Vaqif Məmməd oğlu Şıxəliyev (6 sentyabr 1978, Şəki)[4] — Azərbaycan müğənnisi, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri[5]
Vaqif Şıxəliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Vaqif Məmməd oğlu Şıxəliyev |
Ləqəbi | AzəriStar Vaqif |
Doğum tarixi | 6 sentyabr 1978 (46 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 1993-cü ildən |
Janrlar | pop musiqisi, muğam, klassik musiqi, xalq musiqisi |
Musiqi aləti | tar |
Səs tembri | tenor |
Albom şirkəti | MusicYes Azərbaycan |
Əlaqələri | Əlibaba Məmmədov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teymur Əmrah |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
"Azəri Star 2005" qalibi (I yer)[1]
|
Vikianbarda əlaqəli mediafayllar |
Vaqif Şıxəliyev 1978-ci il sentyabr ayının 6-da Şəki şəhərində anadan olmuşdur. 1985–1994-cü illərdə Şəki şəhəri 5 saylı orta məktəbdə, eyni zamanda 1989–1994-cü illərdə Şəki şəhəri 2 saylı uşaq musiqi məktəbinin Xanəndəlik sinfində təhsil almışdır.[3]
1994–1997-ci illərdə Bakı şəhəri Bülbül adına orta ixtisas Musiqi Məktəbinin Xanəndəlik sinfində Əlibaba Məmmədovdan dərs almışdır. 1997–2001-ci illərdə Bakı Musiqi Akademiyasının Xanəndəlik fakültəsində Arif Babayevdən təhsil almışdır.
Musiqi Akademiyasında təhsil aldığı 1997–2001-ci illərdə Teymur Əmrahdan klassik mahnı janrı üzrə vokal dərsləri almışdır.[3]
1999–2005-ci illərdə Mirzəağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri, 2005–2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist artist, 2014–2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifələrində çalışmışdır. 2016-cı ildən Abşeron rayon Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində fəaliyyət göstərir.[3]
Evlidir. 2 övladı — Elcan adlı oğlu[6] və Ayan adlı qızı var.[3]
1993–1994-cü illər Şəki şəhərində "Xəzinə" adlı instrumental ansamblının solisti olmuşdur. Həmin illər bir neçə mahnı lentə aldırmışdır.[3]
İlk dəfə professional fəaliyyətini 2000-ci ildə bəstəsi Emin Sabitoğluya məxsus "Baladadaşın ilk məhəbbəti" filmindən "Sevgi" adlı mahnını ifa edərək, səsyazma ilə solo karyerasına başlamışdır və bu mahnı Azərbaycan Televiziyasınin "Qızıl Fond"una daxil edilmişdir. İfa etdiyi 20-dэn çox mahnı əsərləri "Qızıl Fond"da yer almışdır.[3]
2003-cü ildə "Gözüm səni axtarır", 2008-ci ildə "Yar gəlmədi",2015-ci ildə "Ah çəksəm" adlı musiqi albomları çıxmışdır. 2007-ci ildə ifa etdiyi "Yar gəlmədi" mahnısı müğənniyə ən çox uğur gətirən mahnılardan hesab olunur. Bundan başqa 2005-ci ildə "Sevirəm səni", 2006-cı ildə "Nə var ki?" 2012-ci ildə "Ah çəksəm", 2016-cı ildə "De vəfasızım", 2018-ci ildə "Sevgi nəğməsi" və vətənpərvərlik mövzularında ifa etdiyi [[2019]-cu ildə "Qardaşlıq Himni — Azərbaycan-Türkiyə", 2021-ci ildə "Qarabağ Kompozisiyası" mahnılarını ifa edərək populyarlıq qazanmışdır.[3]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı keçirilmiş, AZTV-nin Qızıl Fonduna daxil olmuş bir sıra tədbir və konsertlərdə — 2000-ci və 2003-cü illərdə Oqtay Ağayevin yaradıcılığına həsr olunmuş gecələrdə, 2004-cü ildə Mirzə Babayevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramında, 2015-ci ildə bəstəkar Tahir Əkbərin, Rəşid Behbudovun, bəstəkarlar Emin Sabitoğlu, Ramiz Mirişli, İmruzə Hüseynova kimi şəxslərin yaradıcılıq gecələrinə həsr olunmuş konsert proqramlarında, çoxsaylı bədii tədbirlərdə çıxış etmişdir. Eyni zamanda müxtəlif dövrlərdə dövlət tədbirlərində və prezident seçkilərinə həsr olunmuş konsert proqramlarında, eləcə də 2005-ci ildə "Bakı-Tbilisi-Ceyhan neft kəməri" layihəsinin açılışı münasibətilə təşkil olunmuş prezidentlərin açılış etdiyi konsert-tədbirində çıxış etmişdir.[3]
2005-ci ildə Şəki və Gəncə şəhərlərində, 2009-cu ildə Bakı şəhərində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solo konsertləri keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə ölkədaxili və ölkəxarici bir sıra şəhərlərdə — Rusiyanın Dağıstan, Osetiya, Mahaçqala bölgələrində, Türkiyənin İstanbul, Qars, Ərzurum, Bayburt şəhərlərində və digər ölkələrdə qastrol səfərləri çərçivəsində konsert proqramları ilə çıxış etmişdir.[3]
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Bakı gecələri — 2010" Estrada Mahnı Festivalında iştirak etmişdir.[7]
Tahir Əkbər, Ramiz Mirişli, Faiq Sücəddinov, Nadir Əzimov, Ruhəngiz Qasımova, İmruzə Hüseynova, Sevda Məmmədli kimi incəsənət xadimlarinin ona yazılmış yeni mahnılarını ifa etmişdir.[3] Eyni zamanda Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Elza İbrahimova, Cahangir Cahangirov, Rauf Hacıyev, Əlibaba Məmmədov, Şəfiqə Axundova, Cavanşir Quliyev kimi dahi bəstəkarların əsərlərinə müraciət edərək, yeni aranjımanda ifa etmiş və lentə aldırmışdır.[3]
Gülyaz və Gülyanaq Məmmədova bacıları ilə işbirlikləri[8], duetləri olmuşdur.[3]
Hal-hazırda solo karyerasını davam etdirməkdədir.[9]
İncəsənətə xələl gətirdikləri üçün həmkarlarını tənqid edən ifaçılardandır.[10][11]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |