Feliks Beato

Feliçe Beato (1832[1][2][…], Venesiya[5]29 yanvar 1909[1][3], Florensiya[5]) və ya Feliks Beatoitalyan-britaniyalı fotoqraf. Fotoqrafiyanın qabaqcıllarından biridir. Şərqi Asiyanın fotolarını çəkən və müharibə fotoqrafiyası ilə məşğul olan ilk şəxslərdən biridir. Şərqi Asiya ölkələrinin memarlıq abidələrinin və mənzərələrinin fotolarını çəkmiş, əsasən ÇinYaponiyada məskunlaşmışdır. Yaponiya fotoqrafiyasının tarixində əhəmiyyətli təsiri olmuşdur.

Feliçe Beato
Doğum tarixi 1832[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 yanvar 1909(1909-01-29)[1][3]
Vəfat yeri
Fəaliyyəti fotoqraf, jurnalist, müharibə fotoqrafı, fotojurnalist, incəsənət xadimi
Fəaliyyət illəri 1854–1907
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri və kimliyi

[redaktə | mənbəni redaktə et]

Feliçe Beato 1832-ci ildə Venesiyada doğulmuşdur.[a] Uşaqlığını Kerkira adasında keçirmişdir. Həmin dövrdə Kerkira Britaniyanın protektoratı olduğu üçün Britaniyanın təbəəsi olmuşdur. Onun italyanəsilli olduğu güman olunur. Beatonun doğum adı "Feliçe" olsa da, "Feliks" adından istifadə etməyə üstünlük vermişdir.[6] 1844-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür.[7]

Beatonun üç bacı-qardaşı var idi. Onlardan biri Antonio da qardaşı kimi fotoqraf olmuş və Misirdə məskunlaşmışdır.[7] Tarixçilər uzun müddət Antonio ilə Feliçenin eyni şəxslər olduğunu düşünmüşdürlər.

Beato ilk linzasını 1851-ci ildə Parisdə alsa da, fotoqrafiya karyerası İstanbulda məskunlaşmış fotoqraf Ceyms Robertson sayəsində başlamışdır. Robertson 1855-ci ildə Beatonun bacısı Leonilda Maria Matilda ilə evlənmişdir.[7] 1855-ci ilin avqustunda Krım müharibəsinin fotolarını çəkmək üçün Robertsonu müşayiət etmiş, müharibənin son ayında Sevastopol, MalaxovBalaklavanın 60-dan çox fotosunu çəkmişdir.[8] Beato onunla birlikdə İstanbul və Maltanın memarlıq fotolarını çəkmişdir. 1857-ci ildə onunla birlikdə Fələstinə, Misirə və Yunanıstana səfər etmişdir. Onlar Qüdsdə Müqəddəs məqbərə kilsəsininOmar məscidinin, eləcə də, Bibliyada adı çəkilən digər müqəddəs yerlərin fotolarını çəkmişdirlər. Misirdə Böyük SfinksinGiza piramidalarının, Yunanıstanda isə Aqora darvazasıAkropolun mənzələrini çəkmişdirlər.[7]

Feliçe 1858-ci ildə İstanbulu tərk etməyə qərar vermiş və 13 fevral 1858-ci ildə Kəlkətəyə çatmışdır. Şimali Hindistanı gəzməyə və Sipahilər üsyanının fotolarını çəkməyə başlamışdır.[9] Lakhnau qətliamının fotosunu çəkmişdir.[10] Kəlkətədə ilk fotoqrafiya studiyalarından birini açmışdır.[9] 1860-cı ildə Çinə gedərək İkinci tiryək müharibəsinin fotolarını çəkmişdir.[11] Çin səfəri zamanı Honkonq və Kantonda olmuş, 1860-cı ilin avqustunda ələ keçirilmiş Daqu qalasının fotolarını çəkmişdir. O, Pekinin ilk fotolarını çəkən şəxs olmuşdur.[12] 1861-ci ildə İngiltərəyə gedərək Hindistan və Çində çəkdiyi fotoları sərgiləmişdir.[11]

Koboto Santaronun fotosu (1868).

Beato 1863-cü ilin iyulunda rəssam Çarlz Virqmanin dəstəyi ilə Yokohamaya köçmüşdür.[13] O, Virqmanla əməkdaşlıq edərək fotoportretlər çəkməyə başlamışdır. Onlar 1864–1867-ci illərdə "Beato & Wirgman" şirkətini idarə etmişdirlər.[14] 1863-cü ildə Satsuma klanının üzvlərini çəkmişdir.[15] 1864-cü ilin sentyabrında Britaniyanın Şimonoseki ekspedisiyasının rəsmi fotoqrafı olmuş və Şimonoseki bombardımanının fotolarını çəkmişdir. 1865-ci ilin aprelində Naqasakinin fotolarını çəkmişdir. 26 noyabr 1866-cı ilin Yokohamada baş verən yanğın nəticəsində studiyası məhv olmuş və neqativlərinin çoxu yanmışdır.[13][14] Yaponiya fotoqrafı Kusakabe Kimbeyin müəllimi olmuşdur.[16] 1868-ci ildə "Tarixi və izahedici qeydlərlə Yaponiyanın fotoqrafik mənzərələri" işi nəşr olunmuşdur.[17]

1871-ci ilin mayında ABŞ-nin Koreya ekspedisiyasının rəsmi fotoqrafı olmuş, 10 və 11 iyundakı münaqişələri,[18] eləcə də, Koreyanın fotolarını çəkmişdir.[13] 10 iyul 1871-ci ildə Kobeyə gəlmiş, tayfun nəticəsində dağılmış evlərin və binaların fotolarını çəkmişdir.[19] 1872-ci ildə Yaponiyaniya hökumətinin icazəsi ilə Kioto şəhərinin fotolarını çəkə bilmişdir. Daha sonra həmin il Yaponiyadakı ilk dəmiryolun açılış mərasiminin və Yaponiyada səfərdə olan Aleksey Aleksandroviçin fotosunu çəkmişdir. 1877-ci ildə biznesini və neqativlərini "Stillfried & Andersen" fotostudiyasına satmışdır.[20]

Beato 1884-cü ildə Yaponiyanı tərk edərək Londona getmişdir. 1884-cü ildə Britaniyanın Sudan ekspedisiyasının fotoqrafı olmuşdur. Daha sonra Birmaya köçərək burada fotostudiya açmışdır. 1885-ci ildə Üçüncü İngilis-Birma müharibəsinin fotolarını çəkmişdir.[20]

  1. 2009-cu ilə qədər Feliçenin dəqiq doğum yeri və tarixi mübahisəli məsələ idi. Onun 1834 və 1835-ci ildə Kerkira adasında doğulduğu güman olunurdu. 2009-cu ildə ölüm haqqında şəhadətnaməsinin kəşf olunmasından sonra onun 1832-ci ildə Venesiyada doğulduğu məlum olmuşdur.[6]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Felice Beato // RKDartists (nid.).
  3. 1 2 The Fine Art Archive.
  4. RKDartists (nid.).
  5. 1 2 3 4 online image library Nederlands Fotomuseum.
  6. 1 2 Bennett. səh. 92
  7. 1 2 3 4 Lacoste. səh. 2
  8. Hannavy. səh. 1035
  9. 1 2 Lacoste. səh. 3
  10. Hannavy. səh. 128
  11. 1 2 Bennett. səh. 94
  12. Hannavy. səh. 293
  13. 1 2 3 Bennett. səh. 95
  14. 1 2 Hannavy. səh. 129
  15. Lacoste. səh. 13
  16. Hannavy. səh. 130
  17. Hannavy. səh. 426
  18. Hannavy. səh. 805
  19. Bennett. səh. 96
  20. 1 2 Bennett. səh. 97
  • Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. 86–97. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 3 dekabr 2024.
  • Hannavy, John. Encyclopedia of Nineteenth-Century Photography (ingiliscə). Routledge. 2008. səh. 128–131. ISBN 0-415-97235-3. İstifadə tarixi: 3 dekabr 2024.
  • Lacoste, Anne. Felice Beato: A Photographer on the Eastern Road (ingiliscə). Getty Publications. 2010. ISBN 9781606060353. İstifadə tarixi: 3 dekabr 2024.