Pavetta (pol. Pavetta) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra şahzadəsi. Kraliça Kalantenin qızı və Sirinin anasıdır.
Pavetta | |
---|---|
pol. Pavetta | |
Cadugər romanlar seriyası personajı | |
İlk görünmə | Qiymət məsələsi |
Yaradan | Andjey Sapkovski |
Canlandıran |
Aqata Buzek Qaya Mondadori |
Məlumat | |
Cinsi | qadın |
Peşə | şahzadə |
Həyat yoldaşı | Erlenvaldlı Yoj |
Pavetta Kral Ryöqner və kraliça Kalantenin yeganə övladıdır. Atası hələ uşaq doğulmazdan əvvəl onu, Erlenvaldlı cəngavər Yoja verməyə and içmişdi. Sonradan Yoj Nilfqaard taxtının varisi olur. Pavettanın on beş yaşı tamam olduqda Kalante vəfat etmiş ərinin sözünü yerinə yetirməli olur. Yoja ərə gedən Pavetta qız uşağı dünyaya gətirir və onu Sirilla adlandırırlar. Bir neçə il sonra gəmi qızası zamanı Pavetta vəfat edir. Sonradan bəlli olur ki, Pavetta Böyük qanın daşıyıcısı imiş və onun vasitəsiylə həmin qan qızına keçmişdir.
Polşa istehsalı olan “Cadugər” teleserialında Pavetta rolunu Aqata Buzek canlandırmış, onun ifasında personaj tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. ABŞ istehsalı olan “Cadugər” teleserialında isə Pavetta rolunu aktrisa Qaya Mondadori canlandırmışdır. Personaj serialın dördüncü seriyasında təqdim edilmişdir.