Tioefirlər

Tioefir

Tioefirlər - üzvi sulfidlər. Kükürdlü birləşmələrə daxildir. Ümumi formulu: dialkilsulfidlər RSR1, alkilarilsulfidlər R-S-Ar, diarilsulfidlər Ar-S-Ar.

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

İUPAC nomenklaturasına görə onlar alkil- və ya arilsulfidlər adlandırılır. C2H5SC2H5 - dietilsulfid (etiltioetan), C2H5SC3H7 - etilpropil sulfid (1-etiltiopropan), C6H5SC6H5 - difenilsulfid (feniltiobenzol), CH3SC6H5 - metilfenilsulfid (metiltiobenzol). Karbohidrogen radikalının sonuna "ariltio" və ya "alkiltio" sözlərini də əlavə etmək olar.

  • Merkaptanın üzvi halogenidlərlə reaksiyası:
R-S-H + Cl-R1 → R-S-R1 +HCl
  • Merkaptanın alkenlərlə reaksiyası:
R-S-H + CH2=CH-R1 → R-S-CH2-CH2-R1

Yaşıl kimyanın karbid qanadı Sankt-Peterburq Dövlət Universitetinin və N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun kimyaçı alimləri bir sıra üzvi molekulların – tioefirlərinin sadə və təhlükəsiz alınma üsulunu işləyib hazırlayıblar. Tioefirlər nə ilə cəlbedicidir ki, onların sintezinin yeni üsulunun kəşfi tələb olunub? Yəqin ki, əvvəllər narkoz üçün istifadə olunan uçucu maddə - efir hamıya məlumdur. Efir molekulu iki hissədən ibarətdir və onlar oksigen körpüsü ilə əlaqədardır. Əgər oksigen kükürd atomu ilə əvəz olunarsa, onda başqa maddə-tioefir alınır. Müəyyən olnumuşdur ki, tioefirləri qeyri-adi xassəli polimerlərin alınmasında istifadə etmək olar – kükürd atomları polimer strukturunda şüasındırma əmsalını hiss olunacaq dərəcədə artırır. Belə materiallar işıq diodlarının, üzvi materiallardan linzaların və digər opto elektron qurğuların yaradılmasında istifadə olunur. Bu sinif birləşmələrin sintezi üçün xeyli üsullar mövcuddur. Lakin məqsədə müxtəlif yollarla çatmaq olar və onların heç də hamısı eyni qaydada ətraf mühit üçün zərərsiz, həmçinin eksperimentatorların həyatı və sağlamlığı üçün təhlükəsiz deyil. Məsələn, vinil tioefirlərini almaq üsullarından biri yanğın təhlükəli qaz olan asetilen istifadəsini nəzərdə tutur və reaksiya yüksək təzyiq altında gedir. Təzyiq altından saxlanılan qaz balonunun laboratoriyada olması potensial təhlükəli olması ilə yanaşı belə reaksiyalar xüsusi avadanlıqlar tələb edir ki, bu da prosesi çox əmək və enerji məsrəfli edir. Bu heç də yaşıl kimya deyil. Odur ki, professor Valentin Ananikovur rəhbərliyi ilə işləyən elmi qrup sadə, eleqant və başlıcası, təhlükəsiz tioefir sintezi üsulu kəşf etmişlər. Kim məktəb illərində kimya ilə maraqlanıbsa xatırlayır ki, kalsium karbid nədir. Əgər karbid suya atılsa, ondan aktiv olaraq qaz qabarcıqları ayrılır ki, istədikdə onu yandırmaq olar. Ayrılan qaz asetilendir.

Ananikovun laboratoriyasında tioefirlərin alınmasında asetilendən yox, kalsium karbiddən tioefirlərin sintezi ideyası yaranmışdır. İdeyanı həyata keçirmək mümkün olmuşdur və sintezin sadəcə bir kolbada sintezi kimi sadə variantı yaranmışdır. Belə üsul bütöv sinif tioefirlərin yüksək çıxımla və minimum enerji məsrəfi və zərərsiz tullantı ilə alınmasına imkan verir. Maraqlıdır ki, belə üsul əvvəllər kəşf olunmayıb. Ola bilsin ki, praktiki olaraq unudulmuş kalsium karbid müasir yaşıl kimyada öz layiqli yerini tutacaqdır.

Sulfidlərin Sulfoksid və Sulfonlara qədər oksidləşməsi:

  • CH3—S—CH3 + H2O2 → CH3—SO—CH3
  • CH3—SO—CH3 + H2O2 → CH3—SO2—CH3

Tioefirlər asanlıqla sulfoksidlərə qədər oksidləşirlər. Daha ağır şəraitdə oksidləşmədən (tüstülənən HNO3, KMnO4 və s) isə sulfonlar alınır.

  • S.F.Qarayev, U.B.İmaşev, G.M.talıbov "Üzvi kimya", Bakı-2003.

“Nauka i jizn” jurnalı (rus dilində), 2015, №10. s.32-33.