Esperanto lüğəti

Esperanto lüğətisüni dil olan esperantonun söz ehtiyatını təşkil edir. Esperanto 1887-ci ildə Ludvik Lejzer Zamenhof tərəfindən beynəlxalq ünsiyyət dili olaraq yaradılmışdır. Bu dilin lüğəti universal və asan öyrənilə bilən bir sistem əsasında qurulmuşdur və əsas məqsədi müxtəlif dillərdə danışan insanların ünsiyyətini sadələşdirməkdir.

Dilçilik
Dünya dilləri
Dünya dilləri
Nəzəri linqvistika
Fonologiya

Morfologiya

Sintaksis

Semantika

Praqmatika

Koqnitiv dilçilik

Generativ linqvistika
Deskriptiv linqvistika
Antropoloji linqvistika

Təkamül linqvistikası (müqayisəli-tarixi
dilçilik
, etimologiya)

Fonetika

Sosiolinqvistika
Tətbiqi dilçilik
Kompüter dilçiliyi

Kriminalistika

Dilin mənimsənilməsi

Dil qiymətləndirməsi

Dil inkişafı

Preskriptivizm

Antropoloji linqvistika

Neyrolinqvistika

Psixolinqvistika

Stilistika
Digərləri
Ədəbiyyat

Oxuma

Linqvistik tipologiya

Linqvistikanın tarixi

Dilçilərin siyahısı

Dünya dilləri

Həll olunmamış problemlər
Portal:Linqvistika

Esperanto Lüğətinin Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Esperanto lüğəti təqribən 900 əsas kök sözdən ibarətdir, lakin müxtəlif şəkilçilərprefikslər vasitəsilə bu köklərdən on minlərlə yeni söz yaradıla bilər. Lüğətdəki sözlərin çoxu Avropa dillərindən (xüsusilə Latın, Roma, AlmanSlavyan dillərindən) alınmışdır. Sözlərin mənası və tələffüzü geniş bir auditoriya üçün tanış və asan başa düşülən olmalıdır. Hər sözun sabit quruluşu var: isimlər hər zaman "-o" ilə bitir (məsələn, "amiko" – dost), sifətlər "-a" ilə bitir (məsələn, "bela" – gözəl), fellər "-i" ilə bitir (məsələn, "ami" – sevmək). Dilin əsas gücü şəkilçilərdədir. Məsələn: "-et" – kiçikləşdirmək ("domo" – ev, "dometo" – kiçik ev), "-in" – qadın cinsini ifadə etmək ("viro" – kişi, "virino" – qadın). Hər bir söz necə yazılırsa, elə də tələffüz edilir. Bu, lüğətin istifadəsini asanlaşdırır.[1]

Esperanto lüğətinin genişlənməsi

[redaktə | mənbəni redaktə et]

Esperanto dilində yeni sözlər müxtəlif dillərdən alınan kök sözlər əsasında, şəkilçilər və prefikslər vasitəsilə yaradılır. Bu metod dilin dinamikliyini təmin edir və müxtəlif sahələrdə istifadəsini mümkün edir (məsələn, elm, texnologiya, mədəniyyət və s.).[2]

Müasir Esperanto Lüğətləri

[redaktə | mənbəni redaktə et]

Müasir Esperanto lüğətləri iki yerə bölünür: Onlayn Lüğətlər və İkicildli lüğətlər. Müasir dövrdə esperanto lüğətləri onlayn platformalarda geniş şəkildə mövcuddur. Məşhur onlayn lüğətlərə Tekstaro de Esperanto və Revo daxildir. Esperantodan digər dillərə və əksinə tərcümə edən lüğətlər mövcuddur. Bu lüğətlər, dili öyrənənlər üçün əsas resursdur. Esperanto lüğəti, sadəliyi və sistematikliyi ilə fərqlənir. Bu lüğət beynəlxalq ünsiyyətin asanlaşdırılması üçün xüsusi olaraq hazırlanmış və zamanla inkişaf edərək zənginləşmişdir. Lüğət həm yeni öyrənənlər, həm də mütəxəssislər üçün geniş imkanlar təqdim edir.

  1. "Plena Manlibro de Esperanta Gramatiko : OZ". bertilow.com (esperanto). 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  2. "Babil üçün planlar: Esperanto". 17 iyul 2012 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]