Karlo,Kazino
Pikşi
fr. La chatte
Anri Soqe Naum Qabo
Antuan Pevzner
Corc Balançin О. Spesivçeva,S. Lifar
1 iyun
Paris, Sara Bernar teatrı
Merkuri
fr. Mercure
Erik Sati Pablo Pikasso Leonid Myasin L. Myasin, V. Petrova
7 iyun
Paris, Sara Bernar teatrı
Polad çapma
fr. Pas d'acier
Serqey Prokofyev Georgi Yakulov Leonid Myasin А. Danilova, L. Çernışeva,
L. Myasin, S. Lifar
1928 6 iyun
Paris, Sara Bernar teatrı
Oda
fr. Ode
Nikolay Nabokov Pavel Çelişev
Pyer Şarbonye
Leonid Myasin L. Myasin, S. Lifar,
F. Dubrovskaya, А. Nikitina
12 iyun
Paris, Sara Bernar teatrı
Apollon Musaqet
fr. Apollon musagète
İqor Stravinski Andre Boşan
Koko Şanel
Corc Balançin S. Lifar, А. Nikitina,
L. Çernışeva, F. Dubrovskaya
1929 9 may
Monte-Karlo, Kazino
Bal
fr. Le Bal
Vittorio Rieti Corco de Kiriko Corc Balançin А. Danilova, А. Dolin,
F. Dubrovskaya, S. Lifar
21 may
Paris, Sara Bernar teatrı
Tülkü, xoruz, pişik, qoyun haqda nağıl
(fr. Renard)
İqor Stravinski Mixail Lariyonov Serj Lifar
21 may
Paris, Sara Bernar teatrı
Azmış oğul
fr. Le fils prodigue
Serqey Prokofyev Jorj Ruo Corc Balançin S. Lifar, М. Fyodorov, F. Dubrovskaya
  1. "О Дягилеве в энциклопедии «Кругосвет»". 2009-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  2. "Моноспектакль Александра Васильева". 2010-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  3. "ИЗ ИСТОРИИ СОТРУДНИЧЕСТВА ДЯГИЛЕВА И СКРЯБИНА («РУССКИЕ СЕЗОНЫ» В ПАРИЖЕ)". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  4. "Почти все о Дягилеве // Московский книжный журнал". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  5. 1 2 3 4 5 6 7 8 Цитата по мемуарам Лифаря
  6. Комментарии к переписке Дягилева и Бенуа
  7. "Николай Рерих. Венок Дягилеву". 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  8. "Джон Э. Боулт о балете". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  9. "Балеты Леонида Мясина". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
  10. "О Сергее Прокофьеве на Russianculture.ru". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.