Kalmıkların deportasiyası və ya "Ulusı" əməliyyatı (rus. Операция «Улусы»)[1] — 28 – 31 dekabr[2] 1943-cü ildə 93.000-dən çox kalmıkların və kalmıklarla evil olan qeyri-kalmık qadınların Sovet İttifaqı tərəfindən sürgün edilməsidir. Ailələr və ayrı-ayrılıqda insanlar məcburi əmək üçün zorla mal-qara vaqonlarında Sibirə, xüsusi yaşayış məntəqələrinə köçürüldülər.[3] Kalmık olmayan kişilərlə evlənən kalmık qadınlar deportasiyalardan azad edildi. Hökumət sürgünlərin rəsmi səbəbi kimi 2-ci Dünya müharibəsində təxminən 5000 kalmıkın nasistlərə bağlı Kalmıkiya Süvari Korpusunda döyüşməsini göstərərək, onları Aksis qüvvələri ilə əməkdaşlıqda ittiham etmişdi.[4] Amma iqtidar eyni zamanda 23 mindən çox kalmıkın Qızıl Orduda xidmət etdiyini və Aksis qüvvələrinə qarşı Sovetlərlə birlikdə vuruşduğunu qəbul etmirdi.[5]
Kalmıkların deportasiyası | |
---|---|
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, SSRİ-də siyasi repressiya və İkinci Dünya müharibəsi | |
Ümumi məlumatlar | |
Yeri | Kalmıkiya,SSRİ |
Hücumun hədəfi | Kalmıklar |
Tarix |
|
Hücum metodu | məcburi köçürmə, deportasiya |
Ölü sayı | 16 000 - 17 000 |
Törədən(lər) |
|
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ-də məcburi köçürülmələr |
---|
Siyasətlər |
Xalqlar |
Əməliyyatlar |
İkinci Dünya müharibəsində müharibə əsiri əməyi |
Kütləvi əmək qüvvəsinin köçürülməsi |
NKVD rəisi Lavrenti Beriya və onun komissar müavini İvan Serov SSRİ hökumət başçısı İosif Stalinin birbaşa göstərişi[6] ilə deportasiyanı həyata keçirdilər.[7] Deportasiyada NKVD-NKGB qoşunlarından 10 minədək hərbçi iştirak etmişdir. Bu, 1930–1950-ci illər arasında bir neçə milyon sovet etnik azlığına təsir edən sovetlərin məcburi yerləşdirmə və əhali köçürmələri proqramının bir hissəsidir.[8] Kalmıkların xüsusi hədəfə çevrilməsi bu entik qrup içindəki anti-kommunist əhvali-ruhiyyə və Buddist mədəniyyəti kimi bir sıra səbəblərə əsaslanırdı.
Deportasiya 16 mindən çox insanın ölümünə səbəb oldu,[9][10][11] bu da deportasiya edilmiş əhalinin 17%-nin ölməsi demək idi.[9][10] Nikita Xruşşov SSRİ-nin yeni hökumət başçısı olduqdan və de-Stalinizasiya prosesini başlatdıqdan sonra 1956-cı ildə kalmıkların deportasiya edilmiş xalq status götürüldü.[12] 1957-ci ildə kalmıklar xüsusi yaşayış məntəqələrindən azad edildi və Kalmık Muxtar Sovet Sosialist Respublikası olaraq rəsmiləşdirilən doğma torpaqlarına qayıtmalarına icazə verildi.[13] 1959-cu ilə qədər sürgündə qalan kalmıkların 60% -dən çoxu evlərinə qayıtdı.[14] Ancaq, bu gün də hiss olunan, insan itkisinin və sürgünlərin sosial-iqtisadi həyatda yaratdığı dəyişikliklər kalmıklara çox təsir etdi.[15] 14 noyabr 1989-cu ildə Sovet İttifaqı Ali Şurası Stalinin bütün deportasiyalarını "qanunsuz və cinayətkar" elan etdi.[16] Müasir tarixi təhlillər bu köçürmələri təqib və insanlığa qarşı cinayət nümunəsi hesab edir.[7]