Qafqaz əsiri və ya Şurikin yeni macəraları

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi.

Qafqaz əsiri və ya Şurikin yeni macəraları
rus. Кавказская пленница, или Новые приключения Шурика
Janr Komediya
Rejissor Leonid Qayday
Ssenari müəllifləri Yakov Kostyukovski
Moris Slobodskoy
Leonid Qayday
Baş rollarda Aleksandr Demyanenko
Nataliya Varley
Operator Konstantin Brovin
Bəstəkar Aleksandr Zasepin
İstehsalçı "Mosfilm" kinostudiyası
Distribütor Netflix
İlk baxış tarixi 1967, 1 aprel 1967[1], 3 aprel 1967[1], 15 sentyabr 1967[1]
Filmin digər adı Qafqaz əsiri
Filmin növü bədii film
Müddət 77 dəqiqə
Ölkə SSRİ SSRİ
Dil rus dili
İl 1966
Rəng rəngli
Çəkiliş yeri Krım, Ukrayna
IMDb ID0060584
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorçu Şurik (Aleksandr Demyanenko) Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir.

Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin (Ruslan Əhmətov) idarə etdiyi yük maşını da sahibini yolda qoyub...

Birdən həmin yoldan Nina (Natalya Varley) adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl (Frunzik Mkrtçyan) raykomxozun müdiri Saaxovun (Vladimir Etuş) sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.

Bu zaman "həddindən artıq sağlıq öyrənən" Şurik sərxoş halda açıq VVAQ-a daxil olur və təntənəli açılışı korlayır. Lakin Saaxov polisə bunun nəyə görə belə alındığını izah edir. Daha sonra Nina ilə evlənmək qərarına gəlir. Bunun üçün onlar Cəbrayılla razılığa gəlirlər: Saaxov Cəbrayıla 20 qoyun və soyuducu verməli olur. Ninanınsa razılığı alınmır və buna görə də onu Qorxaq (Georgi Vitsin), Axmaq (Yuri Nikulin) və Çoxbilmiş (Yevgeni Morqunov) qaçırmalıdırlar...

Amma bu üç nəfər Ninanı həmişə Şuriklə birlikdə görürlər və onu qaçırmaq mümkün olmur. Üçlük bu işdən imtina etmək istəyərkən Saaxovun ağlına yeni bir fikir gəlir: Ninanı Şurikin özünün köməyilə qaçırmaq! Cəbrayıl restoranda Şuriklə danışır. Və Şurik özünün qədim xalq adəti olan "gəlinin qaçırılması"nda iştirakına razılıq verir.

Nina turist düşərgəsində yatarkən Şurik onunla vidalaşır və onu qaçıraraq Qorxaq, Axmaq və Çoxbilmişə təhvil verir. Onlar da qızı Saaxovun bağına aparırlar. Tezliklə Şurik bunun adət-ənənə olmadığını öyrənir və aldadıldığını başa düşür. Polisə qaçarkən yolda Saaxova rast gəlir. Saaxov polisin Şuriki həbs edə biləcəyini deyir və birbaşa prokurorun yanına getməyi təklif edir. Onlar gedirlər. Qapının ağrında Şurikə şərab təklif edirlər. Saaxov psixiatrik xəstəxananın həkimlərini çağırır və onlar sərxoş Şuriki tutub aparırlar.

Bu zaman Qorxaq, Axmaq və Çoxbilmiş Ninanı Saaxovun bağında bağlı otaqda saxlayırlar. Nina qaçmaq istəsə də bunun qeyri-mümkün olduğunu anlayır. Bir qədər sonra Saaxov gəlir və Nina olan otağa keçmək istəyir. Lakin Nina onu qəbul etmir. Beləcə, Cəbrayıl və Saaxov qızı yenidən "üçlük"lə bərabər qoyub gedirlər.

Psixiatrik xəstəxanada Şurik Ninanın Saaxov tərəfindən oğurlandığını anlayır və xəstəxanadan qaçmağa müvəffəq olur. Bu zaman "köhnə dostu" Ediklə qarşılaşır. Onlar birlikdə Saaxovgilə gedirlər. Onlar həkim paltarı geyib Qorxaq, Axmaq və Çoxbilmişə peyvənd vurmağa gəlirlər. Bu "peyvənd" əslində yuxu dərmanı idi.

Şurik Ninanın otağına qalxır. Nina Şuriki onu qaçıranlardan biri sayıb məcməyi ilə onu vurur. Və oradan qaçmağa müvəffəq olur. Uzun çək-çevirdən sonra Qorxaq, Axmaq və Çoxbilmiş Ninanı yenidən tuturlar. Lakin onlara vurulan yuxu dərmanı öz işini görməyə başlayır. Şurik Ninanı yatmış sürücülərin əlindən xilas edir... Saaxov gecə öz bağında olarkən Nina, Şurik və Edik ora gəlirlər. Saaxovu hədələyərkən o, özünü pəncərədən çölə atır. Edik duz doldurulmuş tüfənglə onu vurur.

Filmin sonu məhkəmə səhnəsi və daha sonra da Şurikin Ninanı avtobusla yola salması ilə bitir. Şurik isə həmin avtobusun ardınca öz ulağı ilə yeni macəralara doğru gedir...

  • Film Şurikin ulaqda şose ilə getməsi ilə başlayır. Əslində isə bu kadrın çəkilişi üçün Krımda 3 ulaq icarəyə götürülmüşdü. Heyvanın dayandığı və Nina gəlməyincə getmək istəmədiyi səhnəni çəkmək əslində belə mümkün olmuşdu: çəkilişdə ulağın üstünə yığcam, lakin olduqca ağır yük yığılmışdı. Əgər ulağın üstünə onun apara biləcəyindən bir neçə kiloqram ağır yük qoyularsa, heyvan heç yerə getməyəcək.
  • Ssenariyə görə, Vladimir Etuşun qəhrəmanı Oxoxov soyadı daşımalı imiş. Lakin o zamanlar Kabarda-Balkariyanın Nazirlər Kabinetinin sədri Aslanbi Axoxov adlı şəxs olduğuna görə, obrazın adını dəyişərək Saaxova çeviriblər.[2]

Filmin istehsalı haqqında

[redaktə | mənbəni redaktə et]

""I" əməliyyatı və Şurikin başqa macəraları" filminin məşhurlaşdığını görən ssenari müəllifləri Yakov KostyukovskiMoris Slobodskoy 15 iyun 1965-ci ildə "Mosfilm" kinostudiyasına bu filmin ardının çəkilməsi ilə bağlı ərizə yazırlar.

Yeni filmin ssenarisi "Şurik dağlarda" adlanırdı və 2 hissədən ibarət idi. Birinci hissə "Qafqaz əsiri", ikinci hissə isə "Qar adam və başqaları" idi.

Filmin çəkilişləri əsasən YaltaAbxaziyada aparılmışdır.[3]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday
Quruluşçu rejissor : Leonid Qayday
Operator : Konstantin Brovin
Rəssam : Vladimir Kaplunovski
Bəstəkar : Aleksandr Zasepin
Mahnı ifa edən : Aida Vedişşeva ("Ayılar haqqında mahnı")
Aleksandr DemyanenkoŞurik
Nataliya Varley – Nina
Vladimir Etuş – Saaxov
Frunzik Mkrtçyan – Cəbrayıl
Georgi Vitsin – Qorxaq
Yuri Nikulin – Axmaq
Yevgeni Morqunov – Çoxbilmiş
Ruslan Əhmətov – Edik
Mixail Qluzski – mehmanxana inzibatçısı
Nina Qrebeşkova – həkim
Pyotr Repnin – baş həkim
Emmanuil Geller – kababçı
Leonid Dövlətov – hakim
Noy Avaliani – quş haqqında sağlıq deyən mehmanxana işçisi
  1. 1 2 3 IMDb (ing.). 1990.
  2. Artyom Kreçetnikov. ""Qafqaz əsiri"ndə yarım əsrlik əsirlik" (az.). BBC.com. 04.04.2017. 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-04.
  3. Mədəniyyət TV. "Zəmanə. "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmi haqqında" (az.). Youtube.com. 10.07.2020. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.

Ən yaxşı sovet filmləri - SİYAHI

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]