Gülüstü Qadın Əfəndi

Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı1861, Konstantinopol) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası.

Gülüstü Qadınəfəndi
türk. Gülüstü Kadın Efendi
Şəxsi məlumatlar
Doğum tarixi 1831
Doğum yeri
Vəfat tarixi 1861
Vəfat yeri
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Dəfn yeri
Atası Tahir bəy Şervaşidze
Anası Afisə xanım Lakerba
Həyat yoldaşı
Uşaqları Zəkiyə Sultan
Fəhimə Sultan
Mədiha Sultan
VI Mehmed Vahidəddin
Ailəsi Şervaşidze sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.[1]

Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir. Sultan Əbdülməcidin qızlarının dəfn olunduğu Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir. Türbəsini vəfatından öncə inşa etdirmişdir. Sultan Vahidəddinin qızı Sabiha Sultanın xatirələrində yazdığına görə, nənəsi vəfat etdiyi əsnada atası 4 yaşına idi. Ancaq bir çox mənbədə Gülüstü xanımın vəfat tarixi 1861-ci ilin may ayı olaraq qeyd olunur.[2]

Oğlu Mehmed Vahidəddin Əfəndi anasının ölümündən 57 il sonra taxta çıxmış, bu səbəblə Gülüstü Qadınəfəndi validə sultan ola bilməmişdir.

  1. Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
  2. Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1