Rzaqulu mirzə Avşar

Rzaqulu Mirzə Əfşar (15 aprel 1719 - 20 iyun 1747) — Nadir şah Əfşarın oğlu, vəliəhdi.

Rzaqulu Mirzə Qırxlı-Avşar
Rzaqulu Mirzə Nadir şah oğlu Qırxlı-Avşar
Rzaqulu Mirzə Əfşara aid hind portreti
Rzaqulu Mirzə Əfşara aid hind portreti
1736 – 1738
bayraq
Dövlət vəkili və səltənət naibi
bayraq2
7 noyabr 1738 – 26 iyun 1740
SonrakıNəsrulla Mirzə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kəlat, Xorasan bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Kəlat, Xorasan bəylərbəyliyi, Əfşarlar dövləti
Atası Nadir şah Əfşar
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Rzaqulu mirzə Nadir şah oğlu 1719-cu ildə aprel ayının 5-də anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Atasının hakimiyyəti dönəmində Xorasanın valisi idi. Nadir şah təcrübəli və sadiq vəkili Təhmasibqulu xan Cəlayırı ona lələ və yardımçı təyin etmişdi.

Rzaqulu mirzə və Təhmasib xan Cəlayir Bəlxi Həsən xan Bayata tapşırıb, özləri Qunduz-Bədəşxan-Zuhhak-Bamiyan və Kabul yolu ilə hərəkət edib 1151-ci il rəcəb ayının 24-də (1738-i ildə) Aşağı Bahara gəlib, Nadirlə birləşilər.[1]

Nadir şah oğlunu çox məhəbbətlə qəbul etdi. Təhmasib xan Cəlayir Elburusla müharibədə Nadirin göstərişlərini həyata keçirməyib Ceyhuna hücum etdiyi üçün ona çox etimad etmədi. O igid komandan hər an qorxurdu ki, Nadir onu öldürsün; Nadir sonralar onu yanına çağırıb hərəkətindən hiddətliyini bildirdi. Təhmasib xanın qəlbdən peşman olduğunu hiss edib onu bağışladı.[2]

Nadir şah Rzaqulu mirzənin qoşununu yoxladı. Bəlx davasında zəifləyən, ölən atların və dağılan silahların yerini doldurdu. Onu naibüssəltənə və Əfşar ordusunun komandanı təyin etdi. Onun ordusunun komandanlığını isə Hüseynqulu xan sərtibə (genarala) tapşırdı. Zabit və komandanların çıxarılıb, işə götürülməsini 1151-ci il şəban ayının əvvəlində ona tapşırdı. Bir neçə gündən sonra onun və o biri oğlu Mürtəzaqulunun (Nəsrullah mirzənin) başına almaz şahlıq tacı şahzadəlik dövründə cıqqallarını sol tərəfə, şah olduqda isə sağ tərəfə vursunlar. Nadir bu mühüm hadisə ilə əlaqədar qonaqlıq edib, yüksək rütbəli şəxsiyyətlərə, sorğu adamlarına xələt və nişan verdi. Ziyafət qurtarandan sonra Rzaqulu mirzəni yanına çağırıb, ona gizlincə belə bir nəsihət verdi: «Elə ki, İranda şahlığa çatdın, əvvəl gərək Səbzivarda həbs olunan şah Təhmasibin gözətçilərini inandığın adamlara dəyişəsən. Qalan adamları ona yaxın qoymasan. Bütün şəhər və qəsəbələrlə təyin etdiyimiz hakimlərə mərhəmətli olasan onları dəyişdirməyəsən: Səhranişinlərin (elatların) qayğısına qalasan. Allah eləməsin birdən Türküstan, Osmanlı və Avropadan sizə hücum eləsələr, müharibə eləmək haqqında qocalar, ağsaqqallar, tayfa başçıları ilə məsləhətləş, onlardan öyrən. Əgər məsələlər sülh yolu ilə həll olursa axmaqlıq edib silaha əl atmayasan. Oğruları, qarətçiləri və araqarışdİranları məhv edərsən. Tacirlərə, əcnəbi tacirlərin karvanlarına mehribanlıq elə, onları qoru, ədalətli səxavətli və sədaqətli ol ki, sənin şöhrətin hər yerə yayılsın. Artıq xərc etmə. Lakin ölkədə bir hadisə baş verdikdə, onu dəf etmək üçün xəzinədən istifadə etməkdə və əsgərləri həvəsləndirməkdə qətiyyətsizlik göstərmə».

Nadir şah oğlunun rəftarını müəyyənləşdirəndən sonra ona xatırlatdı ki, altı ay, bəlkə də az müddətdə bu tapşırığın təsiri özünü göstərəcəkdir. Rzaqulu mirzəyə tapşırdı ki, Xarəzm hakimi Elburusa hücum etsin və nəticəsi haqqında atasına ətraflı məlumat versin, bəlkə itaətsizlik göstərən adamlara, başqa yağı və yolkəsənlərə ibrət dərsi ola.

Rzaqulu mirzə 1151-ci il şəban ayının 3-də (hicri qəməri) atasından icazə alıb Herat və Əbivərd yolu ilə Məşhədə gəldi ki, öz şəxsi işləri ilə məşğul olsun. Amma çox zaman atasının əksər tapşırıqlarını yerinə yetirmədi. Rzaqulu mirzənin nayibüssəltənəlik dövrünü tanımaq üçün aşağıdakı əsas nöqtələri nəzərə alaq:

Əvvələn, Nadir şah Hindistanda olarkən Rzaqulu mirzə özünü sərbəst hiss edib atasından başqa heç kəslə hesablaşmırdı. Nadir Rzaqulu mirzəni nayibüssəltənə (canişin) təyin edəndə elə eləmədi ki, qardaşı İbrahim xanı ləzgilər öldürdülər.

İkincisi, Rzaqulu mirzə müəyyən qədər özbaşına və mənsəbpərəst idi. Üçüncüsü, uzun müddət atasından dəqiq xəbər yox idi.

Rzaqulu mirzə üç ay ondan öncə Məşhəddə özü üçün on üç min nəfərlik xüsusi qvardiya hazırladı, onları xüsusi əla zərli güləbətin paltar və qiymətli qılınclarla bəzəyib, öz sarayında gözəğçi qoydu. Özü üçün şah-cəlallı şahlıq dəstgahı düzəltdi. Əlbəttə, hiyləgər və xani saray adamları onun ətrafına toplanıb, öz mənfur məqsədlərini həyata keçirmək üçün onun təcrübəsizliyindən istifadə edib dedilər ki, çoxdan bəri atandan xəbər olmadığı üçün onun təyin etdiyi hakimlər qiyam qaldıra bilərlər; onları işdən götürüb yerinə inandığı adamları qoymağa təhrik etdilər. Rzaqulu mirzə o xainlərin sözünə inanıb ləyaqətli hakimləri işdən götürdü. Fikirləşmədən yerinə ayrı adamları qoydu. Bunlardan əlavə öz zülmünü və özbaşınalığını daha da artırdı, kiçik günahlar üçün çoxlu adam öldürdü.

Hanvey nayibüssəltənənin o zamankı rəftarı haqqında belə yazır: «Öz zalimanə hərəkətləri ilə az müddətdə xalq arasında vəhşət yaratdı. Bunlardan əlavə ticarəti inhisara alıb tacirlərin əl qolunu bağladı».

Hanvey, Rzaqulu mirzə tərəfindən ipək ticarətinin inhisara alınmasını şərh edib, 1739-cu ildə rus kompaniyasına məxsus xeyli mal ilə Məşhədə gəlmiş Alton və Geraymın dilindən belə nağıl edir: «Nayibüssəltənədən almışdılar. Onlardan başqa heç kəsin ipək ticarətinə ixtiyarı yox idi. Təkcə Gilanın xam ipəyi deyil, bütün əyalətlərdən gələn ipəyi nayibüssəltənə ucuz alıb, baha satırtı. Belə ki, biz də öz malımızı onun adamlarından başqa digərləri ilə dəyişdirə bilməzdik».

Lakin sonra Alton və Geraym təsdiq edirdilər ki, həqiqi möhtəkir Rzaqulu mirzə özü yox, nayibbülsəltənin dəstəgahında, xəzinədar vəzifəsində işləyən bir Isfahan taciri idi. O bütün Avropadan gələn malları öz xeyrinə anbar edirdi. Bununla belə Rzaqulu mirzə 1739-cu ildə Alton və Geraymə böyük imtiyaz verdi və özündən asılı olan tacirlərin ixtiyarıtını azaltdı.

Qeyd etmək lazımdır ki. İranın mərkəzi və cənubi ilə məhdudlaşan bu imtiyaz Şərqi Hind kompaniyasının işinə mane ola bilmirdi. Rzaqulü mirzə bəzən zalım və zorakı olsa da, çox vaxt sübut edirdi ki, rəiyyətin rahat yaşamasını da istəyir.

Hicri qəməri 1152-ci ildə Fars bəylərbəyi Məhəmməd Tağı xan Kerman kələntərinə göstəriş verdi ki, onun üçün 1500 tümən vergi yığıb versin. Kerman kələntəri məsələni Rzaqulu mirzəyə bildirdi. O, bəylərbəyinin göstərişini ləğv etdi.

Buna baxmayaraq bəylərbəyi kələntəri o pulu yığmağa məcbur etdi. O da pulun hamısını yığa bilmədi, qalanını ingilis ya Hollandiya kompaniyalardan borc elədi. Bundan sonra kələntər yenə məsələni Rzaqulu mirzəyə çatdırdı. Rzaqulu, Tağı xana göstəriş verdi ki, kompaniyalardan aldığı pulu axırıncı qəpiyinə qədər onlara qaytarsın.[3]

Təkcə bu məsələdə deyil, ümumiyyətlə Rzaqulu Məhəmməd Tağı xanın çox özbaşınalıqlarının qarşısına alırdı.

Hicri qəməri 1151-ci ilin payızında bəylərbəyi Şərqi Hind kompaniyasının ziyanına bir iş görmüşdü. Kompaniyanın nümayəndəsi məsələni Bombeydəki mərkəzi idarələrinə bildirdi. Orada bu məsələ Nadirə çatdırıldı. Nadir oradan Rzaqulu ya məktub yazıb bəylərbəyinin işindən narazılığını bildirdi. Rzaqulu mirzə qəzəbləndi və göstəriş verdi ki, Məhəmməd Tağı xan kompaniyaya dəyən bütün zərəri ödəsin.

Hicri qəməri 1152-ci ildə Məhəmməd Tağı xanın oğlu İsfahandan Rzaqulunun sarayına tərəf yollandı. Məhəmməd Tağı xanın düşmənlərinin təhriki ilə Rzaqulu mirzə Məhəmməd Tağı oğlunun silahlarını alıb özünə də çox əziyyət verdi. Rzaqulu ilə Tağı xanın ümumiyyətlə bir-birinə düşmən münasibətləri var idi. Bəylərbəyi sonralar Nadirin yanında hörmət qazandığı şübhəsiz Rzaqulu mirzənin əleyhinə çox işlər gördü.

Rzaqulu mirzənin nayibüssəltənəliyi vaxtında baş verən mühüm hadisə bədbəxt şah Təhmasib və onun ailəsinin öldürülməsidir. Bu bilavasitə məsuliyyət daşıyan Nadirin canişini Rzaqulu mirzənin gördüyü işlərdən ən xoşagəlməzi idi.

1152-ci ilin baharında İraqda şayiə yayıldı ki, Hindistanda İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub. Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatirinə, belə cürbəcür şayilər yayılırdı. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişləndi. Rzaqulu mirzənin yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik elədi ki, ehtiyatla Şah Təhmasib və iki oğlunu öldürsün. Ona görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər, bunun da nəticəsi nayibüssəltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq etdi. Rzaqulu mirzə iki gündən sonra şah Təhmasib və iki oğlunu öldürməyi qərara aldı. Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərdi.

Məhəmməd Hüseyn xan, Şah Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi Şah Təhmasib hadisəni ailəsinə bildirdi, ailədən nalə, ağlaşma səsi göyə ucaldı.Zalım Məhəmməd Hüseyn xan həyasızlıqla içəri girib gətirdiyi iplə Şah Təhmasibi boğdu. Təhmasibin 8 yaşlı oğlu Abbas mirzə ozünü atasının cənazəsinin üstünə atdı, Məhəmməd Hüseyn xan onu da rəhimsizcəsinə boğdu, ikinci oğlu İsmayıl mirzəni quyuya tulladı, bir adamıne bu bədbəxt uşağa ürəyi yanıb, onu quyudan çıxardı. Yazıq uşaq qaçıb aradan çıxmaq əvəzinə gəlib özünü ata və qardaşının cənazəsini üstünə yıxdı. Cəllad Məhəmməd Hüseyn xan İsmayıl mirzənin başına kəsdi. Bu məsələ Səbzvarda böyük şivən və dəhşətə səbəb oldu. Əhali bir neçə gün matəm saxladı. Sonra öldürülənlərin üçünün də cənazəsinin Məşhədə aparıb dəfn etdilər. Rzaqulu mirzə şah Təhmasib və oğlanlarının ölümündən sonra hiyləgər, yaltaq və mənfəətpərəst adamların təhriki ilə şahlıq fikrinə düşdü, amma tezliklə bu fikri başından çıxardı. Qəflətən Nadirin böyük qabiliyyəti-Hindistanın paytaxtını tutmaq xəbəri Məşhədə çatdı.

Məhəmməd Kazım yazır: «Rzaqulu mirzə atasının qələbəsindən xəbər tutulduqda öz ağılsız işlərinə görə peşmançılıq çəkdi. Zahirən atasının qələbəsinə görə göstəriş verdi; neçə gün Məşhəddə təntəli şənlik məclisləri düzəldib şadlıq etdilər».[4]

Rzaqulu mirzənin arvadı Fatimə Sultan bəyiminin qardaşı II Şah Təhmasibin və uşaqlarının ölümündən xəbəri yox idi, amma onun mürəbbisi hey ağlayırdı. Onun ağlamasının səbəbini öyrəndikdə o da özünü öldürdü. Bəziləri deyir özünü asdı, bəziləri də deyir ki, üzüyündə olan zəhər ilə özünü öldürdü.

Rzaqulu mirzə arvadının ölümündən xəbər tutanda çox təsirləndi, onun da cənazəsini ehtiramla İmam Rza Əleyhissəlamın hərəmində, qardaşının yanında dəfn elədi. Bir neçə gündən sonra Novruz bayramı üçün Tehrana getdi.

Rzaqulu mirzə Novruz bayramı məclisi təşkil etməzdən qabaq atasının göstərişi ilə əhaliyə bildirdi və onlardan xahiş etdi ki, pullarını-abbasi, mahmudi və nadirini Nadirin Hindistanda vurdurduğu pul rupyəsi ilə dəyişsinlər. Rzaqulu mirzənin Novruz məclisinin məqsədi Nadirin Muğanda düzəldiyi məclisinki kimidir. Deyirdilər Rzaqulu mirzənin bütün İran hakimlərini Tehrana yığmaqda məqsədi ölkənin illik gəlir və çıxarını hesablayıb, bilməkdir.

1153-cü ilin baharında Bəsrədə şayiə yayıldı ki, Osmanlı sərdarı Osman paşa qərara gəlib ki, Nadirin ölməsi düz olsa İran tac-taxtına sahib olsun. Bu şayiənin düz olub-olmaması haqda dəqiq məlumat yoxdur. Ancaq Sultan Əhməd tamahkar adam idi. Əfqanlar İrana hücum edən zaman fürsətdən istifadə edərək İranın qərb tərəfindən xeyli yeri tutmuşdu. O da ola bilərdi ki, Nadirin olmamasından istifadə edib, Kermanşah, Ərdəlan və Həmadan əyalətlərində, Bəsrə və Bağdad vilayətlərinə daxil olan ərazidə şahlıq etmək istəyirdi.

Nadirin Rzaqulu mirzəyə Heratda onunla görüşməsinə göstəriş verməsinə baxmayaraq oğlu ölkə işlərinə başı qarışdığını bəhanə gətirib, atasının yanına getməkdə səhlənkarlıq edirdi. Məlum deyil, doğrudan başı işə qarışdıqdan, ya atasının qorxusundan onunla görüşməyə getmədi. Nəhayət, atası ilə görüşmək üçün Tehranı tərk etmək qərarına gəldikdə ətrafına kifayət qədər nüfuz və qüdrət toplaşmışdı. O, şah kimi öz şəxsi qvardiyası və qardaşı ilə birlikdə çox təmtəraqla yola çıxdı. Rzaqulu mirzə vaxtında Tehrandan çıxmadığına görə Heratda yox, Qaratəpə və Badğisdə görüşdülər. Heratdan Nadir ilə yol yoldaşı olan Məhəmməd Kazım yazır: «İran şahənşahı filə minmişdi. Rzaqulu və zabitlər onun 60 metrliyinə yetişcək atdan düşdülər. Nadir onun gözətçi qoşununu nəzərdən keçirdi. Onların qiymətli, əlvan paltarından təəccübləndi. Lakin öz təəccübünü gizlətdi, mehribanlıqla oğlunu bağrına basdı. Rzaqulunun rəftarı və səltənət tələbliyi haqda Nadirə çatmış xəbərlər həqiqət imiş. Dərhal göstəriş verdi, Rzaqulunun gözətçiləri dağıldı, yarım saat ərzində onun 12 min nəfərlik qvardiyasından 30-40 nəfərdən artıq adam qalmadı. Rzaqulu mirzə çox istədiyi gözətçilərinin dağıdılmasından sonra onu çadırına çağırıb, ölkənin vəziyyəti haqda ona çoxlu suallar verdi və bir qədər onun ürəyini ələ aldı. Amma yenə ürəyindəkiləri aşağıdakıları mənalı sözlərlə Rzaqulu mirzəyə çatdırdı:

«Mən sənin özünə məxsus düzəltdiyin qvardiyadan narahatam. İran xalqı iki saray tanımağa adət etməyibdir. Bizim bir sarayımız var, o da olmalıdır. Bu cahi-cəlal, bu hökumət, bu qoşun və bu böyük işlərə sən layiq deyilsən. Yeni vəziyyətdə yaşamağa adət elə ki, xalq sənin dalınca pis deməsin».

Nadir şah II Təhmasibin ölümündən çox narahat oldu. Qəzəbləndi, az sonra qoşun başçılarını toplayıb, onlara dedi: «Oğlumun şah Təhmasibi öldürməsi mənim ruhumu incidib, narahat edib. Buna görə də onu vəliəhdlikdən çıxarıram».

Nadir şah oğlu Nəsrulla mirzəni Rzaqulunun yerinə canişin təyin edib, onu oğlu İmamqulu mirzə və xanımı ilə Məşhədə göndərdi. Rzaqulu mirzəni öz yanında saxlayıb, Türküstana getdi. Demək lazımdır ki, Nadir ölkədə olmadığı zaman kəndlərinin vəziyyəti ağırlaşmışdı. Cənubda Məhəmməd Tağı xan bəylərbəyinin zülmü həddən aşmışdı, xalqın vəziyyəti hər cəhətdən acınacaqlı idi. Buna görə də Rzaqulu mirzənin nayibbülsəltənəlikdən çıxarılmasına xalq şad oldu.

Nadir şah Türküstan muharibəsində Buxaranı tutandan sonra şahlıq tacını Əbülfeyz xanın başına qoyub, onu şah edəndən sonra Ceyhun çayına qədər cənub topaqlarını İrana birləşdirdi.

Nadir Həkim Atalığa bildirdi ki, Əbülfeyz xana çatdırsın ki, qızlarının birini Nadir öz oğluna-Rzaquluya, birini də qardaşı oğlu Əliqulu xana istəyir. Qadınları qızlara elçiliyə göndərdilər. Nadirə dedilər ki, Əbülfeyzin kiçik qızı çox ağıllı, kamallı, dilavər, çox da gözəldir. Nadir böyük qızı oğluna, kiçiyini də qardaşı oğluna demişdi. Təkid elədi ki, böyük qızı Rzaqulu mirzə alsın. Rzaqulu bu işdən çox təsirlənib, dedi: «Əgər iş belə getsə, çarəm yoxdur, Allah mənə rəhm eləsin. Gərək tezliklə Çin şahının qızı ilə evlənəm».

Qadınlar bu sözləri Nadirə çatdİranda Nadir hirsləndi, bu fikir başında daha da qüvvətləndi ki, Rzaqulu İran tac-taxtına sahib olmaq istəyir. Açıq dedi ki, əgər Rzaqulu Əbülfeyz xanın qızını almasa, özü alar. Tezliklə də dediyini həyata keçirdi.

Nadir Şir Hacıda Xarəzm hakimi Elburusla muharibəyə hazırlaşdı. Oğlu Rzaqulu mirzəni Məşhədə göndərdi. Bu zaman Məhəmməd Tağı xan Şirazlı Mükranda müharibə əməliyyatında ləyaqətsizlik göstərdiyi üçün Nadirin ona qəzəbi tutmuşdu. Lakin yenidən Nadirin hörmətini qazanıb, Fars bəylərbəyi vəzifəsinə təyin olundu. Şir Hacıda Nadirin daha artıq diqqətini cəlb etdi ki, yenə Məşhədə qayıtsın. Məhəmməd Tağı xan Rzaqulu mirzənin vəliəhdlik dövründə ondan çox narazı idi. Ehtimal ki, Nadirə Rzaqulu mirzə əleyhinə çox demişdir.

Nadir şah Məşhədə gələndən sonra 1741-ci il yanvar ayında oğlanları Rzaqulu mirzə və İmamqulu mirzə ilə birlikdə kifayət qədər qoşunla Gürgan, Xəbuşan, Mazardaran yolu ilə Dağıstana ləzgiləri əzməyə getdi. 1154-cü il səfər ayının 28-i. 15 may 1741-ci ildə meşədən darısqal yoldan keçərkən 20 m-lik məsafədən Gəlik yaxınlığında ağacın dalından Nadirə güllə atıldı. Güllə onun əlini yaralayıb, atın boynuna dəydi, at yerə yıxıldı, Nadir də yerə dəydi, çox soyuqqanlıqla özünü ölülüyə vurdu ki, guya hərif məqsədinə nail oldu. Daha ikinci güllə atılmadı.

Bir neçə dəqiqə qoşun və şahın mühafizəçiləri içərisində hərc-mərclik baş verdi. Hamı bir-birinə dəydi. Lakin dərhal məlum oldu ki, şaha heç nə olmayıb.

Rzaqulunun komandası altında mühafizəçilər dərhal özlərini şaha çatırdılar. Xeyli məsafədə cinayətkarı axtardılar, ondan əsər-əlamət tapmadılar. Az dayandıqdan sonra yola düşdülər. Nadir Tehrana çatan kimi Rzaqulu mirzənin Tehranda qoydu və dedi ki, bu şəhərin gəliri sənindir. Bu da onu göstərdi ki, Nadir Rzaquluya qəzəblənibdir. Məlum deyil ki, Nadirin oğlundan şübhələnməsi ona olan sui-qəsdə əlaqədr idi, ya vəliəhdliyi dövründə vəzifəsini yerinə yetirə bilmədiyi üçün onu cəhalandırmaq istəyirdi.[5].

Rzaqulu mirzə öyrətmə nəticəsində, 1742-ci ildə atası tərəfindən kor edilmişdi.

Rzaqulu mirzə 1747-ci ildə əmisioğlu Əliqulu xanın əmri ilə Kəlatda öldürdülər. Onun cənazəsini Məşhədə gətirib Nadir şahın yanında dəfn etdilər.[6]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Rzaqulu mirzə Fatiməsultan bəyim Şah Sultan Hüseyn Səfəvinin qızı ilə ailə qurmuşdu. Şahrux mirzə, Möhbəli mirzə, Əhmədqulu mirzə, Harun mirzə, Bisütun mirzə, Mahmud mirzə adlı oğulları vardı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. . Larudi Nurulla. Nader şah pesər-e şəmşir. Tehran, 1383, s.11.
  2. Astrabadi, Mirzə Mehdi xan. Tarix-e Cahanqoşa-ye Naderi. Tehran, 1368, s.264-265
  3. Əbülhəsən bin Məhəmmədəmin Gülüstanə, Mücməl üt-təvarix dər tarix-e Zəndiyyə, Şiraz, 1190, səh.132.
  4. Məhəmməd Kazım, Aləm-Ara-yi Nadiri, II cild, s.4-5
  5. Məhəmməd Hüseyn Qüddusi, Nadir şah, Bakı, «Gənclik», 1999, səh. 164-170
  6. Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», səh. 111.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]