Təzadlar (kitab)

Hamlet İsaxanlının 2001-ci ildə "Xəzər Universiteti Nəşriyyatı"nda işıq üzü görmüş şeirlər kitabı (redaktoru və giriş məqaləsinin müəllifi Camal Mustafayevdir).

"Poeziya intellektlə qovuşur"

[redaktə | mənbəni redaktə et]

"Təzadlar" kitabına fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev "Poeziya intellektlə qovuşur" adlı giriş məqaləsi yazmışdır. Həmin giriş sözündən alıntılar "Təzadlar" haqqında doğru təsəvvür verir:

"Hamlet İsaxanlının heyrətamìz çoxcəhətlì alìmlìyì həmìşə dìqqətì çəkìr. Riyaziyyat, fəlsəfə, ədəbiyyat (xüsusìlə poeziya), tarix, musiqi… sahələrìnì öz dünyagörüşündə ehtìva edìr. Onun vüsətlì ìdrakı rasìonal təfəkkürlə bədìì qavrayışı bìrləşdìrìr. Yaradıcı xəyalının mìllì poetìk ahəngdə kökləndìyìnì "Təzadlar" şeirlər kìtabı barìz əks etdìrìr. Bədìì ənənəmìz zəmìnìndə öz fərdì yaradıcılıq tərzìnì formalaşdırıb.

"Təzadlar" kìtabında şeirlər sayca o qədər çox deyìl, ancaq mövzuları çeşìdlì, rəngarəngdìr. Burda şeirə həssas oxucuları düşündürəcək motìvlər az deyìl. Gənclərìn hìsslərìnì, yaşlıların müdrìk fìkrìnì cəzb edən motìvlər. Adətən, gənclìk məhəbbət lìrìkasını həvəslə oxumaca meyllì olur. Poetìk sənətdə lìrìzm həmìşə öz fəal üstünlüyünü saxlayır. Lìrìklìkdə şaìr "Mənì", bütün səmìmìyyətìlə bədìì təcəssüm tapır. Hamlet İsaxanlı poezìyası bu cəhətdən ìbrətamìz nümunələrə malìkdìr. Bu nümunələrdən "Sənì sevdìm çox sadəcə" şeirì üzərìndə dayanmaq lazım gəlìr. Həmìn şeir (aşağıda bir hissəsi gətirilən) real dünyəvì sevgìnìn sadə gözəllìyìnì canlandırır:

Məcnun olub, dərdlì eşqlə səhralara üz tutmadım,
Ìnsanlardan uzaq düşüb ceyran-cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Fərhad olub, dəryaları məcrasından döndərmədìm,
Xosrov kìmì can yanğımı məhəbbətlə söndürmədìm…
Dünyanın naz-nemətìnì sənə bəxşìş göndərmədìm…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Bìr sözlə, bu, kìtablarda oxunan əfsanəvì məhəbbətlərdən deyìl. Bu, həyatın axarında docrulan, onu səadətlì edən sevgìdìr".

"Hamlet İsaxanlının sevgì şeirì müxtəlìf çalarlı bìr sìlsìlədìr: "Gözəldìr", "Sevənlərə", "Dedìm-dedì", "Sən həyatdan dadlısanmış", "Duycu zìrvəsìndə", "Görüş yerìmìz" və başqaları. "Duyğu zìrvəsìndə"dən bir parça:

Dünya -Tanrının töhfəsì,
Sevgì – gənclìyìn nəfəsì,
Nə dünya heç, nə sevgì puç!
Qəm evìndə yatma, könül,
Xəyala dal, qanadlan, uç,
Xəyal – eşqìn fəlsəfəsì!

Gerçəkdən: "Xəyal – eşqìn fəlsəfəsì" – şaìranə deyìlmìş müdrìk sözdür". Ancaq poezìyanın tapındığı məhəbbət genìş növlü bìr anlamdır. Təbìətə heyranlıqdan başlamış ìlahì eşqə qədər tutumu var. Valìdeyn-övlad, xüsusən ana-övlad məhəbbətì bu anlamı şərtləndìrən əsas başlanğıclar sırasındadır. Ana mövzusu, təbìì olaraq, bədìì sənətdə yüksəkdə durur. Bu nəcìb mövzunu Hamlet İsaxanlı "Susma, danış, ay ana!" şe`rìndə həssaslıqla canlandırıb. Burda yaradılan ana surətì dərìn kövrək duyğulardan yoğrulub. Ömrün ìxtìyarlığını yaşayan, zaman yorğunluğundan acìzləşən, mərhəmət dolu ehtìram oyadan ana surətì! Nədən daìm bu ağbìrçək dərìn fìkìrlərə dalan görünür? Nədən sükuta qərq olmaq deyìb-danışmaqdan ona üstündür? Bəlkə, xəyal dünyasında ìpə-sapa düzür ömür yükünü?

Baxışların nə məhzun?
Keçmìşəmì baxırsan,
Sabahımı görürsən, ay ana?
Cansız barmaqlarınla
Fìkìr-zìkìr tellərìndən
Nə hörürsən, ay ana?
De, baxırsan hayana?
De, gözlərìn yol çəkìr
Nə uzun?
Baxışların nə məhzun?

Belə qayğılı suallar, həzìn hìsslər "Susma, danış, ay ana!" şeirìnə hakìm motìvdìr".

"Hamlet İsaxanlı poezìyası, sadəcə, bədìì zövqü oxşamaqla məhdudlaşmır. Onda estetìklìk canlı fìkìrlə vəhdətdə poetìk əksìnì tapır. Onun poetik yaradıcılığında idealla gerçəklìk arasında zìddìyyət kəskìn hìss edìlìr. Hamlet İsaxanlı poetìk fìkrìmìzdə ən`ənəvì olan "Dünya" şeirlərìni öz fərdìlìyìnə uyğun yaşadıb; "Dünya", "Dumanlı dünya", "Baş açmadım bu dünyadan" şeirlərìndən bunu aydın görmək olur. Onun düşüncələrìndə həyatın gözəllìyìnə heyranlıq ahəngì açıq duyulur. Həyata ìnam, sevgì, ümìd dolu nəşəlì hìsslər yaşayır:

Ümìd xəfìf olsa belə, könüllərə şəfəq saçar,
Xoş əməllər bar gətìrər, xoş nìyyətlər çìçək açar.
Ìnsanlara qanad verən sevgì adlı mö`cüzə var,
Nəhayətsìz eşq, ehtìras, duyğu çələngìdì dünya.

Zìddìyyətlì gerçəklìyə münasìbət özlüyündə mühəqqəq tənqìdì fìkrə gətìrìr. Ìctìmaì mövcudluqda müxtəlìf fənalıqların fəallığı onu narahat edìr. Həyata ìnamla bìrgə şübhəçìlìk çalarları daşıyan düşüncələrə qapılır:

Haqqa sı]ınan döyülür,
Haqqı tapdayan öyülür,
Düz söz söyləyən söyülür,
Başa keçìr yalan, nadan,
Baş açmadım bu dünyadan.

Gəl, ey həyat, həmdəmìmsən,
Həm qəmìmsən, həm dəmìmsən,
Çox düşündüm, nəsən, kìmsən?
Əl çəkmədìm bu xülyadan,
Baş açmadım bu dünyadan.

Gətìrìlən sətìrlərdə şübhəçìlìk çalarları ìdrakdan əl çəkmək deyìl, həqìqətì anlamağa sövq edìr. (Hüseyn Cavidìn söylədìyì kìmì: "Şübhədìr hər həqìqətìn anası, Şübhədìr əhlì – hìkmətìn babası…").

Ömrün mə`nası mövzusu ayrıca "Qədìm sual", "Ömür yolu" şe`rlərìndə ìbrətamìz əks edìlìb. Tərəqqìlì, tənəzzüllü, sevìnclì, kədərlì ömür yolunun qısalığından söz açır. "Ömür yolu yol deyìl kì…, Ömür yolu bìrcə andır…" hökmü ìlə fìkrìnì vurğulayır. Ìnsan zaman qìsmətìndə nə qədər mənalı həyat keçìrìr? Həyatın tərəqqìsìnə hansı xeyìrlì nìyyətlə, əməllərlə xìdmət edìr? Bu qədìm sualı cavablandırmaq üçün mənəvì haqqın olmalıdır. Özün nəcìb nìyyət daşıyıcısı, xeyìr əməl sahìbì olmalısan. Öz uğurları ìlə məhdudlaşmaq onun təbìətìnə tamam yaddır:

"Qədim sual"
Bu dünyaya nə gətìrdìm?
Bu dünyada nə qoymuşam?
Nə bìr ìşì tam bìtìrdìm,
Nə həyatdan tam doymuşam…
Hey çalışdım, hey ìtìrdìm,
Nə yoruldum, nə uf dedìm…
Nə qazandım, nə götürdüm?
Nìsgìl qədìm, sual qədìm.

Səpdìklərìm cücərsə də,
Tufanlara sìnə gərmìş.
Haqq-ədalət ölməsə də,
Sarsılarmış, ìncələrmìş…
Doğru yolun hökmü ağır,
Addımbaşı döngələrmìş…
Qəm yağışı və çal-çağır
Bìr-bìrìnə tən gələrmìş…

Bu yazıda şərh edìlən şeirlərdən Hamlet İsaxanlının təbìətən həssaslığı öz-özünə duyulur. Onun həssas xarakterì eynì zamanda ana təbìətə münasìbətdə müxtəlìf şəkìldə təzahür edìr. Xüsusən uşaqlıqda təbìətlə bağlılıq-hafìzənìn qoruducu xatìrələrə çevrìlìr. Bu mə`nada, Hamlet İsaxanlının "Uşaqlıqda qalan buludlar" şe`rì oxucunun dìqqətìnì cəlb edìr. "Durnalar" şeirì də bu baxımdan məna qazanır. Poezìyada "Durnalar", əslìndə, bìr həsrət, kədər motìvì daşıyıb. (Vidadinin, Vaqifin eynìadlı şe`rlərì zehnìmìzə nəqş edìlìb). Ancaq ìndì bu mövzuda səslənən həsrətlì, kədərlì motìv, həmçìnìn, ekolojì böhrandan doğur:

Yolları örtdümü dumanlı pərdə?
Təmìz hava qalmadımı göylərdə?
Daha yoxmu sìzì sevən bu yerdə?
Küsdünüzmü qadìr haqdan, durnalar?…

Təbìət sevgìsì həmìşə mərhəmət hìssìlə ayrılmaz vəhdət yaradır. Başqasının kədərlì taleyìnə acımaq duyğuların saflığını, nəcìblìyìnì qoruyur. Bu cəhətdən "Dənìzdə bìr quş…" şeirì daşıdığı həyəcana, təlaşa görə mütəəssìr edìr:

İstanbul, Boğaziçi
Tüğyan edìr dalğalar.
Dayan bìr an, gəmìçì,
Dənìzdə bìr quş ağlar.

Qırılmışdır qanadı,
Qalıb suyun üzündə.
Ìşlər yaman fənadı,
Qəm oxunur gözündə.

Güvəndìyì göy sular
O quşa qənìm oldu.
Üzüntülü duyğular,
Ağrılar mənìm oldu".

Fəlsəfi şeirlər

[redaktə | mənbəni redaktə et]

"Təzadlar" birinci növbədə fəlsəfi şeirlər küllisidir. Həyat və ölüm haqqında düşüncələr, dünya və zaman müəmmaları, insan psixologiyasının dalğaları H. İsaxanlının qələmində öz poetik ifasını tapmışdır. Camal Mustafayev "Poeziya intellektlə qovuşur" məqaləsində bu məsələ ətrafında mənalı təhlil aparmışdır. Bəzi əlavələr, yəqin ki, bu fəlsəfi mənzərəni daha dolğun göstərə bilər.

"Yaşamağa nə var ki!?" şeiri əslində mənalı və gözəl yaşamağın sadə iş olmadığını, bəzi şərtlərə bağl olduğunu bəyan edir. Öncə insanda bir fərd kimi kamillik və hərəkət qiymətləndirilir, "Vətən, millət şüar deyil, amal olsa" şərti vurğulanır:

Sözümüzün keşiyində dura bilsək,
Hədəfləri bircə-bircə vura bilsək,
Gələcəyi günümüzdə qura bilsək,
Yaşamaca nə var ki!…

Lakin dörd tərəfin varlığı və necəliyi də vacibdir, yaşamağın şərtlərindəndir:

Dörd tərəfdə ac yalanlar görünməsə,
Xain, quldur saxta cildə bürünməsə,
Yaltaq adam ayaq altda sürünməsə,
Yaşamaca nə var ki!…

Və nəhayət, sevgisiz hansı gözəl həyatdan söhbət gedə bilər?!

Nazlı canan canımıza qəsd etsə də,
Ağlımızı başdan alıb, məst etsə də,
Eşq var olsun, dünya tamam tərs getsə də,
Yaşamaca nə var ki…

İnsan iki uzun zaman -keçmiş və gələcək arasında yaşayır. "O zaman uzundu yollar/Yol boyunca gəzərdi yar", "İtlər hirslə hürüşərdi", "Nağılların dünyası da", həyat da bəzəkli idi.

Zaman necə füsunkardı…
Qışda lopa qar yağardı…
İçimdə sönməz od vardı…("Zaman")

İndi isə hər şey dəyişib, "İtlər daha hirsli deyil/ Dolaşırlar veyil-veyil"fərqləri duyur

Zamanın hökmü ağırdı…
İçimi üşütmə sardı…
Saçlarım yaman ağardı… ("Zaman")

Keçmişlə gələcək arasındakı anı yaşayan insana hər iki zaman əzizdir, amma onların hər ikisi əlçatmazdır.

Gələcək arzumdur, keçmiş xəyalım,
Biri əlçatmazdır, biri ünyetməz.
Birindən pay umar eşqim, amalım,
Birinin həsrəti, nisgili bitməz. ("Keçmiş")

Sevgi şeirləri

[redaktə | mənbəni redaktə et]

"Təzadlar"da sevgi aparıcı mövzulardan biridir. Camal Mustafayev "Poeziya intellektlə qovuşur" məqaləsində bu məsələyə toxunsa da, üzərində çox dayanmamışdır. Burada bəzi şeirlərdən parçalar gətirməklə kifayətlənirik.

Bulaq çaya dönür, axır şırhaşır,
Sevdalı meşədə kim pıçıldaşır?
Hər yanda möcüzə, xəyalım çaşır,
Aran da gözəldir, dağ da gözəldir!
Torpaqdan uzaqda, tozdan uzaqda,
Hərcayi, töhmətli sözdən uzaqda,
Qol-qola gəzməyə gözdən uzaqda
Bağça da gözəldir, bağ da gözəldir!
Ürək çırpınanda, göz çağıranda,
Nəfəs bir olanda, dil lal olanda,
Dodaq can atanda, sifət yananda,
Sol yanaq da gözəl, sağ da gözəldìr!
Yarım qana-qana köks ötürəndə,
Bostanı gül açıb bar gətirəndə,
Aşìq o yerlərdə baş itirəndə,
Şamama da gözəl, tağ da gözəldìr!
Bìr kəs ki olubdur eşq avarəsi,
Sağalmaz qəlbini dìdən yarəsi,
Öldürər, dirildər, yoxdur çarəsi,
Ölən də gözəldir, sağ da gözəldir! ("Gözəldir"

Dedim: Eşq əlindən yarın xəstədir,
Dedi: Xəstə düşən dəstə-dəstədir.
Dedim: Bil, qulağım hələ səsdədir…
Dedi: Aç gözünü, bağlıdır yollar.
Dedim: Gözlərində şeytan görmüşəm,
Dedi: Naz-qəmzəylə ömür sürmüşəm.
Dedim: Qulluğunda hazır durmuşam,
Dedi: Çox sürünmə, rəngin tez solar.
Dedim: Dodaqların azca aralı,
Dedi: Busələrdən dilim yaralı.
Dedim: Qucaqlaram şıltaq maralı,
Dedi: Səadətlə qucağın dolar!
Dedim: Canım çıxır sən yeriyəndə,
Dedi: Xoşum gəlir qar əriyəndə,
Dedim: Bədən ölür qəlb kiriyəndə,
Dedi: Ruhun ilə oynar bu qollar. ("Dedim-dedi")

Keçən günlər keçdi, getdi,
Doğrudanmı hər şey bitdi?
Ürək bizə üsyan etdi,
Nə mən dindim, nə sən dindin.
Dodaq susdu, göz ağladı,
Payız qışı soraqladı,
Şaxta vurdu, buz bağladı,
Nə mən dondum, nə sən dondun.
Hìcran min cür oyun qurdu,
Kim əl qatdı, kim buyurdu?
Kədər cumdu ordu-ordu,
Nə mən yendim, nə sən yendìn.
Canımızı həsrət üzdü,
Ayrılıqlar ölçüsüzdü,
Bilməm ürək necə dözdü?
Nə mən qandım, nə sən qandın.
Çərxi-fələk etdi xəta,
Hicrandan olarmı əta?1
Yəhərlənmiş qoşa ata
Nə mən mindim, nə sən mindin.
Kölgə çökdü gözümüzə,
Kül ələndi üzümüzə,
Bənzəmədik özümüzə
Nə mən məndim, nə sən səndin… ("Hicran")

Eşq mülkünə ayaq basıb,
Baş itirmək nə asanmış…
Dodaqların ləbi-dərya,
Vədlərin quru lisanmış.
Oxa döndün, yoxa çıxdın,
Bir xəyal qanadlısanmış.
Can almaqda tayın yoxdur,
Qız, nə istedadlısanmış!
Şirinliyin, turşməzənlə
Sən həyatdan dadlısanmış. ("Sən həyatdan dadlısanmış")

Bəzi məzmun və forma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Fəlsəfi şeirlərlə yanaşı kitabda təbiətsevgi mövzuları da kitabda mühüm yer tutur. Şeirlərin böyük hissəsi heca vəznində olsa da, bir sıra maraqlı şeirlər əruz vəzni ndə, bir qismi isə sərbəst vəzn dədir.

"Hamlet İsaxanlının şeirlərìnì oxucular özlərìnìn mənəvì-estetìk maraqlarına, zövqlərìnə uyğun kəşf edəcəklər. Mömìnlər dìnì anlamlarla zəngìn "Hacı oldun, çox mübarək!" şeirìnə ayrı dìqqət edəcəklər. Onun qəzəllərì, rübaìlərì mə`na rəngarənglìyì baxımından, əlbəttə, düşündürəcək. Rübaìdə Ömər Xəyyam ənənəsì ruhunda mövcudluğun mahìyyətìnə varmağı bədìì fìkrìnìn məqsədì edìr" (Camal Mustafayev :"Poeziya intellektlə qovuşur").

Hamlet İsaxanlının Təzadlar kitabna daxil olan bir çox şeirlər Azərbaycan bəstəkarlarının diqqətini cəlb etmiş, onlara əsasən mahnılar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. "Xəzər Universitəm" şeirinə xalq artistləri Ramiz MustafayevVasif Adıgözəlov musiqi-himn yazmış, Ramiz Mustafayev "Xəzərimin sorağında" şeirinə mahnı-tələbə valsı bəstələmişdir. Vaqif Gərayzadə ("Hicran"), Lütfiyar İmanov ("Yaşamağa nə var ki?!"), Nailə İsayeva ("Səni sevdim çox sadəcə", "Gözəldir", "İnciçiçəyi", "Tək qalmaq istəyirəm", "Tez gəlin" şeirlərinə , Elza Seyidcahan ("Baş açmadım bu dünyadan"), Cahangir Zülfüqarov ("Görüş yerimiz"), Dilarə Qulamova ("Qədim sual", "Möcüzə gecə", "Uşaqlıqda qalan buludlar", İşıq və qaranlıq", "Ömür yolu" və ümumiyyətlə, əsasən "Təzadlar"dakı fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş "Ömür yolu bircə andır" adlı tamaşa) əsasında musiqi bəstələyiblər. Bu mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə Rəşid (Rəşidə Behbudova), Elza Seyidcahan, Samir Cəfərov, Fədayə Laçın, Azərbaycan dövlət simfonik orkestri və xoru, Savalan, Şaron, Kristal qrupları və b. tərəfindən ustalıqla ifa olunmuşlar. Kitaba daxil olan qəzəllər və şeirlər Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Zakir Əliyev kimi muğam ustaları və gənc xanəndələr tərəfindən oxunmuşdur.

"Təzadlar" kìtabının son hìssəsìndə rus poezìyasından dìlìmìzə çevìrdìyì müxtəlìf parçalar verìlmìşdìr. XIX–XX əsrlər rus şeirìndən (V. A. Jukovskiy, F. İ. Tütçev, A. Fet, N. S. Qumilev, Anna Axmatova, S. Yesenin) etdìyì tərcümələr ana dìlìmìzdə gözəl səslənìr. Bu tərcümələr sözün zərìf bìçìmìnì, şaìranə mənasını duyanların zövqünü oxşayacaq" (Camal Mustafayev :"Poeziya intellektlə qovuşur").

Xarici dillərdə və xarici ölkələrdə nəşrlər

[redaktə | mənbəni redaktə et]

Hamlet İsaxanlının "Təzadlar"a daxil olan şeirləri çin dilinə tam, rus və gürcü dillərinə qismən tərcümə olunub ayrıca kitab şəklində Rusiya, ÇinGürcüstan da nəşr olunmuşdur. Bu və digər dillərə tərcümələr həmin ölkələrdə, həmçinin Pakistan, Türkiyə, İran, EstoniyaAzərbaycan da müxtəlif antologiya, jurnal və qəzetlərdə dərc olunmuşdur. "Təzadlar" tam şəkildə ərəb əsaslı əlifba ilə azərbaycan dilində Təbriz də "Əxtər" nəşriyyatında çap edilmişdir.

Moskva nəşri. Rusca
Təbriz nəşri
Pekin nəşri. Çincə
Tbilisi nəşri. Gürcücə

"Təzadlar" kitabının mətni latın əsaslı əlifba ilə bərabər kiril əlifbasında da çap edilmişdir (eyni kitabda). Beləliklə, kitabın Təbriz nəşri də nəzərə alınmaqla, "Təzadlar"ı latın, kiril və ərəb əsaslı əlifbalarda oxumaq mümkündür.

  • Hamlet İsaxanlı. Təzadlar. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2001. İSBN 9952 20 002 1.
  • Гамлет Исаханлы. Koнтpacты. Kнигa cтихотворений (В переводах Аллы Ахундовой). "ИзoгpaфЪ", (Moskva), 2006.
  • Hamlet İsaxanlı. Şeirə dönən duyğular, "Əxtər" nəşriyyatı, Təbriz, 2004.
  • Hamlet İsaxanlı. Təzadlar. "Əxtər" nəşriyyatı, Təbriz, 2005.
  • Hamlet İsaxanlı. Sitotxlis Poezia (Ömür Poeziyası). "İntellekt", Tbilisi, 2004 (Gürcücə, İmir Məmmədlinin tərcüməsində).
  • Hamlet İsaxanlı. Təzadlar. Bu da bir həyatdı (Çincə: Putonghua-mandarincə). CCTP – Central Compilation & Translation Press, Beijing (Pekin), 2009.
  • "Poetry of Azerbaijan. A drop in the Ocean". Compiled and edited by Dr. Eynulla Madatli. Leaf Publications-İslamabad, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]