Yuxarı Qılıçbağ

Yuxarı Qılıçbağ,[1] və ya Yuxarı Qılıcbağ,[2] həmçinin Verin Qlıçbağ[3], və ya Verin Qılıçbağ[1]Azərbaycan Respublikasının Xocalı rayonunun ərazisində keçmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocalı rayonunun[3][4][5] Xanabad kənd inzibati ərazi dairəsinin[3][6][7] tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocalı rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir.[6][7]

Yuxarı Qılıçbağ
39°58′49″ şm. e. 46°47′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 869 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Qılıçbağ xəritədə
Yuxarı Qılıçbağ
Yuxarı Qılıçbağ

Burada ilkin yaşayışın XIX əsrin əvvəllərinə aid olduğu deyilir.

Kənd Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci,[8] 1964-cü,[9] 1968-ci[3] illərin nəşrlərinə əsasən o zamanlar mövcud olmuş Stepanakert rayonunun Xanabad kənd Sovetinin nəzdində idi və orada Verin Qlıçbağ adı ilə qeyd olur, amma 1979-cu[4] il nəşrli Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi[5]) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi.[4] Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı.[5] Bununla, keçmiş yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur.

Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.[10]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

İqlimi mülayimdir. Cənub-qərbdən Aşağı Qılıncbağ kəndilə həmsərhəddir.

Əhalisinin sayı 700 nəfərə yaxındır. SSRİ dövründə (daha dəqiqi 1990-cı ildə) kənddə 30 ev var idi. Bu 30 evin 12-si ermənilərə, 17-i azərilərə, 1-i fars millətinin nümayəndəsinə aid olduğu deyilir.

Kənddə ən böyük küçə Koroğlu küçəsi idi. Həmçinin burada Münəvvər Kələntərli küçəsi, tarixi Qılıncbağ yolu mövcuddur.

  1. 1 2 AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. İKİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Roza Eyvazova, Gülşən Axundova, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 263. ISBN ISBN 978-9952-34-156-0.
  2. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. QARABAĞIN ETNİK MƏSKUNLAŞMA TARİXİ VƏ TOPONİMLƏRİ (az.). Bakı: "Region Press" MMC. 2022. 433. ISBN 978-9952-561-12-8.
  3. 1 2 3 4 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (az.) (3). Bakı: Azərnəşr. 1968. 114. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  4. 1 2 3 Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (az.) (4). Bakı: Azərnəşr. 1979. 116, 217. 2023-12-29 tarixində arxivləşdirilib.
  5. 1 2 3 "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.
  6. 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  7. 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 58.
  8. Azərbaycan SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (az.). Bakı: Azərnəşr. 1961. 175. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  9. Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (rus) (2). Баку: Азернешр. 1964. 154. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  10. "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]