Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır.
Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül!
□ Xəcil etmək (eyləmək) – xəcalətli etmək, utandırmaq, qızartmaq, başını aşağı etmək.
[Yetər:] Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin.
[Azər Reyhana:] And içirəm ki, səni düşmən qabağında xəcil etməyəcəyəm.
Xəcil olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək.
Rənalıq ilə qaməti-şümşadı qılan yad; Olmazmı xəcil sərvi-xuramanını görgəc?
Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb; Qönçələr qan oldu ta ləli-dürəfşanın görüb.
[Müfti:] Burda həqiqət sana aydın deyil; Bəlkə qiyamətdə olursan xəcil.