Gün keçdi (film, 1971)

Gün keçdi — kinorejissor Arif Babayevin filmi.[1][2]

Gün keçdi
Janr dram
məhəbbət
Rejissor Arif Babayev
Ssenari müəllifi Anar Rzayev
Baş rollarda Leyla Şıxlinskaya
Həsən Məmmədov
Operator Rasim İsmayılov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Elbəy Rzaquliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
Distribütor Azərbaycanfilm
İlk baxış tarixi 12 fevral 1971
Filmin növü tammetrajlı bədii film
Müddət 83 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1971
Texniki məlumatlar 9 hissə
2427 metr
geniş ekranlı
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID3961682

Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir…

Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır.

Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.

Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.

  • Film yazıçı Anarın "Gürcü familiyası" hekayəsi əsasında ekranlaşdırılmışdır. Hekayə 1967-ci ilin yayında "Literaturnaya Qazeta"da çap olunmuşdu. Sonralar yazıçı bu hekayə əsasında "Gün keçdi" ssenarisini yazdı.
  • Filmə 2-ci kateqoriya verilmişdir.
  • Çəkilişlər zamanı "Gün Keçdi"nin ssenarisi olduğu kimi lentə alınmadı. Belə ki, ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etmirdi və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalırlar.[3] Həsən Məmmədovun dediklərindən: "Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni, ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu…."[4].
  • Məhz "Gün keçdi"də Arif Babayev kinomuzda kök salan "lentə alınmış teatr" estetikasına üsyan etdi. Filmdə aktyorlar, dekorlar deyil, audiovizuallıq prinsipi önə çıxdı…"[5]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Anar
Ssenari müəllifi: Anar
Quruluşçu rejissor: Arif Babayev
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Kamal Seyidov
Rejissor: Fikrət Əliyev
Redaktor: Ədhəm Qulubəyov
Mahnıların mətni: Vaqif Səmədoğlu
Rejissor assistenti: Akif Rüstəmov
Operator assistenti: Rafiq Kərimov, V. Romanov
Qrim rəssamı: V. Arapov
Montaj edən: A. Filimonova, A. Abramova
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor: D. Ştilman
Filmin direktoru: Yusif Yusifzadə
Mahnı ifa edən: Flora Kərimova, Mirzə Babayev (titrlərdə yoxdur)
Fotoqraf-rəssam : Pərviz Quliyev
Leyla Şıxlinskaya — Əsmər
Həsən Məmmədov — Oqtay
Həsənağa Turabov — Oqtayın iş yoldaşı
Çingiz Əlioğlu — Camal
Muxtar Avşarov — poçtalyon
Sədayə Mustafayeva — Əsmərin anası
Sona Aslanova
İ. Şakarova
S. Nağıyeva
Sevil Rüstəmova — Oqtaya teleqramı çatdıran qız
T. Quliyev
S. Azriyel
D. Abdullayeva
Törəxanım Zeynalova — qonşu qadın
"Qaya" Vokal Kvarteti

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Həsənağa Turabov — Oqtay (yetkin) (Həsən Məmmədov) (titrlərdə yoxdur)
Amaliya Pənahova — Əsmər (yetkin) (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Ofeliya Sənani — Əsmər (gənc) (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Süsən Məcidova — Nənə (Törəxanım Zeynalova) (titrlərdə yoxdur)
Ətayə Əliyeva — Əsmərin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Səməndər Rzayev — Oqtayın iş yoldaşı (Həsənağa Turabov) (titrlərdə yoxdur)
Ramiz Məlikov — Oqtayın tanışı (titrlərdə yoxdur)
  1. Abbaslı, T. 54 illik ömürdə — : "Uşaqlığın son gecəsi", "İnsan məskən salır", "Gün keçdi"…: [kinorejissor Arif Babayev haqqında] //Mədəniyyət.- 2015.- 18 sentyabr.- S.13.
  2. "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  3. "Gün keçdi"də hansı kadr etiraz doğurub?: Həsən Məmmədovun təkidilə ssenarinin sonluğu dəyişdirilib: [rejissor Arif Babayevin eyniadlı filmi haqqında] //Azadlıq.- 2014.- 11 noyabr.- S.14.
  4. "Gün Keçdi: İki aktyorun filmi", Ekspress qəzeti, 17.07.2003, Ulduzə Qaraqızı
  5. Aydın Dadaşov "Sənətdə keçən ömür", 525-ci qəzet, 24.09.2005, səh 30.
  • Həsən Seyidbəyli. "Azərbaycan kinosu — 71" //"Ulduz" jurnalı.- 1972.- № 7.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 187–190.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Filmin musiqisi

[redaktə | mənbəni redaktə et]
Musiqi-1. Flora Kərimova — "Bir axşam taksidən…" mahnısı
Musiqi-2