Məntəşəoğulları bəyliyi

Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osman. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir.[1] Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi.

Tarixi dövlət
Məntəşəoğulları bəyliyi
türk. Menteşeoğulları, Menteşe
Anadolu bəylikleri
Anadolu bəylikleri
 
 
 
1261 — 1425

Paytaxt Menteşə
Dilləri fars dili
Rəsmi dilləri Türk dili
Dövlət dini Sünni İslam
İdarəetmə forması monarxiya

Səlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı. Qalalarda qubernatorlar qalsa da, lakin mərkəz artıq onlara təcili yardım göstərə bilməyirdi. Bizansın praktiki olaraq ordusu yox idi və muzdluların çağırışı olmadan özünü müdafiə edə bilmirdi. Yunan qubernatorları öz başlarına buraxılmışdı.[2] Axırey bölgəsində müdafiə zonasının kənarında yerləşən istehkamların bir hissəsi uzun müddət təmir olunmamışdı və müdafiə üçün az istifadə olunurdu. Məhz bu yerdə türklər ilk dəfə Egey dənizinə keçə bildilər.[3] Məntəşəoğulları bəyliyi Qaramanoğulları bəyliyi ve Çobanoğulları bəyliyi kimi türklerin Bizansdan qəbul etdiyi torpaqlarda yarandı.[4] 1261-ci ildən sonra dəniz yolu ilə bu bölgəyə gələn və Dənizli sahilləri[5][6][7] ilə dağları arasındakı ərazidə məskunlaşan türkmənlər tərəfindən yaradıldığı, bəyliyin əsasını qoyanın 1295-ci ildə öldüyü məlumdur.[8] 1304-cü ildə bəyin kürəkəni Məntəşə Sasan Birgini tutanda əmirlik artıq mövcud idi,[9] lakin bəzən bəyliyin əsasının qoyulması traixini 1309-cu ilə də aid edirlər.[10]

Məntəşə bəy

[redaktə | mənbəni redaktə et]

Məntəşənin atası Sultan II Əlaəddin (1254–1257) dövründə Sivasda[4][6] Səlcuqlu valisi olub. Ata Məntəşə Səlcuqlardan iqta olaraq Fəthiyə körfəzinin sahil bölgəsini almışdır.[8] (Əmir əs-Savahil "sahil hökmdarı" deməkdir).[6]

Paximer Məntəşəni "Salpakis" adlandırıb və bu adın da "cəsur" mənasını verdiyini açıqlayıb.[8][8] Yeremeyev və Meyerin fikrincə,[4] Məntəşə öz fəaliyyətinə Qaramanilərin vassalı kimi başlamış, sonra Bizansın Kariya vilayətinin ərazisində bəylik qurmuşdur.[4] Bəyliyin Egey dənizi sahilində yerləşməsi Məntəşə və onun nəslinin sonrakı fəaliyyəti üçün əsas göstərici oldu. Bu, ərazilərini artırmaq və ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyırdı.[4]

Məntəşə bəyin adı ilk dəfə Şərq mənbələrində Məhəmməd bəy Qaramanoğlu ilə birlikdə Cimri üsyanında iştirakı ilə əlaqədar çəkilir.[8] Bizans mənbələrində də Məntəşə 1282,[5][6] 1283[11] və ya 1284-cü illərdə[11][8] Tralla və Nissanın[6][8][11] tutulması ilə əlaqədar olaraq çəkilir.[12] Məntəşəoğulları əvvəlcə Səlcuqluların hakimiyyəti altında idilər.[5][6] 1291-ci ilin sonlarında Qaramanoğlu Günəri bəy Keyxatu xan Konyanı mühasirəyə aldıqdan sonra Anadoluya gələrək, Məntəşə də daxil olmaqla, bəyliklərin torpaqlarını talan edir.[5][6][8] Məntəşə bəyin nə vaxt vəfat etdiyi bilinməsə də, bunun 1293-cü ildən sonra[5] və 1295-ci ildən gec olmayaraq baş verdiyi güman edilir.[13] Maksim Planudun məktubuna görə o, Bizanslılarla döyüşdə həlak olmuş, dul qadını və xəzinəsi Bizanslıların əlinə keçmişdir.[8][13]

1282-ci ildən sonra baş verən hadisələrdə Məntəşə bəyin adına rast gəlinmir. Onun 1282-ci ilin sonunda və ya 1283-cü ildə vəfat etdiyi güman edilir. Fəthiyənin yaxınlığındakı məzarında dəfn edilib. Məntəşə bəydən sonra onun yerinə oğlu Məntəşəoğlu Məsud bəy gəldi. Sultanlığın dəyişməsindən yararlanmaq istəyən Bizanslılar yenidən Kariyaya səfər etdilər, lakin buna nail ola bilmədilər. Bizanslıları məğlub edən Məsut bəy qurduğu güclü donanması ilə Rodos adasına enir. 1300-cü ildə edilən desantla Rodos adasının türklər tərəfindən fəthi Papalığı hərəkətə keçirdi. 1300-cü ildə edilən desantla Rodos adasının türklər tərəfindən fəthi Papa dövlətini hərəkətə keçirdi. Papa V Klemens və Fransa kralı IV Filipin təşviqi və köməyi ilə yarı dəniz quldurları, yarı təriqət üzvlərindən ibarət olan Malta ordeni cəngavərləri Rodosa hücum etdilər. 1310-cu ildə başlayan Malta ordeni cəngavərlərinin hücumu, 1314-cü ildə xristianlıq adına bütün Rodosu geri alana qədər davam etdi. 1320-ci ildən vəfat edən Məsud bəyin yerinə oğlu Məntəşəoğlu Şücaüddin Orxan bəy keçdi.

Şücaüddin bəy də 1320-ci ildə Rodos adasına ekspedisiya təşkil edib adanı geri almaq istəsə də buna nail ola bilmədi. 1340-cı illərdə vəfat etdiyi təxmin edilən Şücaüddin Orxan bəyin yerinə oğlu Məntəşəoğlu İbrahim bəy keçdi.

İbrahim bəy 1344-cü ildə Səlib yürüşləri zamanı işğal edilmiş İzmiri geri almaq üçün Aydınoğlu Umur bəyə kömək etdi. MƏntəşə donanması bu dövrdə latınları daima sıxışdırırdı. Məntəşə və Venesiya donanmasının mübarizəsi 1355-ci il müqaviləsinə qədər davam etdi. 1360-cı ildə İbrahim bəyin ölümü ilə bəylik onun üç oğlu Musa, Mehmet və Əhməd arasında bölünərək idarə olundu.

Osmanlı imperatorluğunun Anadolu və Rumelidə genişlənməsi və böyüməsi ilə paralel olaraq Məntəşəoğulları bəyliyinin torpaqları Yıldırım Bəyazidin 1390-cı il Anadolu yürüşünün sonunda Osmanlı hakimiyyətinə keçdi və 1402-ci il Ankara müharibəsinə qədər Osmanlı hakimiyyəti altında qaldı.

Əmir Teymur Anadolu bəyliklərini əvvəlki yerlərinə qaytardıqda Məntəşəoğulları bəyliyini Mənteəşəoğlu İbrahim bəyin oğlu Məntəşəoğlu İlyas bəyə verilməsi barədə əmr verdi. 1402–1413-cü illər arası Osmanlı padşahlıqlar dövründən sonra Menteşeoğulları ailəsi 1414-cü ildə Osmanlı Sultanı I Mehmedin hökmranlığını tanıdı. Məntəşəoğulları bəyliyinin torpaqları 1424-cü ildə bütünlüklə Osmanlı imperatorluğuna qatıldı.

İdarəetmə, iqtisadiyyat, mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Bəyliyi ulubəy titulunu daşıyan ailənin ən böyüyü idarə edirdi. O, müqavilələr bağlayır, sikkələr zərb etdirir, adına xütbə də oxunulurdu. Bəyliyin paytaxtı Milyas, bəylərin yay iqamətgahı isə yəqin ki, Peçin şəhəri idi. Bəyliyin ticarət limanı Palatiya idi. Orta əsrlərin sonlarında dəniz indiki ilə müqayisədə Palatiyaya daha yaxın idi və Menderes çayı ona çıxışı təmin edirdi. Balata və onun ətrafında venesiya tacir icması mövcud idi.[5]

XIV–XV əsrin əvvəllərində Palatiya venesiyalıların Kiçik Asiya ticarətinin mərkəzlərindən biri idi.[14] Venesiyalılar Məntəşə bəyi Palatiya əmiri adlandırırdılar. Bəylikdən odun, qatran, ipək,[15] taxıl, mal-qara, alüminium və qullar ixrac edilirdi.[14] Şəkər, ədviyyat, kətan, gümüş,[15] şərabsabun isə digər ölkələrdən idxal edilirdi.[14] E. Zahariadın fikrincə, Məntəşəoğulları bəyliyində rüsumlar, rüsumları iki dəfə artırılan qonşu Aydından fərqli olaraq, mövcud olduğu bütün dövr ərzində dəyişməz qalmışdır.[14] Məntəşəoğulları öz ölkələrini çoxlu gözəl binalar ucaltdırdılar.[5][6] Bunlardan Milyasdakı Hacı İlyas məscidi (1330), Peçində Əhməd bəyin mədrəsəsi (1375), Milyasdakı Böyük Məscidi (Ulu Cami) (1378-ci ildə tikilmiş və bu yaxınlarda bərpa edilmiş), İlyas bəyin Balatdakı Böyük Məscidi (Ulu Cami) (1404),[6][16] Milyasda 1330-cu ildə Orxan Məntəşə tərəfindən tikilmiş məscid,[17] Sökdə Süleyman Məntəşə tərəfindən 1299-cu ildə tikilmiş məscidləri qeyd etmək olar.[18]

Məntəşə bəy alim və yazıçılara himayədarlıq edir, onların himayəsi altında bəzi əsərlər türk dilinə tərcümə olunurdu.[5][6] Məsələn, Qiyasəddin Mahmudun "Bəznaməsinin" farscadan türkcəyə tərcüməsində (Bâznâme-i Pâdişahi — şahin ovu haqqında risalə) böyük əməyi olmuşdur. Milanda saxlanılan bu əlyazma fon Hammer tərəfindən nəşr edilmişdir. "İldisie" tibb əsəri də İlyas bəyin dəstəyi ilə fars dilindən tərcümə edilmişdir.[6].

Məntəşəoğulları digər Anadolu bəylikləri arasında güclü donanma yaratmaq üçün göstərdikləri ciddi səylərinə görə diqqət çəkir. Misirdəki Məmlük dövləti franklara qarşı Anadoludan kömək istəyərkən, Məntəşəoğullarının 200 qarnizon göndərmə sözü veməsi dənizlərdə güc və səviyyələrini göstərmək baxımından əhəmiyyətli idi.[19]

"Buradakı türkmənlərin başçısı Məntəşə Qaramanlıların mübarizəsində onlarla birlikdə hərəkət etmişdi. Şübhəsiz ki, onların bu müharibədə və ya daha sonra Əşrəfoğulları ilə apardıqları müharibədə məğlubiyyətindən sonra Ladikdən kənara köçərək 1282-ci ildə bu bölgələrdə olanlarla vuruşaraq bölgəyə yerləşdi.

XIV əsrin əvvəllərində Məntəşəlilərin torpaqlarına Milyas, Muğla, yəni qədim Kariya daxil idi.

Sahilə çatdıqda, Rodosda məskunlaşan Malta ordeninin xristian cəngavərləri ilə qarşılaşdılar və onları məğlub etdilər.

Onlar yerli dənizçilərin adət-ənənələrini mənimsədilər və türkmənlər bölgədə dəniz ticarəti və dəniz quldurluğu ilə məşğul olmağa başladılar.[20]

Hökmdarlarının siyahısı

[redaktə | mənbəni redaktə et]
Ad Hakimiyyət illəri
Məntəşə bəy 1261–1285
Məsud bəy 1285–1319
Orxan bəy 1319–1337
İbrahim bəy 1337–1354
Musa bəy 1354–1375
Əhməd Qazi bəy 1375–1391
Mehmet bəy 1391
Osmanlı hakimiyyəti illərində 1391–1402
İlyas bəy 1402–1421
Leys 1421–1424/25
Əhməd 1421–1424
  1. Ahdnameler ışığında Osmanlı-Venedik diplomatik ilişkileri — Ottoman-Venetian diplomatics, the Ahd-Names (İngilizce) Arxivləşdirilib 2005-11-09 at the Wayback Machine, Dr. Hans Theunissen, Leiden Üniversitesi, Hollanda, 1998, içinde 5. bölüm
  2. İnalcık, 2007
  3. Korobeĭnikov, 2014; Korobeinikov, 2010; Жуков, 1988.
  4. 1 2 3 4 5 Еремеев, Мейер, 1992
  5. 1 2 3 4 5 6 7 8 Merçil, Karakaya, 2004
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 Merçil, 1991
  7. Uzunçarşılı, 1969. səh. 70
  8. 1 2 3 4 5 6 7 8 9 Жуков, 1988
  9. Еремеев, Мейер, 1992. səh. 95
  10. Запорожец, 2011
  11. 1 2 3 Korobeĭnikov, 2014. səh. 250
  12. Failler, 1984. səh. 250
  13. 1 2 Failler, 1994. səh. 85
  14. 1 2 3 4 Жуков, 1986
  15. 1 2 Pedani, 2015. səh. 232
  16. The Legacy of the Emirates, 2013
  17. Кононенко, 2019
  18. Райс, 2017
  19. "Venedik ile Türkmen Beylikleri Menteşe and Aydın - Venice and the Turcoman Begliks of Menteşe and Aydın" (PDF) (ingilis). (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 iyul 2022.
  20. Claude Cahen, Osmanlılardan Önce Anadolu'da Türkler, E Yayınları,2012, s.357.