Keçdiməz

KeşdiməzAzərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd.[1]

Keşdiməz
40°32′ şm. e. 48°36′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağsu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 181 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Keşdiməz xəritədə
Keşdiməz
Keşdiməz

1824-cü il vergi sənədlərinə görə 20 ailə yaşayan Keçdiməz kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur[2]

Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisində Kişdeməz adlı pir də var. Yerli əhali oykonimi bu pirin adı ilə bağlayır. Rəvayətə görə, burada yaşayan mömin Şəxs hətta toyuğa da "kiş!" deməzmış. Ona görə də ləqəbi Kişdeməz qalmışdır. Pirə "yara piri" kimi müraciət olunur. Tədqiqatçılar bu oykonimi toponimik termin olan və "bərk dərə" mənasında işlənən keçirtməz sözü ilə bağlayırlar[3].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Arxivlənmiş surət". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.386