Texnologiyanın sosial konstruksiyası

Texnologiyanın sosial konstruksiyası (ing. Social construction of technology, SCOT) — elm və texnologiya tədqiqatları sahəsində nəzəriyyə. SCOT tərəfdarları, yəni sosial konstruktivistlər texnologiyanın insan fəaliyyətini müəyyən etmədiyini, əksinə, insan hərəkətinin texnologiyanı formalaşdırdığını iddia edirlər. Onlar həmçinin iddia edirlər ki, texnologiyanın sosial kontekstində necə yerləşdiyini anlamadan texnologiyadan istifadə yollarını başa düşmək olmaz. SCOT texnoloji determinizmə bir cavabdır və bəzən texnoloji konstruktivizm kimi də tanınır.

SCOT elmi biliklərin sosiologiyasının konstruktivist məktəbində görülən işlərə əsaslanır və onun alt mövzularına aktor-şəbəkə nəzəriyyəsi və tarixçi Tomas Park Hyuzun fəaliyyəti kimi sosial-texniki sistemlərin tarixi təhlili daxildir. Onun empirik metodları elmi tapıntıların sosial şəkildə qurulma yollarını nümayiş etdirmək üçün təhlil metodunu əks etdirən empirik nisbilik proqramının (EPOR) uyğunlaşdırılmasıdır. SCOT-un aparıcı tərəfdarları arasında Vibe BiykerTrevor Pinç var.

SCOT hesab edir ki, texnologiyanın qəbul və ya rədd edilməsinin səbəblərini anlamaq istəyənlər sosial dünyaya baxmalıdırlar. SCOT-a görə, texnologiyanın uğurunu onun "ən yaxşı" olduğunu söyləməklə izah etmək kifayət deyil. Tədqiqatçılar "ən yaxşı" olma meyarlarının necə müəyyən edildiyinə və onun müəyyənləşdirilməsində hansı qrupların və maraqlı tərəflərin iştirak etdiyinə baxmalıdırlar. Onlar xüsusilə də texniki kriteriyaları kimin müəyyənləşdirdiyini, müvəffəqiyyətin ölçüldüyünü, texniki meyarların niyə bu şəkildə müəyyən edildiyini və kimin daxil edildiyini və ya xaric edildiyini soruşmalıdırlar. Pinç və Biyker iddia edirlər ki, texnoloji determinizm geriyə baxılanda və indiki zamana gedən yolun yeganə mümkün yol olduğuna inandıqda ortaya çıxan bir mifdir.

SCOT təkcə nəzəriyyə deyil, həm də metodologiyadır. Bu, texnoloji uğursuzluqların və ya uğurların səbəblərini təhlil etmək istəyən zaman izləməli olduğu addımları və prinsipləri formallaşdırır.

Tənqidi[redaktə | mənbəni redaktə et]

Lenqdon Vinner 1993-cü ildə dərc olunan "Upon Opening the Black Box and Finding it Empty: Social Constructivism and the Philosophy of Technology" adlı əsərində SCOT-u tənqid etmişdir. O, sosial konstruktivizmin həddən artıq dar tədqiqat proqramı olduğunu müdafiə etmişdir.[1]

Debora Delianis, Hendrik Dey və Payalo Sakturiti texnologiyanın sosial konstruksiyası konsepsiyasını saxta dixotomiya olduğuna görə tənqid edirlər. Onlar hesab edirlər ki, bu, üçüncü, dördüncü və daha çox alternativlərə məhəl qoymayan, həmçinin texnologiyanın işləyə biləcək bir şey kimi necə inkişaf etdirilməsi prosesini nəzərdən qaçıran texnoloji cəhətdən determinist saman adamdır. Məsələn, yel dəyirmanına hansı qrupların maraq göstərəcəyinin hesablanması onun praktiki olaraq necə konstruksiya olunduğunu izah edə bilməz. Bu, həmçinin biliyə sahib olmaq, lakin nədənsə ondan istifadə etməmək və ümumiyyətlə biliyə malik olmamaq arasındakı fərqi nəzərə almır. Hələ yaradılmamış bilik ilə istifadəsinin kommesiya, bürokratiya və ya digər konstruksiya olunmuş faktorlar tərəfindən qarşısının alındığı bir məqam var. Bu ikisi arasındakı fərq cəmiyyətin süqutuna səbəb olan süni repressiya olmadığı halda istifadəyə verilmə potensialı ilə istifadə olunmur. Beləliklə, bu, texnologiya nəticəsində sivilizasiyaların dağılmasından sonra zəngin texnoloji mədəniyyətlərin arxeoloji sübutları xatırlanmağa arqumentasiya kimi qəbul edilir.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Winner, Langdon. "Upon Opening the Black Box and Finding it Empty: Social Constructivism and the Philosophy of Technology" (PDF). Science, Technology, & Human Values. 18 (3). Summer 1993: 362–378. doi:10.1177/016224399301800306. 1 May 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 February 2014.
  2. Deborah Deliyannis, Hendrik Dey, Paolo Squatriti (March 15, 2019). "Fifty Early Medieval Things: Materials of Culture in Late Antiquity and the Early Middle Ages"

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Pinch, Trevor J. and Wiebe E. Bijker. "The Social Construction of Facts and Artefacts: Or How the Sociology of Science and the Sociology of Technology Might Benefit Each Other." Social Studies of Science 14 (August 1984): 399–441.
  • Russell, Stewart. "The Social Construction of Artefacts: Response to Pinch and Bijker." Social Studies of Science 16 (May 1986): 331–346.
  • Pinch, Trevor J. and Wiebe E. Bijker. "Science, Relativism and the New Sociology of Technology: Reply to Russell." Social Studies of Science 16 (May 1986): 347–360.
  • Bijker, Wiebe E., Thomas P. Hughes, and Trevor J. Pinch, eds. The Social Construction of Technological Systems: New Directions in the Sociology and History of Technology. Cambridge, MA: MIT Press, 1987.
  • Sismondo, Sergio. "Some Social Constructions." Social Studies of Science, 23 (1993): 515–53.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]