Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar 1927[1][2][…] – 28 fevral 1986[1][2][…]) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabrdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-cı il 28 fevrala qədər).
Olaf Palme | |
---|---|
isv. Olof Palme | |
İsveçin 33-cü Baş naziri | |
14 oktyabr 1969-cu il – 8 oktyabr 1976-cı il | |
Monarx | VI Qustav Adolf
(15 sentyabr 1973-cü ilə qədər) XVI Karl Qustav ( 15 sentyabr 1973-cü ildən) |
Əvvəlki | Erlander, Taqe Fritof |
Sonrakı | Feldin, Turbyorn |
İsveçin 37-ci Baş naziri | |
8 oktyabr 1982-ci il – 28 fevral 1986-cı il | |
Monarx | XVI Karl Qustav |
Əvvəlki | Feldin, Turbyorn |
Sonrakı | İnqvar Karlson |
Şəxsi məlumatlar | |
Doğum adı | Sven Olof Joachim Palme |
Doğum tarixi | 30 yanvar 1927[1][2][…] |
Vəfat tarixi | 28 fevral 1986[1][2][…] (59 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Milliyyəti | isveç |
Partiya | İsveç Sosial-Demokrat Fəhlə Partiyası |
Təhsili |
Stokholm Universiteti Kenon Kolleci |
Fəaliyyəti | siyasətçi |
Atası | Hunnar Plame |
Həyat yoldaşları |
Lisbet Palme Yelena Rennerova |
Uşaqları |
Hoakin Palme Marten Palme |
Dini | Ateist |
|
|
palmecenter.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963–1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969). 1969-cu ildə SDLPS sədri seçilmişdir. 1969–1976 və 1982–1986-cı illərdə Baş nazir (fasilələrlə hökuməti mərkəz sağ liderlər idarə edir: 1976–1978 və 1979–1982-ci illərdə Turbörn Feldin və 1978–1979-cu illərdə Olof Ulsten). 1976–1986-cı illərdə sədr müavini olduğu Sosialist İnternasionalının görkəmlli siması kimi tanınır. Sosialist İnternationalda Palma Cənubi Afrika Komitəsinə (1975–1982) rəhbərlik edirdi. 1980-ci ildə o, müstəqil tərksilah və təhlükəsizlik komissiyasını (Palme Komissiyası) təsis etmişdir. "Delhi Altılığının" üzvlərindən biri olmuşdur.
Palme beynəlxalq aləmdə bir neçə səbəbə görə məşhur idi:
Olof Palme 1986-cı il fevralın 28-də Stokholmun mərkəzi küçəsi olan Sveaveqendə qətlə yetirilmişdir. Həmin gün o, həyat yoldaşı Lisbet ilə birlikdə gecə yarısı Sveaveqen küçəsində yerləşən "Grand" kinoteatrından evə qayıdırdı. Palme şəhəri tək gəzməyi xoşladığı üçün onlar cangüdənsiz idi. Cütlük Tunnelqatan küçəsi ilə kəsişməyə yaxınlaşdıqda, cütlüyə bir nəfər yaxınlaşır və qəflətən Smith-Wesson markalı tapançadan iki dəfə atəş açır. Bu qətlin üstü hələ də açılmamışdır və müasir İsveç tarixinin ən müəmmalı sirrlərindən biri olaraq qalır. Qətldə əsas şübhəli Christer Pettersson (1947–2004) sayıldı. O, 1989-cu ildə ömürlük həbs cəzasına məhkum edilsədə, lakin sonradan dəlil yetərsizliyi səbəbindən sərbəst buraxıldı. Pettersson dəfələrlə cinayyəti törətdiyini həm təsdiq, həm də təkzib etsə də, onun qətli törətməsini sübut etmək mümkün olmadı.
2020-ci ilin iyun ayında İsveç prokurorluğu Ulof Palmenin qatilinin adını açıqlayıb. Qətldə şübhəli bilinən Stiq Enqstrom adlı şəxs 2000-ci ildə intihar edib. Prokurorluq onun Baş naziri sol görüşlərinə görə öldürdüyünü güman edir. Şübhəliyə qarşı ittiham irəli sürməyin mümkünsüzlüyü səbəbindən cinayət işi bağlanıb. Qətlin baş verdiyi gün həmin ərazidə yerləşən ofisdə ləngiyən "Skandia" sığorta şirkətinin əməkdaşı Stiq Enqstrom o vaxtlar cinayət işinə şahid kimi cəlb edilmişdi.[4]