Əlimədətli (Ağdam)

ƏlimədətliAzərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[2]

Əlimədətli
40°03′31″ şm. e. 46°49′09″ ş. u.
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0221[1]
Xəritəni göstər/gizlə
Əlimədətli xəritədə
Əlimədətli
Əlimədətli

Kənd 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[3]

1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndiylə qonşudur. Əlimədədli kəndi 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikasının Göygöl rayonunda da Əlimədədli kəndi var.

İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.

2006-cı ilin siyahıya alınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədədli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Bayram Bayramov – yazıçı, Azərbaycan Xalq Yazıçısı;
  • Bayramov Əkbər Salman oğlu, Əməkdar Elm Xadimi, psixoloq-professor;
  • Rəhimova Nuriyyə Mədət qızı, Ali Sovetin deputatı, məktəb direktoru, ictimai xadim;
  • Bayramov Fərman Salman oğlu, məktəb direktoru, Xalq soveti deputatı, el ağsaqqalı;
  • Qaraşov İsa Tapdıq oğlu, dövlət xadimi, Ali Sovetin deputatı;
  • Bayramov Qurban Fərman oğlu, tənqidçi-ədəbiyyatşünas, doktor-professor;
  • Quliyev Sabir Nuru oğlu, kimyaçı-pedaqoq, dosent;
  • Qaraşov Hüseyn Tapdıq oğlu, professor, rektor;
  • Yelmar Edilov – Milli Qəhrəman;
  • Nəzakət Teymurova – müğənni, Xalq Artisti.
  • Edilov Yelmar Şahmar oğlu,
  • Edilov Elşən Baxşalı oğlu,
  • İsgəndərov Səməndər Qəni oğlu,
  • Qafarov Zülfüqar Baxşalı oğlu,
  • Qənbərov Bəylər Surxay oğlu,
  • Məmmədov Atamoğlan Əli oğlu,
  • Məmmədov Fərman Umud oğlu,
  • Şirinov Qədir Aslan oğlu,
  • Məmmədov Şirin Muxtar oğlu.

İstifadə olunan ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.