Qacar — Azərbaycan Respublikasının Füzuli rayonunun Qacar kənd inzibati ərazi dairəsində kənd.[1]
Qacar | |
---|---|
39°38′45″ şm. e. 47°03′28″ ş. u.HGYO | |
Ölkə | |
Region | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir.[2]
1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub. Rusiya Ordusunın köməyi ilə Ermənistan Silahlı Qüvvələri Qacar kəndini 1993-cü ildə işğal etmişdir. Kəndin işğalından sonra avqustun 17-də erməni hərbçiləri əsir götürdükləri 25 dinc sakini güllələmişdilər.[3] Ermənilər kəndin adını dəyişərək Civani adlandırıblar.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndin adı Azərb.-nın qacar tayfasının adı ilə bağlıdır. XIII–XIV əsrlərdə Ön Asiyada sulduz, calair və tanğıt tayfaları əsasında yaranmış qacarlarm bir qismi əvvəlcə Suriyada yaşamışlar. Sonralar qacarları Teymur (1370–1405) İrana köçürmıüşdü. Qacarlann bir hissəsi XVII əsrdə Qarabağ va Gəncə zonasında yerləşdirilmişdi. XV əsrdə qızılbaşların tərkibinə daxil olmuş qacarlar Səfəvilərin hakimiyyatə keçmələrinə yaxından köməklik etmişdilər. İranda qacarlar sülaləsi da qacar tayfasından idi. İnqilabdan əvvəl Qafqazda Qacar adlı 10-dan çox kənd vardı. Səfəvilər dövründə Qarabağ, İrəvan (Yəravan) hakimləri qacarlardan idi. Şah Abbas qacarların bir hissəsini Astarabad, Marv (Türkmənistanda) ətrafına va Azərbaycanın şimalına köçürmüşdü. İranda 8 coğrafi ad bu etnonimi əks etdirir. Şimali Azərbaycanda Qacarlar Gəncə xanlığının əsasını qoymuş Ziyadoğlu Cavad xanın ulu babaları idi. Onlar Ermənistanda da yaşamışlar.[4]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.