Osa yarımadası

Osa yarımadası (isp. Península de Osa) — Kosta-Rikanın cənub-qərbində yerləşir.

Osa yarımadası
Yerləşməsi
8°33′00″ şm. e. 83°30′00″ q. u.HGYO
Akvatoriya Sakit okean
Ölkə  Kosta-Rika
Osa yarımadası xəritədə
Osa yarımadası
Osa yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımada Qolfo-Dulse körfəzini Sakit okeandan ayırır. Ölkənin sahəsinə görə ikinci yarımadasıdır. İnzibati baxımından Putarenas vilayəti ərazisinə daxildir. Ərazisində bir necə kiçik çay vardır. Ən irisi Rinkondur. Qərb sahillərinə yaxın Korkovalo gölü vardır. Maksimal hündürlük 745 metrdir.

Yarımada tropik rütubətli meşə ilə örtülmüşdür. Burada ölkə üzrə olan bitki və heyvanlar aləminin yarısı qalır. Ərazisinin böyük qismini Korkovado milli parkı tutur. Təkcə yarımadada 10 min növ həşərat yayılmışdır. Yarımadada 400 növ quş vardlr. Onlardan Qırmızı aranın əsas populyasiyası burdadır. 100 növ sürünənlər və suda-quruda yaşayanlar müşahidə edilir. Burada Şüşə qurbağanını müşahidə etmək olar. Burada olan 140 növ məməlidən yaquar, ərincək, zirehdaşıyan, meymun və qarışqayeyən xüsusilə seçilir. "National Geographic" jurnalı ən rəngarən dünya ekosisteminə malik olmasını bəyan etmişdir[1]. Regionun zəngin təbiətini araşdırmaq məqsədilə "Cerro Osa" elmi-araşdırma mərkəzi təşkil olunmuşdur.

Yarımadada ən iri şəhər Puerto-Ximenesdir. Burada 8 000 nəfər (2000) yaşayır. Puerto-Ximenes və Rinkone şəhərlərində hava limanı vardır.

  1. "Fishingcostarica.ru «Полуостров Оса и Национальный парк Корковадо»". 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.